“Delta Qrup C.O” rəhbəri Məhəmməd Cahangirzadə ölkədən nə qədər valyuta çıxarıb?

Xəbər verdiyimiz kimi,sabah Səbail rayon məhkəməsində qida sektorunun tanınmış şirkətlərindən olan “Delta Qrup C.O” MMC-nin işinə baxılacaq. Şirkət ölkədən külli miqdarda pul çıxarmaqda günahlandırılır.

“Delta Qrup C.O” rəhbəri Məhəmməd Cahangirzadə ölkədən nə qədər valyuta çıxarıb?

"DogruXeber.az" xəbər verir ki, “Delta Qrup C.O” şirkətinin İnzibati Xətalar Məcəlləsinin iqtisadi fəaliyyət qaydaları əleyhinə olan 430.4-cü maddəsini pozub. Tələbi pozulan maddəyə əsasən, avans yolu ilə ödənilmiş valyuta vəsaitinin müqabilində müəyyən edilmiş müddətlərdə müvafiq mallar idxal edilmədikdə, işlər görülmədikdə və ya xidmətlər göstərilmədikdə ödənilmiş valyuta vəsaitinin xaricdən geri qaytarılmamasına görə, vəzifəli şəxslər inzibati xətanın bilavasitə obyekti olmuş valyuta vəsaiti məbləğinin on faizindən iyirmi faizinədək məbləğdə, hüquqi şəxslər inzibati xətanın obyekti olmuş valyuta vəsaiti məbləğinin iyirmi faizindən otuz faizinədək məbləğdə cərimə edilir.

MMC ilə bağlı işə sabah, 25 aprel tarixində Səbail rayon Məhkəməsində hakim Azər Tağıyevin sədrliyi ilə baxılacaq.

Xatırladaq ki, hüquqşünas Əkrəm Həsənov İXM-nin 430.4-cü maddəsi barədə danışarkən bildirmişdi ki, istənilən şirkət, sahibkar müəyyən mal almaq üçün ölkədən pul çıxarırsa, iki il ərzində həmin mal ölkəyə gəlməlidir. Sifariş verilən mal ölkəyə gəlmədiyi üçün sifarişi verən şirkət cərimələnir.

Hüquqşünasın sözlərinə görə, iki il ərzində mal ölkəyə gəlmirsə, bu sahibkarın ölkədən pul çıxarması anlamına gəlir.

Qeyd edək ki, “Delta Qrup C.O.” MMC 1999-cu ildə yaradılıb. Şirkət “Anchor”, “Доярушка”, “Molkerei Ammerlander”, “Golden Cow”, “Tibet”, “Nordex Food”, “NZMP”, “Peros” kimi bir çox xüsusi markanın Azərbaycanda rəsmi distribyutorudur. “Delta Qrup C.O.” MMC-nin çörək, çörək məhsulları, (marka “Çörəkçi”) un, qənnadı məmulatları (“BiSmak” markası) və makaron (“Odad” markası) istehsal edən beş böyük fabriki var. “Moskva”, “Qız qalası”, “Buratino”, “Nejnoe”, “Milk”, “Glucose”, “Nice”, “Toplyonoye moloko”, “Sport”, “Petit Buerre” kimi peçenye markalarının istehsalçısı da “Delta Qrup C.O.” MMC-dir.Tribunainfo.az

“Delta Qrup C.O” rəhbəri Məhəmməd Cahangirzadə ölkədən nə qədər valyuta çıxarıb?

“Delta Qrup C.O.” MMC rəhbəri Cahangirzadə Məhəmməd Niyaz oğlu hazırda Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin rəisi, gömrük xidməti general-mayoru Cahangirov Anar Niyaz oğlunun qardaşıdır.

“Delta Qrup C.O” rəhbəri Məhəmməd Cahangirzadə ölkədən nə qədər valyuta çıxarıb?

Qarşı tərəfi dinləməyə hazırıq.//XALQ.AZ


Oxunub: 251

Son xəbərlər

Daha 2 məktəb direktoru cəzalandırıldı

Yeni Günəşlidə yolu kim dağıdıb – “Parla Residence”, yoxsa “Golden Rose”?/FOTOLAR

Azərbaycanda liftlərin təhlükəsizliyi ilə bağlı reqlament hazırlandı

İki Cəbrayılovun dağıtdığı BİR RAYON - AXI NİYƏ?..

Nigar Rəhimova qazini polisə verdi -SƏBƏB

Suraxanıda ÖZBAŞINALIQ: Başçı görmürmü? - VİDEO

Gülnar Zeynallı daha nə qədər qayda pozmalıdır ki, müvafiq qrumlar onun fəaliyyəti ilə bağlı tədbirlər görsünlər?

Avstriyanın Prezidenti İlham Əliyevi Azərbaycanın milli bayramı münasibətilə təbrik edib

Hərbi xidmət və tibbi müayinədən yayınanları nə gözləyir?

Bu cərimələr 10 gün ərzində ödənilərsə, güzəşt tətbiq ediləcək

İntiqam Babayevin yerinə yeni TƏYİNAT

DGK-nın “Azərterminalkompleks” Birliyinin 66 minlik tenderi baş tutmadı

“Worker” MMC-nin rəhbəri İlknur Abbasov xaricdə işə düzəltmə ilə vətəndaşları aldadır?

İcra başçıları nə qədər maaş alır? - SİYAHI

Alimlik adı almaqdan ötrü 22 min manatlıq macəra

Nizami məhkəməsinin (də!) öz məcəlləsi var?

Azərbaycanda bu ödənişlər 10 dəfəyədək artırılır

Məhkəmə Ermənistana casusluqda ittiham olunan şəxsə ağır cəza verdi

Sürücülərin nəzərinə: Cərimələrlə bağlı yenilik

Bu şəxslər məsuliyyətə cəlb olunmayacaq

Azərbaycanda elektronika mağazalarının inanılmaz fırıldaqları -İstehlakçılar necə aldadılır?

“Azərbaycanda Yeni Kəbə inşa edilsin” - Deputat

Bu 3 içki Alzheimer riskini artırır

İrandan gələn bu ərzaq məhsulları bahalaşacaq

Azərbaycanla Türkmənistan arasında dəhliz: Nazir açıqladı

Bu yol bağlıdır - Sürücülərin nəzərinə!

Azərbaycanda valyuta əməliyyatları ilə bağlı tələb dəyişdi

Kim daha çox məşq etməlidir: Qadınlar, yoxsa kişilər?

İlham Əliyev "GlobE Network"un altıncı plenar iclasın iştirakçılarına müraciət etdi

Ən təhlükəli vulkan püskürə bilər - Turistlərə xəbərdarlıq

Bütün xəbərlər