Eldar Əzizovla Yasin Molanovu nə bağlayır?

Məlum olduğu kimi, bir neçə gün əvvəl yağış sularından xilas olmaq üçün tunel və körplüərin altından olan keçidlərin bağlanmasını təklif edən Bakı şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov tənqidə məruz qalmışdı.

"DogruXeber.az" xəbər verir ki, merin belə təklif irəli sürməsini qınayanların səsi insanların qulağından getməmiş, yeni bir tenderin nəticələri açıqlanıb.
Belə ki, BŞİH-in tabeliyində olan “Bakı Şəhər İşığı” Elektrik Şəbəkələri Müəssisəsi işıqlandırma üçün materialların satınalınmasını reallaşdırıb. Məlumata görə, tenderin qalibi “İNTERKABEL” firması olub. Müqavilənin dəyəri isə 2 milyon 670 min 677 manat təşkil edib.

Tribunainfo.az-ın apardığı araşdırma nəticəsində məlum olub ki, BŞİH ilə “İnterkabel” firması arasında bu tip anlaşma ilk deyil. Hələ ötən ilin iyununda da tərəflər arasında tender razılaşması olub. Açıq mənbələrdə qeyd edilir ki, 25.06.2024-cü ildə tərəflər işıqlandırma üçün lazımı mal-materialların satın alınmasına razılaşıblar. Bunun üçün Bakı meriyası firmaya 2 milyon 476 min 318 manat pul ödəyib. Yəni cəmi 10 ay fasilə ilə BŞİH “İnterkabel”dən 5 milyon 100 minlik mal-material alıb.

“İnterkabel” firmasının ötən il ərazində keçirdiyi tenderlərlə də bağlı maraqlı məqamlar var. Tribunainfo.az-ın açıq mənbələr üzərindən apardığı araşdırma zamanı bəlli olub ki, firma ötən il 8 tenderin qalibi olub. Bu tenderlər üzrə müqavilələrin toplam dəyəri 8 milyon 490 min manat təşkil edib.

Bu tenderlər əsasən BŞİH, Bakı Metropoliteni və Sumqayıt İcra Hakimiyyətini, habelə Gəncə şəhərini əhatə edib. Belə ki, “Bakı Metropoliteni” QSC ötən il “İnterkabel” firmasından üç dəfə müxtəlif mal və material alıb. Bu tenderlərin dəyəri isə 2 milyon 100 min manatdan bir qədər çox olub.
İkinci sırada Sumqayıt İcra Hakimiyyətinin tabeliyində olan Sumqayıt Küçə İşıqları Təsərrüfat Hesablı Xidmət Sahəsi gəlir. “İnterkabel” firması bu quruma üç dəfə mal və material satıb. Həmin satış üzrə isə tərəflər arasında 1 milyon 862 min 185 manat dəyərində müqavilə bağlanılıb.
Bu sırada Gəncə də yaddan çıxmayıb. Belə ki, Gəncə MKTİB də “İnterkabel”lə anlaşıb. Elektrik mal-materiallarının və avadanlıqların satınalınmasına görə, bu şirkətə 2 milyon 52 min 118 manat ödənilib.

İşin ilginc tərəfi odur ki, “İnterkabel” firması “Bakı metropolitan”I çıxmaq şərti ilə, o şəhərlərin Icra Hakimiyyətlərinin tenderlərini udub ki, onların hamısına Eldar Əzizov başçılıq edib. O, Gəncənin, ardından Sumqayıtın və yekunda Bakının meri təyin edilib. Elə bu da “İnterkabel” firması ilə icra başçısı arasında hansısa əlaqələrin olması barədə şübhələrə yol açıb.

“İnterkabel” firması 16 sentyabr 1997-ci ildə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi tərəfindən qeydiyyata alınıb. Nizamnamə kapitalı 20 manat olan şirkətin hüquqi ünvanı Bakı şəhəri Nərimanov rayonu, Nəcəf Nərimanov küçəsi, ev 5a-da yerləşir. Firmanın qanuni təmsilçisi Molanov Yasin Xanoğlan oğludur.//Tribunainfo.az


Oxunub: 309

Son xəbərlər

Bu universitet illik təhsil haqqını artırır

"Azərişıq” bu rayonlarda yenidənqurma işlərini davam etdirir - VİDEO

Prezident informasiya təhlükəsizliyi üzrə Koordinasiya Komissiyasının sədrini dəyişib

Sabirabadın Əhmədabad kənd 9 illik ümumi orta məktəbdə qanunsuzluqlar və yaşanan kriminal olaylar - VİDEO/FOTO

“Müəmmalı” “Fuga Group”: gizli qalan rəhbər, işıqfor satan tikinti şirkəti

Bakının mərkəzində təhlükəli vəziyyət

Anar Rzayev qardaşının idarə etdiyi öz şirkətinə limitsiz lisenziyalar verir?

İran mediası ADY-dəki məsələdən yazdı

“Erməni zabitlər döyüş mövqelərini qoyub, qaçıblar”

Putin Ukraynaya ultimatum verdi – ŞƏRTLƏRİ

Çox isti içkilər içmək xərçəng riskini artırır

Vətəndaşlarımız bu ölkələrdə insan alverinin qurbanı olublar

1 600 manatadək artırılan müavinət kimlərə ödənilir? - AÇIQLAMA

Paraqvayda qəribə dəyişiklik: Bir icma öz ənənələrini unuda bilərmi?

Türkiyənin Milli Təhlükəsizlik Şurasının baş katibi Azərbaycanda səfərdədir

Trampın İstanbula getmək istəməsinə Zelenskidən reaksiya

Səs yazısı yayılan direktor işdən çıxarıldı

Qoşunları sərhədlərdən çıxarmaqla bağlı razılığa gəldilər

Fəzilət şairi XALİDƏ HİCRAN - III HİSSƏ

Ən sağlıqlı çərəz: Nə fındıq, nə badamdır - bu, hamısından üstündür

Deputata məxsus olduğu deyilən şirkətə 120 milyon manatlıq sifariş- VİDEO

Azərbaycan və Somali arasında memorandum imzalanıb

Məhkəmə Əziz Orucovla bağlı qərar verdi

Zaur Əliyev "Azpetrol"dan 40 min manatlıq benzin alıbmış - Kimin üçün olduğu...

Tanınmış bloqerlərin reklam etdiyi şirkətə etibar etdilər, aldandılar // VİDEO

Gömrükdəki köhnə iddialar və kölgələr - Yeni sistem də bir işə yaramırsa...

151 saylı bağçada körpələrə zay məhsullar verilir: dövlət orqanları təcili hərəkətə keçməlidir - Şok VİDEO

Çin qırıcısı Pakistan və Hindistan münaqişəsinin ulduzuna çevrildi - "Business Insider"

Tramp Körfəz ölkələri ilə 1 trilyon dollarlıq müqavilə bağlamağa hazırlaşır

Sahib Məmmədovun “agent ovu”: Həmkarlar İttifaqı Konfederasiyasında nə baş verir?

Bütün xəbərlər