Bakı-Quba yolunun Ziyalı, əməli Saleh olmayan bəxti....

DogruXeber.az: - Yağış nəinki Bakını, Bakıdan Şimala uzanan ödənişli yolu belə su altında gizlətdi. Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi ödənişli yeni avtomobil yolunu su basdı. Bu həqiqi mənada su basma idi. Avtomobillər belə suyun altında qaldı. Görüntülər də ürəkağrıdan oldu. Adətən bəzi məmurlar “basıb” pulu yeyirlər. Belə düşünür çoxları. İndi bu hadisəni necə adlandıraq? AAYDA-dan soruşaq: Bu hadisəyə necə qiymət verirsiz? Dərhal deyə bilərlər ki, dünyada da fəlakətlər olur. Amma bu yağış o fəlakətdən deyildi. Dünyada körpü tikən, yol salan nazir və ya rəislər, sədrlər Teymur Əliyevdə, Nabranda, Bilgəhdə olan villalara bənzər ev eşiyə, malikanələrə də sahib deyillər axı. Nə də onların, əzizlərinin sürdüyü avtomobillərin dəyəri milyonlarla ölçülmür.

Ödənişli yoldan dəfələrlə mən də istifadə etmişəm. Son dönəmdə Bakıdan üzü Qubaya keçidə yaxınlaşanda keçidin birinin sıradan çıxmasının şahidi olmuşdum. İşlək deyildi. Heç işləməyən bu nöqtəyə yaxınlaşanda xəbərdarlıq da yox idi ki, sürücü bu hissəyə daxil olmasın. Hamı məcbur olub geri qayıdır və digər bölmədən keçməli olurdu. Yola olan münasibət deyəsən elə o günlərdən başlamışdı. Amma düşündüm ki, Bu Bakı – Quba yolunun bəxti açılmır ki, açılmır...

Bakı-Quba yolunun Ziyalı, əməli Saleh olmayan bəxti....

Bakı-Quba yolunun ZİYAlı tarixi....Ölməz xatirəsi...
(Cavid adının mənası: ölməz-əbədi)


Hələ 2005-2010-cu illərdə bu yola 625,7 milyon manat vəsait xərclənmişdi. Əlavə olaraq 15 milyon manatdan çox vəsait isə həmin yolla bağlı digər xərclərə yönəldilmişdi. Ümumilikdə 641 milyon manata yaxın vəsait batdı getdi bu yolda. Əsas Qazıqumlaq yolu şümallaşdı, Teymur Əliyevdə olan ev eşik düzəldi, ZQAN Holding yarandı və sair və ilaxır. Hətta dedilər sabiq nazirin bağ evində çənləri “Ərikli” suyu ilə dolur. Xalq öz “qəhrəman”ına dastanlar qoşur axı. Ziya Məmmədova yaxın və o dönəmdə sədaqətli sayılan Cavid Qurbanov da var idi. Hətta gözəl xatırlayıram Ziya Məmmədovla Cavid Qurbanov telefonla danışırdlar. Ziya müəllim xəstələnmişdi. Cavid Qurbanovla olan mehriban danışığı zamanı həsədlə bu dostluğa baxıb bir anlıq halal olsun da dedim. Sonra zaman gəldi hər iki dost arasında elə nazirlikdə kabinetdə mübahisə düşdü. Bu mübahisələr ölkənin məşhur restoranlarınn birində ikili arasında gedən müzakirələrdə də davam etmişdi. Nəticələr isə bəllidir.

Bakı-Quba yolunun Ziyalı, əməli Saleh olmayan bəxti....

İndi Ziya müəllim namaza başlayıb. Allah qəbul eləsin. Oğlu Anar Amerikada zəhmətlə cəfakeş həyat sürür. Bir sıra yaxınları isə Anardan küsüb. "Bizim evimizi o yıxdı, dağıtdı gül kimi səltənətimizi" deyirlər. Cavid müəllim isə çəkilib səssizliyə.....

Bakı-Quba yolunun Ziyalı, əməli Saleh olmayan bəxti....

Bakı-Quba yoluna əməli SALEH biri lazımdır

Maraqlı bir təsadüf də var. Bu asfalt işinə kim baxırsa qonşu olmaq da talelərinə yazılır deyəsən. AAYDA-nın İdarə Heyətinin sədri Saleh Məmmədov da məşhur Teymur Əliyev küçəsində yaşayır. Bu küçənin bir başlanğıcında Ziya Məmmədov, digər başlanğıcında isə bir qədər içəri məhəllədə Saleh müəllim yaşayır. Yolları bir nöqtədə kəsişir. Talelərini deyə bilmərəm.

Bakı-Quba yolunun Ziyalı, əməli Saleh olmayan bəxti....

Maraqlıdır ki, 2018-ci ildə tikintisinə 150 milyon manat ayrılan, 2023-cü ildə istifadəyə verilən Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi ödənişli yeni avtomobil yolu niyə bu günə qaldı. Bu yol istifadəyə veriləndə, təhvil-təslim aktı imzalananda heç bir araşdırma aparılmadımı? Bu yolda 40 yol ötürücüsü və körpü, 52 alt keçid var. Bəs bu yol tikiləndə relyefi, sel basma təhlükəsi, ərazinin iqlim şəraiti necə nəzərə alınmamışdı?

Bakı-Quba yolunun Ziyalı, əməli Saleh olmayan bəxti....

Bu yağış bir gün çəkdi. Bəs intensiv olaraq bir neçə gün yağsa nə baş verərdi? Ödənişli yol biyabırçı hala düşdü. Hanı mühəndis? Haradadır təhvil-təslimə qol çəkənlər? Saleh müəllim açıqlama versə nə gözəl olardı. Bir zaman deyirdi bu yolda sürətlə sürün.
Deyirəm Saleh müəllim: “Mən yola çıxanda gərək maşının yük yerində (baqajda) ən azı 600 min olsun. Yoxsa uzaq yola çıxa bilmirəm”.... deyibən bu yola çıxıb yağışlı havada sürətlə avtomobil sürə biləydik.....// ekologiya.az
Tural Müseyibov


Oxunub: 494

Son xəbərlər

Çin lideri dünya ölkələrinə çağırış etdi

Bu universitet illik təhsil haqqını artırır

"Azərişıq” bu rayonlarda yenidənqurma işlərini davam etdirir - VİDEO

Prezident informasiya təhlükəsizliyi üzrə Koordinasiya Komissiyasının sədrini dəyişib

Sabirabadın Əhmədabad kənd 9 illik ümumi orta məktəbdə qanunsuzluqlar və yaşanan kriminal olaylar - VİDEO/FOTO

“Müəmmalı” “Fuga Group”: gizli qalan rəhbər, işıqfor satan tikinti şirkəti

Bakının mərkəzində təhlükəli vəziyyət

Anar Rzayev qardaşının idarə etdiyi öz şirkətinə limitsiz lisenziyalar verir?

İran mediası ADY-dəki məsələdən yazdı

“Erməni zabitlər döyüş mövqelərini qoyub, qaçıblar”

Putin Ukraynaya ultimatum verdi – ŞƏRTLƏRİ

Çox isti içkilər içmək xərçəng riskini artırır

Vətəndaşlarımız bu ölkələrdə insan alverinin qurbanı olublar

1 600 manatadək artırılan müavinət kimlərə ödənilir? - AÇIQLAMA

Paraqvayda qəribə dəyişiklik: Bir icma öz ənənələrini unuda bilərmi?

Türkiyənin Milli Təhlükəsizlik Şurasının baş katibi Azərbaycanda səfərdədir

Trampın İstanbula getmək istəməsinə Zelenskidən reaksiya

Səs yazısı yayılan direktor işdən çıxarıldı

Qoşunları sərhədlərdən çıxarmaqla bağlı razılığa gəldilər

Fəzilət şairi XALİDƏ HİCRAN - III HİSSƏ

Ən sağlıqlı çərəz: Nə fındıq, nə badamdır - bu, hamısından üstündür

Deputata məxsus olduğu deyilən şirkətə 120 milyon manatlıq sifariş- VİDEO

Azərbaycan və Somali arasında memorandum imzalanıb

Məhkəmə Əziz Orucovla bağlı qərar verdi

Zaur Əliyev "Azpetrol"dan 40 min manatlıq benzin alıbmış - Kimin üçün olduğu...

Tanınmış bloqerlərin reklam etdiyi şirkətə etibar etdilər, aldandılar // VİDEO

Gömrükdəki köhnə iddialar və kölgələr - Yeni sistem də bir işə yaramırsa...

151 saylı bağçada körpələrə zay məhsullar verilir: dövlət orqanları təcili hərəkətə keçməlidir - Şok VİDEO

Çin qırıcısı Pakistan və Hindistan münaqişəsinin ulduzuna çevrildi - "Business Insider"

Tramp Körfəz ölkələri ilə 1 trilyon dollarlıq müqavilə bağlamağa hazırlaşır

Bütün xəbərlər