ABŞ-da qadın donuz böyrəyi ilə rekord müddətdə yaşadı, sonra isə…

ABŞ-da qadın donuzdan köçürülmüş böyrəklə 4 ay yaşayıb. Həkimlər bildirirlər ki, bu, indiyə qədər qeydə alınmış ən uzun müddətdir.

"DogruXeber.az" "Medical Xpress”ə istinadla xəbər verir ki, bədən orqanı rədd etdiyinə görə həkimlər onu çıxarmaq məcburiyyətində qalıblar.

Məlumata görə, 2024-cü il noyabrın 25-də Nyu Yorkdakı xəstəxanalardan birində 53 yaşlı Tovana Luni adlı amerikalı qadına genetik modifikasiya olunmuş donuz böyrəyi köçürülüb. Orqan 130 gün ərzində funksiyalarını uğurla yerinə yetirib, lakin bundan sonra bədəndə onu rədd etmə prosesi başlayıb.

1999-cu ildə Luni öz anasına bir böyrəyini bağışlayıb. Hamiləliklə bağlı yaranmış ağırlaşma digər böyrəyinə ziyan vurduqdan sonra o, 8 il hemodializ – yəni bədəndənkənar qan təmizləmə proseduru – ilə yaşayıb.

Həkimlər onun üçün uyğun donor tapa bilməyiblər. Səhhətinin pisləşməsi səbəbilə, həkimlər genetik olaraq dəyişdirilmiş donuz böyrəyinin köçürülməsinə icazə veriblər.

''İlk nəticələr ümidverici idi, lakin aprelin əvvəlində pasiyentin böyrək funksiyaları kəskin şəkildə zəiflədi və bu, bədənin orqanı rədd etməsi ilə nəticələndi.

Bu rədd etmənin səbəbləri hələ də araşdırılır, lakin bu, donuz böyrəyi ilə əlaqəsi olmayan infeksiyanın müalicəsi zamanı immunosupressiya rejiminin – yəni immun sisteminin zəiflədilməsinin – azaldılmasından sonra baş verib'', – deyə Transplantasiya İnstitutunun direktoru və Cərrahiyyə kafedrasının müdiri Robert Montqomeri bildirib.

Həkimlər ''gələcək transplantasiya imkanlarını qorumaq'' məqsədilə donuz böyrəyini çıxarmaq qərarına gəliblər.

Luni əməliyyatdan tez sağalıb və xəstəxanadan ''özünü yaxşı hiss edəcəyi'' Alabamadakı evinə qayıdıb.

Donuz böyrəyi çıxarıldıqdan sonra Tovana Luni yenidən hemodializ prosedurlarına məcbur qalıb. O, eyni zamanda insan böyrəyi almaq üçün gözləmə siyahısında qalır.

''2016-cı ildən bəri ilk dəfə idi ki, dostlarım və ailəmlə vaxt keçirirdim və eyni zamanda dializ prosedurlarını planlaşdırmırdım.
Nəticə istədiyimiz kimi olmasa da, bilirəm ki, donuz böyrəyi ilə yaşadığım 130 gün ərzində çox şey öyrəndim – və bunun bir çox insana kömək və ilham verəcəyinə inanıram'', – deyə Tovana Luni bildirib.

Həkimlərin sözlərinə görə, əvvəllər də bir neçə pasiyentə donuz böyrəyi köçürülüb, lakin onların heç biri iki aydan çox yaşamayıb. Hazırkı nəticələr isə ''heyvan orqanlarının insan orqanı çatışmazlığını aradan qaldıra biləcəyi'' ilə bağlı ümid yaradır.

Xatırladaq ki, 2024-cü ilin martında amerikalı həkimlər ilk dəfə diri insana donuz böyrəyi köçürüblər. Lakin pasiyent əməliyyatdan təxminən iki ay sonra vəfat edib. Alimlərin fikrincə, onun ölümü transplantasiya ilə bağlı olmayıb.

Bu əməliyyatın tətbiq olunduğu ikinci şəxs isə 54 yaşlı Liza Pizano olub. Ona köçürülən orqan 47 gündən sonra bədəndən çıxarılıb.


Oxunub: 357

Son xəbərlər

Sədərəkdə 2 mərtəbəli binanın əsaslı təmirinə 414 min manat xərclənəcək

Minatəmizləmə Agentliyi ədədi 53 min manatdan 10 otbiçən traktor alır

“Tamstore” qadın işçini döydülər

Biləcəridə yaşıl ağaclar çıxarılıb, səkidə obyekt tikiləcək?-Videofakt

YAP Xətai rayon təşkilatı Zərifə Əliyevaya həsr edilmiş tədbirdə iştirak etdi – FOTO

İran Prezidenti yaxın gələcəkdə yenidən Azərbaycana səfər edəcək

“Qarabağ Azərbaycanın ayrılmaz hissəsidir” – Pezeşkian

“AzerGold” QSC-də Ümumdünya Əməyin Mühafizəsi Günü qeyd olunub - FOTO

Abşeron rayonunda görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın 102 illiyi qeyd edilib

Tahir Mirkişilinin möcüzəvi "besedka"sı - VİDEO

″AQROTARIM″ MMC-nin qalib seçildiyi tenderdə nə kimi şübhələr var

Azərbaycanda saatlıq əməkhaqqı sistemi tətbiq olunacaq

Məhkəmədə Serj Sarkisyanın etirafı nümayiş olundu

Azərbaycanla İran arasında sənədlər imzalandı

Bakıdakı klinikanın rəhbərinin cinayət tarixçəsi üzə çıxdı

HAZIR OLUN: Hər gün yeni bir hoqqabazlığa şahidlik edəcəyik... - İTTİHAM VAR...

Azərbaycanın hərbi təlim təyyarələri havaya qaldırıldı - VİDEO

“Nar”ın sərfəli xidmətləri indi Bakı hava limanında

DSX-nin hərbçisi intihar etdi

Möylə Mirzəliyev vəfat etdi

Heydər məscidinə memarlıq abidəsi statusu verildi

Mayın 28-dək meteor yağışı olacaq

İlham Əliyev Pezeşkianı qarşıladı

Qanunsuz şirkətləri ilə ölkəni talayanlar... - Sahibkarlar nə təklif edir?

"Aristokrat" klinikasında işləyən "doktor" Şölə pasiyentləri necə aldadır-Fotofakt

“Azərsun Holdinq”ə məxsus şirkətdə ciddi pozuntular aşkarlandı

Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin tender oyunu

Görkəmli oftalmoloq alim Zərifə Əliyevanın anadan olmasından 102 il ötür

Toyuq yeməkləri xərçəng riskini artıra bilər

ABŞ ermənilərə xəbərdarlıq etdi: Həmişəlik qadağa qoyula bilər

Bütün xəbərlər