Həkim erkən qırışların səbəblərini açıqladı

"Üzdə erkən qırışların yaranması dəridə xroniki iltihabi proseslər, həmçinin genetik və autoimmun xəstəliklərin mövcudluğu ilə bağlı ola bilər".

Rusiyalı dermatoloq Polina Rajeva qırışların səbəbi və onlardan qorunma yolları haqqında danışıb.

Mütəxəssis qeyd edib ki, məsələn, atipik dermatiti olan xəstələr erkən qırışlardan şikayət edə bilərlər. Genetik xəstəliklər arasında həkim ixtioz və vaxtından əvvəl qocalma sindromunu xüsusi vurğulayıb.

Sistemli qırmızı qurd eşənəyi və skleroderma kimi autoimmun xəstəliklər zamanı dərinin strukturu dəyişdiyi üçün erkən qırışlar meydana çıxır.

Kuşinq sindromunda isə kortikosteroid hormonlarının həddindən artıq istehsalı nəticəsində dəri atrofiyaya uğrayır və bu da qırışların yaranmasına səbəb olur.

"Quruluq və bunun nəticəsində qırışların yaranması dəmir çatışmazlığı anemiyası, qalxanabənzər vəzi patologiyaları zamanı da müşahidə olunur. Qırışların əmələ gəlməsinə stres də təsir edə bilər. Belə ki, xroniki stres zamanı kortizol hormonu ifraz olunur ki, bu da dərinin elastikliyinə cavabdeh olan kollagen və elastini parçalayır. Bundan əlavə, dəriyə yanlış qulluq, xüsusilə kifayət qədər nəmləndirməmək və günəşdən qoruyucu vasitələrdən imtina etmək də mənfi təsir göstərir", - deyə Rajeva izah edib.

Onun sözlərinə görə, həyat tərzi də mühüm rol oynayır. Yetərli miqdarda maye qəbul edilmədikdə (əgər əks göstəriş yoxdursa, gündə 1.5-2 litr), su balansı pozula bilər. Nəticədə dəri quruyur və qırışlar yaranır. Şəkər və trans yağlarla zəngin qidalanma, alkoqollu içkilərdən istifadə və siqaret çəkmək də qırışların əmələ gəlməsinə şərait yaradır.

Bundan əlavə, dəriyə müntəzəm qulluq da unudulmamalıdır. Rajeva səhər və axşam dərini uyğun təmizləyici vasitə ilə yumağı və bundan sonra nəmləndirici krem çəkməyi tövsiyə edib.

O, həmçinin aktiv inqrediyentlər - məsələn, turşular və ya retinol tərkibli serumlardan istifadə etməyi məsləhət görüb. Lakin bu, dermatoloqla məsləhətləşərək müəyyən edilən sxemə uyğun edilməlidir. Çölə çıxarkən, xüsusən də hava proqnozuna əsasən ultrabənövşəyi indeks 3 və ya daha yüksək olduqda, günəşdən qoruyucu krem çəkmək vacibdir. Günəş altında uzun müddət qalarkən bu kremi hər iki saatdan bir yeniləmək lazımdır.

"Qırışlar yarandıqda dermatoloqa müraciət etmək lazımdır. Həkim konkret dəri tipinə uyğun optimal qulluq proqramı seçməyə kömək edəcək və lazım gələrsə, botulinoterapiya, aparat kosmetologiyası prosedurlarını tövsiyə edəcək və ya digər mütəxəssisə yönləndirəcək", - deyə ekspert yekunlaşdırıb.


Oxunub: 383

Son xəbərlər

Sədərəkdə 2 mərtəbəli binanın əsaslı təmirinə 414 min manat xərclənəcək

Minatəmizləmə Agentliyi ədədi 53 min manatdan 10 otbiçən traktor alır

“Tamstore” qadın işçini döydülər

Biləcəridə yaşıl ağaclar çıxarılıb, səkidə obyekt tikiləcək?-Videofakt

YAP Xətai rayon təşkilatı Zərifə Əliyevaya həsr edilmiş tədbirdə iştirak etdi – FOTO

İran Prezidenti yaxın gələcəkdə yenidən Azərbaycana səfər edəcək

“Qarabağ Azərbaycanın ayrılmaz hissəsidir” – Pezeşkian

“AzerGold” QSC-də Ümumdünya Əməyin Mühafizəsi Günü qeyd olunub - FOTO

Abşeron rayonunda görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın 102 illiyi qeyd edilib

Tahir Mirkişilinin möcüzəvi "besedka"sı - VİDEO

″AQROTARIM″ MMC-nin qalib seçildiyi tenderdə nə kimi şübhələr var

Azərbaycanda saatlıq əməkhaqqı sistemi tətbiq olunacaq

Məhkəmədə Serj Sarkisyanın etirafı nümayiş olundu

Azərbaycanla İran arasında sənədlər imzalandı

Bakıdakı klinikanın rəhbərinin cinayət tarixçəsi üzə çıxdı

HAZIR OLUN: Hər gün yeni bir hoqqabazlığa şahidlik edəcəyik... - İTTİHAM VAR...

Azərbaycanın hərbi təlim təyyarələri havaya qaldırıldı - VİDEO

“Nar”ın sərfəli xidmətləri indi Bakı hava limanında

DSX-nin hərbçisi intihar etdi

Möylə Mirzəliyev vəfat etdi

Heydər məscidinə memarlıq abidəsi statusu verildi

Mayın 28-dək meteor yağışı olacaq

İlham Əliyev Pezeşkianı qarşıladı

Qanunsuz şirkətləri ilə ölkəni talayanlar... - Sahibkarlar nə təklif edir?

"Aristokrat" klinikasında işləyən "doktor" Şölə pasiyentləri necə aldadır-Fotofakt

“Azərsun Holdinq”ə məxsus şirkətdə ciddi pozuntular aşkarlandı

Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin tender oyunu

Görkəmli oftalmoloq alim Zərifə Əliyevanın anadan olmasından 102 il ötür

Toyuq yeməkləri xərçəng riskini artıra bilər

ABŞ ermənilərə xəbərdarlıq etdi: Həmişəlik qadağa qoyula bilər

Bütün xəbərlər