gundem / hadise / bolge / Cəmiyyət
15.03.2025, 09:30
Qəbələdə yanğın: Sakinlər təxliyə edildi
Qəbələ rayonunun Zarağan kəndində beşmərtəbəli yaşayış binasının pilləkən qəfəsində quraşdırılan elektrik lövhəsi yanıb.
"DogruXeber.az" xəbər verir ki, yanğın zamanı yanğınsöndürənlər tərəfindən 9 nəfər bina sakini təhlükəsiz əraziyə təxliyə olunub.
Mənzillər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.