İş adamı satığı mağazalara görə müştəriyə kompensasiya ödəyəcək - 22 minlik məhsul geri qaytarılmır

"Optimal Elektronika" MMC-dən 22 min manatlıq məhsul alan müştəri məhkəməyə üz tutmalı olub.

"DogruXeber.az"ın Qaynarinfo-ya istinad məlumatına görə, F.D. adlı şəxs "Optimal Elektronika" MMC-nin "28 May" filalından 20679.90 manat məbləğində 1 ədəd "Bosch VBC514CR0" markalı duxovka ankast, 1 ədəd "Bosch PCR9A5B90M" markalı qaz üstü, 1 ədəd "Bosch PRA3A6D70" markalı qaz üstü, 1 ədəd "Bosch CTL636ES1" markalı kofevarka, "Bosch BİC630NS1" markalı sıcaqtutma çəkməcəsi, "Bosch HSG656XS1" markalı duxovka, 1 ədəd "Bosch BEL634GS1" markalı mikrodalğalı soba, 1 ədəd "BOSCH WTW85461BY" markalı paltarqurudan və 1 ədəd "Bosch WAY32862ME" markalı paltaryuyan elektrik avadanlıqları alıb.

Tərəflər müştərinin mənzilində təmir işləri görüldüyündən və həmçinin həyat yoldaşı ilə ABŞ-a getdiyi görə saxlanc pulunu ödəmək şərtilə həmin məhsulları MMC-nin anbarında saxlamaq barədə razılaşıblar. F.D. alınan əşyaların müvəqqəti saxlanc pulunu ödəyəcəyini bildirib və işləri bitdikdən sonra MMC-dən həmin məhsulları mənzilinə gətirib təhvil verməyi istəyib.

2024-cü ildə ABŞ-dan ölkəyə qayıdan F.D. cavabdeh MMC-nin "28 May" şöbəsinə gedərək saxlanc pulunu ödəmək şərtilə aldığı əşyaları təhvil almaq istədikdə mağazanın bağlandığını, şirkətin satıldığını öyrənib. Əlaqə üçün ona verilən mobil telefona zəng etsə də, zənglərinə cavab verilməyib.

Nəticədə şikayətçi şəxs məhkəməyə müraciət etməli olub. O, MMC tərəfindən əşyaların və ya onlar üçün ödənilən pulunn geri qaytarılmaması barədə iddia qaldırıb. Müştəri bildirib ki, problemlə bağlı "Optimal Elektronika" MMC-nin sabiq direktoru Əhəd Əsgərova məktub ünvanlasa da. aldığı cavab onu qane etməyib.

Məhkəmə müştərinin MMC-yə qarşı "alqı-satqı müqaviləsinin predmeti olan əşyaların və ya əşyaların tam dəyəri qismində 20679.90 manat məbləğində vəsaitin cavabdehdən alınaraq iddiaçıya ödənilməsi" tələbinə dair iddiasını təmin edib. Vəsaitin Əhəd Əsgərov tərəfindən ödənilməsi qət edilib. Müştəri MMC-nin 37 ay ərzində 4,70 kv metrlik anbarında saxladığı məhsullara görə 5736,15 manat icarə haqqı verəcək.

Qeyd edək ki, iş adamı Əhəd Əsgərova məxsus "Optimal Elektronika" mağazalar şəbəkəsi Gürcüstanın "Elit Elektroniks" şirkətinə satılıb.


Oxunub: 281

Son xəbərlər

Bu universitet illik təhsil haqqını artırır

"Azərişıq” bu rayonlarda yenidənqurma işlərini davam etdirir - VİDEO

Prezident informasiya təhlükəsizliyi üzrə Koordinasiya Komissiyasının sədrini dəyişib

Sabirabadın Əhmədabad kənd 9 illik ümumi orta məktəbdə qanunsuzluqlar və yaşanan kriminal olaylar - VİDEO/FOTO

“Müəmmalı” “Fuga Group”: gizli qalan rəhbər, işıqfor satan tikinti şirkəti

Bakının mərkəzində təhlükəli vəziyyət

Anar Rzayev qardaşının idarə etdiyi öz şirkətinə limitsiz lisenziyalar verir?

İran mediası ADY-dəki məsələdən yazdı

“Erməni zabitlər döyüş mövqelərini qoyub, qaçıblar”

Putin Ukraynaya ultimatum verdi – ŞƏRTLƏRİ

Çox isti içkilər içmək xərçəng riskini artırır

Vətəndaşlarımız bu ölkələrdə insan alverinin qurbanı olublar

1 600 manatadək artırılan müavinət kimlərə ödənilir? - AÇIQLAMA

Paraqvayda qəribə dəyişiklik: Bir icma öz ənənələrini unuda bilərmi?

Türkiyənin Milli Təhlükəsizlik Şurasının baş katibi Azərbaycanda səfərdədir

Trampın İstanbula getmək istəməsinə Zelenskidən reaksiya

Səs yazısı yayılan direktor işdən çıxarıldı

Qoşunları sərhədlərdən çıxarmaqla bağlı razılığa gəldilər

Fəzilət şairi XALİDƏ HİCRAN - III HİSSƏ

Ən sağlıqlı çərəz: Nə fındıq, nə badamdır - bu, hamısından üstündür

Deputata məxsus olduğu deyilən şirkətə 120 milyon manatlıq sifariş- VİDEO

Azərbaycan və Somali arasında memorandum imzalanıb

Məhkəmə Əziz Orucovla bağlı qərar verdi

Zaur Əliyev "Azpetrol"dan 40 min manatlıq benzin alıbmış - Kimin üçün olduğu...

Tanınmış bloqerlərin reklam etdiyi şirkətə etibar etdilər, aldandılar // VİDEO

Gömrükdəki köhnə iddialar və kölgələr - Yeni sistem də bir işə yaramırsa...

151 saylı bağçada körpələrə zay məhsullar verilir: dövlət orqanları təcili hərəkətə keçməlidir - Şok VİDEO

Çin qırıcısı Pakistan və Hindistan münaqişəsinin ulduzuna çevrildi - "Business Insider"

Tramp Körfəz ölkələri ilə 1 trilyon dollarlıq müqavilə bağlamağa hazırlaşır

Sahib Məmmədovun “agent ovu”: Həmkarlar İttifaqı Konfederasiyasında nə baş verir?

Bütün xəbərlər