gundem / idman / Cəmiyyət
15.03.2025, 10:15
Güləşçimiz Avropa çempionu oldu
Azərbaycanın yunan-Roma güləşçisi Ruslan Nurullayev Albaniyanın paytaxtı Tiranada keçirilən U-23 Avropa çempionatının son günündə qızıl medal qazanıb.
"DogruXeber.az" xəbər verir ki, bu barədə Azərbaycan Güləş Federasiyası məlumat yayıb.
72 kq çəki dərəcəsində mübarizə aparan təmsilçimiz finalda rusiyalı Danil Qriqoryevə (UWW) 3:2 hesabıyla qalib gələrək fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.