“Atlant işi”ndə dava düşdü

Bakı Ağır Cinayətlər Məhkəməsində “Atlant” Ailəvi İstirahət Mərkəzinin sahibi Tahir Qədəşovun adı keçən cinayət işi üzrə proses davam edir.

"DogruXeber.az" xəbər verir ki, hakim qarşısına Tahir Qədəşovun kürəkəni Nofəl Hacıyev çıxarılıb.

Hacıyev 171 Azərbaycan vətəndaşına qarşı 14 milyon manatlıq dələduzluqda ittiham olunur. O, pulları qayınatası Tahir Qədəşova məxsus “Atlant” Ailəvi İstirahət Mərkəzinin təmir-tikinti işlərinə yatırdığını deyir.

İbtidai istintaq zamanı “Atlant” istirahət mərkəzinin üzərinə həbs qoyulub.

Bu iş üzrə Tahir Qədəşov şahid, kürəkəni Nofəl Hacıyev isə təqsirləndirilən şəxsdir.

Nofəl Hacıyevlə müttəhimlər kürsüsünü şirkətin icraçı direktoru Talış Məhəmmədov bölüşüb.

Tahir Qədəşov məhkəmədə bir neçə dəfə vəsatətlər verməklə “Atlant” istirahət mərkəzinin üzərinə qoyulmuş həbsin aradan qaldırılması istəyib. Lakin məhkəmə Tahir Qədəşovun istəyinə “yox” deyib.

İş üzrə ötən proseslərdə zərərçəkmişlər “Atlant”ın sahibi Tahir Qədəşovun da məsuliyyətə cəlb olunmasını tələb etmişdilər. Həmin vəsatət isə baxılmamış saxlanılıb.

Tahir Qədəşov ötən il keçirilən proseslərdə şahid qismində 2 dəfə dindirilib.

Prosesdə “Təbriz” MTK-dan mənzil almış vətəndaşlar şahid kimi dindirib.

Şahidlər bildiriblər ki, bu iş üzrə cinayət işi başlanandan sonra onları da istintaqa dəvət ediblər. Müstəntiqlər onlara aldıqları mənzillərin digər vətəndaşlara da satıldığını deyiblər. Ancaq hazırda aldıqları mənzilləri təmir edib yaşamağa davam edirlər və heç bir problemlə qarşılaşmayıblar.

Nofəl Hacıyev daha bir neçə əlavə şahidin dindirilməsi ilə bağlı vəsatət qaldırıb.

Tahir Qədəşovun vəkilləri məhkəməyə bildiriblər ki, “Təbriz” MTK ilə bağlı istintaqın irəli sürdüyü ittihamların hüquqi əsası yoxdur. Bu sözlərdən sonra vəkillərlə Nofəl Hacıyev arasında mübahisə düşüb. Hakim tərəflərə xəbərdarlıq edib ki, məhkəməyə hörmətlə yanaşsınlar.

Tahir Qədəşov ötən məhkəmə iclaslarından birində ifadə verərək bildirib ki, “Atlant” ona bir sahibkar olaraq heç bir mənfəət gətirməyib. Ancaq çıxışının davamında məlum olub ki, “Atlant”ın illik gəliri 10 milyon manat civarındadır. Tahir Qədəşov deyib ki, həmin pullarla banklardan götürülmüş kreditlər ödənilir.

Nofəl Hacıyevin vəkili “Atlant”da müvəkkilinin 40 faiz payı ilə bağlı Tahir Qədəşova sual verib. Qədəşov suala ümumi cavab verib, bildirib ki, Nofəl Hacıyev “Atlant”ın şəriki olsaydı, ora ildə iki dəfə yox, tez-tez gəlib-gedərdi.

Nofəl Hacıyev isə bildirib ki, “Atlant”ın təməli qoyulandan o və komandası orada olub:

“Qoy bunu Tahir müəllim desin. Əgər şəriklik yoxdursa, “Təbriz” MTK-dan ev alan vətəndaşlardan bir qisminin pulları qaytarılıb. Pulların bir qismini Tahir müəllim qaytarıb. Əgər şərik deyildiksə, niyə o pulları qaytarırdı?

Tahir müəllim, əgər mən şərik olmamışamsa, “Atlant”a o kotlovanları kim qazdırıb? Kvadratı 3 manata beton tökdürmüşəm. Orada 150 nəfər işçi işləyib. 2 nəfər dünyasını dəyişib o adamlardan. Qalanları sağdır axı. Tahir müəllimlə ikimiz “Təbriz” MTK-da olmuşuq”.

Nofəl Hacıyev onu da əlavə edib ki, vətəndaşların aldadılmasında Tahir Qədəşov da iştirak edib.

İttihama görə, Nofəl Hacıyev 2018-2022-ci illər ərzində “Təbriz” MTK-nın inşası davam edən binasından bir mənzili bir neçə şəxsə sataraq dələduzluq yolu ilə 171 vətəndaşdan ümumilikdə 14 milyon manat əldə edib.

Vətəndaşlardan toplanan vəsait “Atlant”ın təmir və tikinti işlərinə sərf olunub. İbtidai istintaq zamanı “Atlant”ın üzərinə həbs qoyulub.

İttihamlar məhkəmə yoluyla sübuta yetirilsə, hökmdən sonra bu əmlak zərərçəkmişlərə dəymiş maddi ziyanın ödənilməsi məqsədilə müsadirə oluna bilər.

Ötən məhkəmə iclasında istirahət mərkəzinin üzərinə qoyulmuş həbsin aradan qaldırılması ilə bağlı vəsatət təqdim olunsa da, məhkəmə təmin etməyib. Əvvəlki iclaslarda isə zərərçəkmişlər “Atlant”ın sahibi Tahir Qədəşovun da məsuliyyətə cəlb olunmasını tələb etmişdilər. Hakim vəsatəti baxılmamış saxlayıb.

“Atlant” Ailəvi İstirahət Mərkəzi 2002-ci ildə Nabranda, Xəzər dənizinin sahillərində tikilib. İldən-ilə istirahət mərkəzinin ərazisi genişləndirilib. Mənzərəli meşə, gözəl dəniz sahilində yerləşən istirahət mərkəzinin böyüklər və uşaqlar üçün 4 akvaparkı, hündürmərtəbəli hotelləri, 200-ə yaxın koteci, gecə klubu, stolüstü tennis, bilyard salonu, çimərlik və voleybol meydançası, avtomobil dayanacağı, çamaşırxana otağı, tibbi xidmətlər, kişi və qadın salonu, sauna, masaj, konfrans otağı, 350 nəfərlik restoran, uşaq meydançası və sair var.

“Atlant” İstirahət Mərkəzi maksimum xidmət göstərən böyük bir kompleksdir.//Musavat.com


Oxunub: 258

Son xəbərlər

Bakıda qadın sahibkar həbs edildi - Zəvvarları aldadıb

Çin lideri dünya ölkələrinə çağırış etdi

Bu universitet illik təhsil haqqını artırır

"Azərişıq” bu rayonlarda yenidənqurma işlərini davam etdirir - VİDEO

Prezident informasiya təhlükəsizliyi üzrə Koordinasiya Komissiyasının sədrini dəyişib

Sabirabadın Əhmədabad kənd 9 illik ümumi orta məktəbdə qanunsuzluqlar və yaşanan kriminal olaylar - VİDEO/FOTO

“Müəmmalı” “Fuga Group”: gizli qalan rəhbər, işıqfor satan tikinti şirkəti

Bakının mərkəzində təhlükəli vəziyyət

Anar Rzayev qardaşının idarə etdiyi öz şirkətinə limitsiz lisenziyalar verir?

İran mediası ADY-dəki məsələdən yazdı

“Erməni zabitlər döyüş mövqelərini qoyub, qaçıblar”

Putin Ukraynaya ultimatum verdi – ŞƏRTLƏRİ

Çox isti içkilər içmək xərçəng riskini artırır

Vətəndaşlarımız bu ölkələrdə insan alverinin qurbanı olublar

1 600 manatadək artırılan müavinət kimlərə ödənilir? - AÇIQLAMA

Paraqvayda qəribə dəyişiklik: Bir icma öz ənənələrini unuda bilərmi?

Türkiyənin Milli Təhlükəsizlik Şurasının baş katibi Azərbaycanda səfərdədir

Trampın İstanbula getmək istəməsinə Zelenskidən reaksiya

Səs yazısı yayılan direktor işdən çıxarıldı

Qoşunları sərhədlərdən çıxarmaqla bağlı razılığa gəldilər

Fəzilət şairi XALİDƏ HİCRAN - III HİSSƏ

Ən sağlıqlı çərəz: Nə fındıq, nə badamdır - bu, hamısından üstündür

Deputata məxsus olduğu deyilən şirkətə 120 milyon manatlıq sifariş- VİDEO

Azərbaycan və Somali arasında memorandum imzalanıb

Məhkəmə Əziz Orucovla bağlı qərar verdi

Zaur Əliyev "Azpetrol"dan 40 min manatlıq benzin alıbmış - Kimin üçün olduğu...

Tanınmış bloqerlərin reklam etdiyi şirkətə etibar etdilər, aldandılar // VİDEO

Gömrükdəki köhnə iddialar və kölgələr - Yeni sistem də bir işə yaramırsa...

151 saylı bağçada körpələrə zay məhsullar verilir: dövlət orqanları təcili hərəkətə keçməlidir - Şok VİDEO

Çin qırıcısı Pakistan və Hindistan münaqişəsinin ulduzuna çevrildi - "Business Insider"

Bütün xəbərlər