gundem / hadise / Cəmiyyət
28.04.2025, 14:30
DSX-nin hərbçisi intihar etdi
Dövlət Sərhəd Xidmətinin həqiqi hərbi xidmət hərbi qulluqçusu kiçik gizir Rəhim Zeynal oğlu Novruzov yaşadığı mənzildə intihar edib.
"DogruXeber.az" xəbər verir ki, bu barədə DSX-nin Mətbuat Mərkəzindən məlumat verilib.
Bildirilib ki, ilkin olaraq hadisənin hərbi xidmətlə bağlı olmayan səbəbdən baş verməsi ehtimal edilir.
Faktla əlaqədar prokurorluq orqanlarının əməkdaşları ilə birlikdə araşdırma tədbirləri həyata keçirilir.