Bu içkilər ağız xərçəngi yaradırmış

DogruXeber.az: - Şəkərli qazlı içkilər gündəlik həyatda çoxlarının sevərək istehlak etdiyi içkilər arasındadır. Lakin elm adamları gündə cəmi bir qutu belə içki içməyin ağız xərçəngi riskini beş dəfə artırdığını müəyyən ediblər.

160.000 insanın iştirak etdiyi araşdırma göstərib ki, şəkərli içkiləri mütəmadi istehlak edən insanlarda ağız xərçəngi riski, bu içkiləri ayda bir dəfə və ya daha az içənlərlə müqayisədə daha yüksəkdir. Tədqiqatçılar bu nəticənin xüsusilə son illərdə qadınlarda artan ağız xərçəngi hallarına izah ola biləcəyini bildirirlər. Bununla belə, dəqiq nəticələr üçün daha geniş araşdırmaların aparılmasına ehtiyac olduğu vurğulanır.

Tədqiqat zamanı içkilərin konkret markaları açıqlanmasa da, onların şəkər tərkibinin ağız xərçəngi ilə əlaqəsi olduğu məlum olub. Gündə bir və ya daha çox şəkərli içki içən qadınlarda risk, ayda bir və ya daha az içənlərə nisbətən 4,87 dəfə çox olub. Bu təsir hətta siqaret çəkməyən və spirtli içkilər qəbul etməyən insanlarda da müşahidə edilib.

Elm adamları şəkərli içkilərin xərçəng riskini artırdığını və bu səbəbdən sağlam qidalanma ilə bağlı siyasətlərin yenidən nəzərdən keçirilməsinin vacibliyini vurğulayırlar. Tərkibində süni dadlandırıcılar olan pəhriz içkiləri bu araşdırmaya daxil edilməsə də, gələcəkdə bu mövzunun da araşdırıla biləcəyi bildirilir.

Son illərdə siqaret çəkməyən insanlarda belə ağız xərçəngi hallarının artdığı müşahidə edilir. Bunun səbəbləri tam dəqiq bilinməsə də, alimlər şəkərli içkilərin tərkibindəki maddələrin ağızdakı bakterial balansı poza biləcəyini və bunun da xərçənglə əlaqəli iltihab və hüceyrə dəyişikliklərinə səbəb ola biləcəyini ehtimal edirlər.

Sağlam həyat üçün gündəlik şəkər qəbulunun 30 qramdan çox olmaması tövsiyə edilir. Halbuki, bir qutu şəkərli içkinin tərkibində 35 qramdan çox şəkər var. Mütəxəssislər həddindən artıq şəkər istehlakının təkcə xərçəng deyil, piylənmə, ürək xəstəlikləri və diabet kimi ciddi sağlamlıq problemlərinə səbəb ola biləcəyini bildirirlər.//E-saglam.az


Oxunub: 290

Son xəbərlər

Sədərəkdə 2 mərtəbəli binanın əsaslı təmirinə 414 min manat xərclənəcək

Minatəmizləmə Agentliyi ədədi 53 min manatdan 10 otbiçən traktor alır

“Tamstore” qadın işçini döydülər

Biləcəridə yaşıl ağaclar çıxarılıb, səkidə obyekt tikiləcək?-Videofakt

YAP Xətai rayon təşkilatı Zərifə Əliyevaya həsr edilmiş tədbirdə iştirak etdi – FOTO

İran Prezidenti yaxın gələcəkdə yenidən Azərbaycana səfər edəcək

“Qarabağ Azərbaycanın ayrılmaz hissəsidir” – Pezeşkian

“AzerGold” QSC-də Ümumdünya Əməyin Mühafizəsi Günü qeyd olunub - FOTO

Abşeron rayonunda görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın 102 illiyi qeyd edilib

Tahir Mirkişilinin möcüzəvi "besedka"sı - VİDEO

″AQROTARIM″ MMC-nin qalib seçildiyi tenderdə nə kimi şübhələr var

Azərbaycanda saatlıq əməkhaqqı sistemi tətbiq olunacaq

Məhkəmədə Serj Sarkisyanın etirafı nümayiş olundu

Azərbaycanla İran arasında sənədlər imzalandı

Bakıdakı klinikanın rəhbərinin cinayət tarixçəsi üzə çıxdı

HAZIR OLUN: Hər gün yeni bir hoqqabazlığa şahidlik edəcəyik... - İTTİHAM VAR...

Azərbaycanın hərbi təlim təyyarələri havaya qaldırıldı - VİDEO

“Nar”ın sərfəli xidmətləri indi Bakı hava limanında

DSX-nin hərbçisi intihar etdi

Möylə Mirzəliyev vəfat etdi

Heydər məscidinə memarlıq abidəsi statusu verildi

Mayın 28-dək meteor yağışı olacaq

İlham Əliyev Pezeşkianı qarşıladı

Qanunsuz şirkətləri ilə ölkəni talayanlar... - Sahibkarlar nə təklif edir?

"Aristokrat" klinikasında işləyən "doktor" Şölə pasiyentləri necə aldadır-Fotofakt

“Azərsun Holdinq”ə məxsus şirkətdə ciddi pozuntular aşkarlandı

Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin tender oyunu

Görkəmli oftalmoloq alim Zərifə Əliyevanın anadan olmasından 102 il ötür

Toyuq yeməkləri xərçəng riskini artıra bilər

ABŞ ermənilərə xəbərdarlıq etdi: Həmişəlik qadağa qoyula bilər

Bütün xəbərlər