Sahil Babayev Məmməd Musayevi vəzifəsindən kənarlaşdırdı

Bu gün "Aqrarkredit" QSC-nin Səhmdarının növbədənkənar ümumi yığıncağı keçirilib, İdarə Heyətinin yeni tərkibi təsdiq edilib

"DogruXeber.az" xəbər verir ki, bu barədə Maliyyə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, maliyyə naziri Sahil Babayevin sədrliyi ilə keçirilən yığıncaqda QSC-nin İdarə Heyətinin üzvlərinin səlahiyyət müddətlərinin başa çatması ilə əlaqədar olaraq yeni tərkibin formalaşdırılması məsələsi müzakirə olunub.

Qeyd olunub ki, "Aqrarkredit"in Nizamnaməsinə əsasən İdarə Heyətinin üzvləri Səhmdarın ümumi yığıncağı tərəfindən 4 ildən çox olmayan müddətə seçilirlər.

S.Babayev səlahiyyət müddətləri başa çatan İdarə heyətinin üzvlərinə, o cümlədən sədr Məmməd Musayevə öz təşəkkürünü bildirib.

Nazir ötən müddət ərzində "Aqrarkredit" QSC-nin dayanıqlı, mənfəətli maliyyə kredit institutu kimi ölkənin aqrar sektoruna bank xidməti göstərdiyini, eyni zamanda "Azərbaycan Beynəlxalq Bankı" ASC-nin problemli aktivlərinin idarəedilməsi və optimallaşdırılması, ödəmə vaxtı keçmiş kredit borclarının qaytarılması istiqamətində səmərəli fəaliyyət göstərdiyini qeyd edib.

Yığıncaqda QSC-nin İdarə Heyətinin yeni tərkibi təsdiq edilib. Yığıncağın qərarına əsasən İlham Kələşov, Rəcəb Hüseynov və Cahid Quluzadə İdarə Heyətinə yeni üzvlər seçiliblər. Eyni zamanda, İ.Kələşov İdarə Heyəti sədrinin birinci müavini və sədrin səlahiyyətlərinin müvəqqəti icraçısı, R.Hüseynov isə sədr müavini təyin olunublar.

S.Babayev İdarə Heyətinin yeni üzvlərini təbrik edərək onlara uğurlar arzulayıb, "Aqrarkredit" QSC-nin öz fəaliyyətini müasir dövrün çağırışlarına uyğun quraraq, regionlarda sosial-iqtisadi inkişafın təmin edilməsi, kənd yerlərində fəaliyyət göstərən sahibkarlara kreditlərin verilməsi, əhaliyə göstərilən maliyyə-kredit xidmətlərinin keyfiyyətinin yaxşılaşdırılması və bu sahədə mövcud olan ən mütərəqqi üsulları tətbiq etməklə möhtərəm Prezidentimiz cənab İlham Əliyevin xalqın rifahının yaxşılaşdırılmasına və ölkə iqtisadiyyatının gücləndirilməsinə yönəldilmiş məqsədyönlü siyasətinə bundan sonra da mühüm töhfə verəcəyinə əmin olduğunu bildirib.

Aqrarkredit" Nazirlər Kabinetinin 14 aprel 2001-ci il tarixli 65s nömrəli Sərəncamı ilə yaradılıb və Azərbaycan Respublikası Səhmdar Kommersiya Aqrar-Sənaye Bankının hüquqi varisidir.

"Nizamnamə kapitalında dövlətə məxsus səhmlər olan bankların və bank olmayan kredit təşkilatlarının idarə edilməsində dövlətin iştirakı qaydası haqqında" Azərbaycan Respublikası Prezidentinin 7 avqust 2009-cu il tarixli 144 №-li Fərmanı ilə Maliyyə Nazirliyi "Aqrarkredit" QSC-nin Səhmdarı olaraq çıxış edir. "Aqrarkredit" QSC-nin səhmlərinin 100%-i dövlətə məxsusdur. QSC baş ofis və bölgələrdə fəaliyyət göstərən 12 filialdan ibarətdir.


Oxunub: 116

Son xəbərlər

Sədərəkdə 2 mərtəbəli binanın əsaslı təmirinə 414 min manat xərclənəcək

Minatəmizləmə Agentliyi ədədi 53 min manatdan 10 otbiçən traktor alır

“Tamstore” qadın işçini döydülər

Biləcəridə yaşıl ağaclar çıxarılıb, səkidə obyekt tikiləcək?-Videofakt

YAP Xətai rayon təşkilatı Zərifə Əliyevaya həsr edilmiş tədbirdə iştirak etdi – FOTO

İran Prezidenti yaxın gələcəkdə yenidən Azərbaycana səfər edəcək

“Qarabağ Azərbaycanın ayrılmaz hissəsidir” – Pezeşkian

“AzerGold” QSC-də Ümumdünya Əməyin Mühafizəsi Günü qeyd olunub - FOTO

Abşeron rayonunda görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın 102 illiyi qeyd edilib

Tahir Mirkişilinin möcüzəvi "besedka"sı - VİDEO

″AQROTARIM″ MMC-nin qalib seçildiyi tenderdə nə kimi şübhələr var

Azərbaycanda saatlıq əməkhaqqı sistemi tətbiq olunacaq

Məhkəmədə Serj Sarkisyanın etirafı nümayiş olundu

Azərbaycanla İran arasında sənədlər imzalandı

Bakıdakı klinikanın rəhbərinin cinayət tarixçəsi üzə çıxdı

HAZIR OLUN: Hər gün yeni bir hoqqabazlığa şahidlik edəcəyik... - İTTİHAM VAR...

Azərbaycanın hərbi təlim təyyarələri havaya qaldırıldı - VİDEO

“Nar”ın sərfəli xidmətləri indi Bakı hava limanında

DSX-nin hərbçisi intihar etdi

Möylə Mirzəliyev vəfat etdi

Heydər məscidinə memarlıq abidəsi statusu verildi

Mayın 28-dək meteor yağışı olacaq

İlham Əliyev Pezeşkianı qarşıladı

Qanunsuz şirkətləri ilə ölkəni talayanlar... - Sahibkarlar nə təklif edir?

"Aristokrat" klinikasında işləyən "doktor" Şölə pasiyentləri necə aldadır-Fotofakt

“Azərsun Holdinq”ə məxsus şirkətdə ciddi pozuntular aşkarlandı

Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin tender oyunu

Görkəmli oftalmoloq alim Zərifə Əliyevanın anadan olmasından 102 il ötür

Toyuq yeməkləri xərçəng riskini artıra bilər

ABŞ ermənilərə xəbərdarlıq etdi: Həmişəlik qadağa qoyula bilər

Bütün xəbərlər