Tikinti materialları yenidən bahalaşdı

Əvvəlki aylarla müqayisədə tikinti materialları bazarında qiymət artımı müşahidə olunur. Bahalaşma xüsusilə xaricdən gətirilən məhsullarda daha qabarıq hiss edilir.

"DogruXeber.az" ATV-yə istinadən xəbər verir ki, son iki həftədə bazarda qiymətlərin artdığı daha çox taxta, sement və mişar daşı kimi əsas tikinti materiallarında nəzərə çarpır. Məsələn, bir neçə ay öncə kubu 320 manata satılan taxta hazırda 340 manata təklif olunur. Sementin bir kisəsində 50 qəpik, mişar daşında isə 10 qəpik artım qeydə alınıb. Qiymət artımı digər tikinti materiallarında da özünü göstərir.

Alıcılar bahalaşmadan narazıdırlar. Satıcılar isə bunu həm istehsal xərclərinin, həm də idxal qiymətlərinin artması ilə əlaqələndirirlər. Onların sözlərinə görə, dam örtükləri, sement, xırdavat məhsulları və digər materialların satış qiymətlərində də yüksəliş var.

“Əvvəllər taxtanın kubunu 320 manata alırdıq, indi 330-340 manata qədər qalxıb. Artım var və bu davam edir”, – deyə satıcılardan biri bildirib.

Dam örtüklərinin qiymətləri qalınlıq və keyfiyyətə görə dəyişir – 3 manat 50 qəpikdən başlayaraq, 30 manata qədər yüksəlir. Satıcılar bildirirlər ki, məhsullar yerində bahalaşır, bu isə onların satış qiymətlərinə təsir göstərir.

Xatırladaq ki, Azərbaycanda tikinti materialları sonuncu dəfə mart ayının əvvəlində bahalaşmışdı.


Oxunub: 339

Son xəbərlər

Bakıda qadın sahibkar həbs edildi - Zəvvarları aldadıb

Çin lideri dünya ölkələrinə çağırış etdi

Bu universitet illik təhsil haqqını artırır

"Azərişıq” bu rayonlarda yenidənqurma işlərini davam etdirir - VİDEO

Prezident informasiya təhlükəsizliyi üzrə Koordinasiya Komissiyasının sədrini dəyişib

Sabirabadın Əhmədabad kənd 9 illik ümumi orta məktəbdə qanunsuzluqlar və yaşanan kriminal olaylar - VİDEO/FOTO

“Müəmmalı” “Fuga Group”: gizli qalan rəhbər, işıqfor satan tikinti şirkəti

Bakının mərkəzində təhlükəli vəziyyət

Anar Rzayev qardaşının idarə etdiyi öz şirkətinə limitsiz lisenziyalar verir?

İran mediası ADY-dəki məsələdən yazdı

“Erməni zabitlər döyüş mövqelərini qoyub, qaçıblar”

Putin Ukraynaya ultimatum verdi – ŞƏRTLƏRİ

Çox isti içkilər içmək xərçəng riskini artırır

Vətəndaşlarımız bu ölkələrdə insan alverinin qurbanı olublar

1 600 manatadək artırılan müavinət kimlərə ödənilir? - AÇIQLAMA

Paraqvayda qəribə dəyişiklik: Bir icma öz ənənələrini unuda bilərmi?

Türkiyənin Milli Təhlükəsizlik Şurasının baş katibi Azərbaycanda səfərdədir

Trampın İstanbula getmək istəməsinə Zelenskidən reaksiya

Səs yazısı yayılan direktor işdən çıxarıldı

Qoşunları sərhədlərdən çıxarmaqla bağlı razılığa gəldilər

Fəzilət şairi XALİDƏ HİCRAN - III HİSSƏ

Ən sağlıqlı çərəz: Nə fındıq, nə badamdır - bu, hamısından üstündür

Deputata məxsus olduğu deyilən şirkətə 120 milyon manatlıq sifariş- VİDEO

Azərbaycan və Somali arasında memorandum imzalanıb

Məhkəmə Əziz Orucovla bağlı qərar verdi

Zaur Əliyev "Azpetrol"dan 40 min manatlıq benzin alıbmış - Kimin üçün olduğu...

Tanınmış bloqerlərin reklam etdiyi şirkətə etibar etdilər, aldandılar // VİDEO

Gömrükdəki köhnə iddialar və kölgələr - Yeni sistem də bir işə yaramırsa...

151 saylı bağçada körpələrə zay məhsullar verilir: dövlət orqanları təcili hərəkətə keçməlidir - Şok VİDEO

Çin qırıcısı Pakistan və Hindistan münaqişəsinin ulduzuna çevrildi - "Business Insider"

Bütün xəbərlər