Müasir  poeziyamızda  Xalidə Hicran yolu

DogruXeber.az: - Poetik janrından asılı olmayaraq Xalidə Hicran bədii təfəkküründən süzülüb gələn və iffət, ədəb, əxlaq, təqva, iman və nəhayət, təsəvvür və irfan kimi yüksək dəyərləri özündə səciyyələndirən əsl poziya inciləri və nümunələri oxucularda gözəl hisslər və duyğular aşılayıb onları ruhən qidalandırır. Bu zaman həm də yalnız bədii və estetik zövqlərini oxşamır, eyni zamanda bir fikir, bir düşüncə kimi onların köməyinə və imdadına çatır, mübarizə əzmini artırıb fədakarlığa səsləyir. İstedadlı bir şair kimi Xalidə Hicranın qələmə aldığı və yaratdığı poetik nümunələr insanlarda həyatın mənasını başa düşməkdə, özünü dərk etməkdə, öz “mən” in əhəmiyyətini, mənasını və yerini düzgün müəyyənləşdirməkdə kömək edir, yardımçısına çevrilir. Bu poetik duyğuların yaratdığı gözəlliyi seyr etdikcə insanlarda həyata məftunluq, şadlıq, sevinc hissləri oyanır, böyük nikbinlik yaranır. Bu söz incilərinin təsiri yalnız bunlarla qurtarmır, oxucularda daha çox mənəvi yüksəliş, büllur kimi saflıq, həyatı gözəlləşdirmək arzuzu doğurur.

Mən Xalidə Hicranın poeziyasını nəhəng bir dağa bənzədirəm. O dağa hardan, hansı tərəfdən, hansı bucaqdan baxsan o dağ elə öz ucalığında qalır. Amma ona başqa gözlə, başqa fikirlə, başqa prizma ilə baxanda istədikləri şəkildə görülə bilərlər. Xalidə Hicranın öz yaradıcılıq üslubu, öz yaradıcılıq forması var və bəzən bu, bəzi oxucular tərəfindən bir mənalı qarşılanmaya bilər. Bundan qayğılanmağa dəyməz. Xalidə xanım Azərbaycan Yazıçılar Birliyinin üzvü olmaqla klassik üslubda yazan yeganə şairdir və onun dörd cildlik böyük “Hikmət xəzinəsi” və “ Hicrannamə” kimi samballı əsərləri oxucular tərəfindən sevilə- sevilə oxunur. Bu gün şairin vətənpərvərlik mövzusunda yazdığı üç şeiri hörmətli oxucularımıza təqdim edirəm.
Nizami TƏHMƏZOV.


Xalidə Hicran Seyidova

ULU TÜRKÜN GƏNC ŞİRLƏRİ

Bu sözümü qoy duysun,
Dünyanın hər tərəfi,
Türk ayağı dəyən torpaq
Qazanıbdı şərəfi.

Ağı deyər, ağlar çəmən,
Göz yaşı tökər yasəmən,
Torpaq verməz şəhid olan,
Bayrağın göyə yüksəldən.

Oğlum,qızım,qardaş,bacım,
Gələcək duysun harayım,
Şəhidlərin məzarıdır,
Vətənim,qanlı torpağım.

Şəhid qanı yaşadacaq,
Vətənimin bayrağını.
Tökülübdür şəhid qanı,
Qoru,vətən torpağını!

Qoy unutmasın heç kimsə,
Bunu unudasan necə?
Neçə oğul şəhid oldu,
Vətən deyib girdi cəngə.

Alınmaz bir qalamızdır,
Vətənimin torpaqları.
Qanlarıylə suvardılar,
İgid vətən oğulları.

Yepyeni tarix yazdılar,
Tarixləri qazıdılar,
Dünyanın yadına saldılar,
Ulu türkün gənc şirləri.
Oğuz türkün nəvələri,
Azərbaycan əsgərləri.


TURAN ELİ

O gün ki, yaranacaq,
Bir böyük Turan eli.
Həmən gün qırılacaq,
Düşmən olanın beli.

Sözün deyib tarixlərdə,
Yüz illərin izlərində.
Türkəm,türkəm deyən kəslər
“Nə mutlu Türkəm” deyəndə

Qazax,Uyğur,Tatar,Özbək,
Bunları uzaq görməyək,
Azəri -türk bayraqların
Turan elində bir görək.

Ey türklər,əl-ələ verib,
Turan adlı qala hörək.
Bu qalanın ətrafında,
Türk ellərin birgə görək!

Tarixlərin vüqarıdır,
Turanımın harayıdır,
Türk elinin başı üstə,
Turanımın bayrağıdır.

Başında uca bayrağı,
Turan elin daş,torpağı,
Türk əsgəri hara getsə,
Şaddır o yerin torpağı.

Dədəm Qorqud,babam Oğuz,
Turan elinin pirləridir.
Turan adlı bir dövlətin,
Qalasını hörəcəkdir.

Bayrağının var hörməti,
Var böyük Turan söhbəti.
Yenə Türklər birləşəcək,
Qurulacaq Turan dövləti!


ZƏFƏR, ƏBƏDİ ZƏFƏR

Qalibliyin məğrurudur,
İtki versə də qəhər
Qarabağda gün doğur
Bu gün zəfərli səhər

Zəfər! Zəfər! deyərkən,
Şəhidlər gələr gözə.
Qarabağ yaşadıqca,
Minnətdarıq biz sizə.

Kimlər gözün çəkməsə,
Müqəddəs vətənimdən.
Gec-tez dərsin alacaq,
Nər,igidlərindən.

Ən müqəddəs məkandır,
Qədim Qarabağ bizə,
Şəhidlərin pak qanı
Şuşada çıxdı dizə

Göz üstə saxlamalı,
O müqəddəs dəyəri,
Qarabağ oldu bizə
Sözümüzün kəsəri.

Dünya yaranan gündən,
Belə savaş görmədi.
Əlbəyaxa döyüşən
Elimin əsgərləri.

Dünya heyrandır sizə,
Sizdəki şücaətə.
Dərs verdiniz əbədi,
Yağı düşmənlərinə.

Zəfərimi qazandın,
Dişinlə,dırnağınla,
Bayrağın dalğalanır,
Yenə də Qarabağda.

uludlar ağı deyir,
Şəhid əsgərlərimə.
Dağlar vüqarın tökür,
Məzarının üstünə.

Vətən bayrağın büküb
İgidlərin nəşinə
Torpağın dənəsi,
Heyran olub şəninə.

Yeni bir tarix yazdın,
Qanın oldu mürəkkəb.
Hətta döyüşündə də,
Gözləyər ərkan-ədəb.

Dərs verdilər əbədi,
Özgə fikrə düşənə.
Torpağına göz dikən,
Düşər əcəl izinə!..

Gözə görünməz ordu,
Haqqın tərəfindədir.
Haqlı olan davanın,
Ən sonu qələbədir.

Şəhidim dağ qeyrətli,
Haqq yanında hörmətli,
Vətən unutmaz səni,
Eşq olsun! Eşq olsun!
Azərbaycan əsgəri!..


Oxunub: 475

Son xəbərlər

Sədərəkdə 2 mərtəbəli binanın əsaslı təmirinə 414 min manat xərclənəcək

Minatəmizləmə Agentliyi ədədi 53 min manatdan 10 otbiçən traktor alır

“Tamstore” qadın işçini döydülər

Biləcəridə yaşıl ağaclar çıxarılıb, səkidə obyekt tikiləcək?-Videofakt

YAP Xətai rayon təşkilatı Zərifə Əliyevaya həsr edilmiş tədbirdə iştirak etdi – FOTO

İran Prezidenti yaxın gələcəkdə yenidən Azərbaycana səfər edəcək

“Qarabağ Azərbaycanın ayrılmaz hissəsidir” – Pezeşkian

“AzerGold” QSC-də Ümumdünya Əməyin Mühafizəsi Günü qeyd olunub - FOTO

Abşeron rayonunda görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın 102 illiyi qeyd edilib

Tahir Mirkişilinin möcüzəvi "besedka"sı - VİDEO

″AQROTARIM″ MMC-nin qalib seçildiyi tenderdə nə kimi şübhələr var

Azərbaycanda saatlıq əməkhaqqı sistemi tətbiq olunacaq

Məhkəmədə Serj Sarkisyanın etirafı nümayiş olundu

Azərbaycanla İran arasında sənədlər imzalandı

Bakıdakı klinikanın rəhbərinin cinayət tarixçəsi üzə çıxdı

HAZIR OLUN: Hər gün yeni bir hoqqabazlığa şahidlik edəcəyik... - İTTİHAM VAR...

Azərbaycanın hərbi təlim təyyarələri havaya qaldırıldı - VİDEO

“Nar”ın sərfəli xidmətləri indi Bakı hava limanında

DSX-nin hərbçisi intihar etdi

Möylə Mirzəliyev vəfat etdi

Heydər məscidinə memarlıq abidəsi statusu verildi

Mayın 28-dək meteor yağışı olacaq

İlham Əliyev Pezeşkianı qarşıladı

Qanunsuz şirkətləri ilə ölkəni talayanlar... - Sahibkarlar nə təklif edir?

"Aristokrat" klinikasında işləyən "doktor" Şölə pasiyentləri necə aldadır-Fotofakt

“Azərsun Holdinq”ə məxsus şirkətdə ciddi pozuntular aşkarlandı

Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin tender oyunu

Görkəmli oftalmoloq alim Zərifə Əliyevanın anadan olmasından 102 il ötür

Toyuq yeməkləri xərçəng riskini artıra bilər

ABŞ ermənilərə xəbərdarlıq etdi: Həmişəlik qadağa qoyula bilər

Bütün xəbərlər