“AzerGold” QSC-də işə qəbulla bağlı növbəti kütləvi test imtahanı keçirilib

“AzerGold” QSC tərəfindən Daşkəsən rayonunda yerləşən Çovdar İnteqrəolunmuş Regional Emal Sahəsində (ÇİRES) işə qəbulla bağlı növbəti dəfə kütləvi test imtahanı keçirilib.

“"DogruXeber.az” xəbər verir ki, müxtəlif vəzifə və peşələr üzrə elan edilən vakant yerlərə namizədlərin tam elektronlaşdırılmış müraciəti əsasında kütləvi imtahana cəlb edilməklə şəffaf qaydada seçimi üçün təşkil edilən imtahanda Daşkəsən, Göygöl və ətraf rayonlardan ümumilikdə 160 nəfər vətəndaş iştirak edib.

Bu mərhələdə namizədlərin dünyagörüşü, məntiqi təfəkkürü və müraciət etdiyi vəzifə üzrə bilikləri qiymətləndirilib.

“AzerGold” QSC-də işə qəbulla bağlı növbəti kütləvi test imtahanı keçirilib

Test mərhələsini uğurla tamamlayan namizədlər yekun mərhələdə QSC-nin işə qəbul komissiyası tərəfindən təşkil edilən müsahibədə iştirak hüququ qazanacaqlar. Komissiya üzvlərinin rəyinə əsasən son olaraq aktiv vakansiyalar üzrə namizədlərin seçimi aparılacaq.

Xatırladaq ki, “AzerGold” QSC tərəfindən işə qəbulla bağlı namizədlərin müraciətləri rəsmi internet səhifəsi (azergold.az) üzərindən qəbul edilir. Namizədlər cari vakant vəzifələrlə bağlı məlumatları rəsmi saytda “Karyera” bölməsi, “Vakansiyalar” altbölməsinə daxil olaraq əldə edə, öz şəxsi kabinetini yaradaraq müraciət edə bilərlər.

Qeyd edək ki, “AzerGold” QSC və onun törəmə şirkətləri olan “Daşkəsən Dəmir Filiz” MMC və “AzerBlast” MMC-də ümumilikdə 1061 nəfər əməkdaş çalışır. Hazırda QSC-nin hasilat və istehsalat sahələrində çalışan işçilərinin 80 faizə yaxınını yerli və ətraf rayonların sakinləri təşkil edir. QSC və onun törəmə şirkətləri tərəfindən fəaliyyətə cəlb edilmiş uzunmüddətli podratçı şirkətlərlə birgə işlə təmin edilmiş vətəndaşların sayı isə 2400 nəfərə yaxındır.


Oxunub: 299

Son xəbərlər

Bakıda qadın sahibkar həbs edildi - Zəvvarları aldadıb

Çin lideri dünya ölkələrinə çağırış etdi

Bu universitet illik təhsil haqqını artırır

"Azərişıq” bu rayonlarda yenidənqurma işlərini davam etdirir - VİDEO

Prezident informasiya təhlükəsizliyi üzrə Koordinasiya Komissiyasının sədrini dəyişib

Sabirabadın Əhmədabad kənd 9 illik ümumi orta məktəbdə qanunsuzluqlar və yaşanan kriminal olaylar - VİDEO/FOTO

“Müəmmalı” “Fuga Group”: gizli qalan rəhbər, işıqfor satan tikinti şirkəti

Bakının mərkəzində təhlükəli vəziyyət

Anar Rzayev qardaşının idarə etdiyi öz şirkətinə limitsiz lisenziyalar verir?

İran mediası ADY-dəki məsələdən yazdı

“Erməni zabitlər döyüş mövqelərini qoyub, qaçıblar”

Putin Ukraynaya ultimatum verdi – ŞƏRTLƏRİ

Çox isti içkilər içmək xərçəng riskini artırır

Vətəndaşlarımız bu ölkələrdə insan alverinin qurbanı olublar

1 600 manatadək artırılan müavinət kimlərə ödənilir? - AÇIQLAMA

Paraqvayda qəribə dəyişiklik: Bir icma öz ənənələrini unuda bilərmi?

Türkiyənin Milli Təhlükəsizlik Şurasının baş katibi Azərbaycanda səfərdədir

Trampın İstanbula getmək istəməsinə Zelenskidən reaksiya

Səs yazısı yayılan direktor işdən çıxarıldı

Qoşunları sərhədlərdən çıxarmaqla bağlı razılığa gəldilər

Fəzilət şairi XALİDƏ HİCRAN - III HİSSƏ

Ən sağlıqlı çərəz: Nə fındıq, nə badamdır - bu, hamısından üstündür

Deputata məxsus olduğu deyilən şirkətə 120 milyon manatlıq sifariş- VİDEO

Azərbaycan və Somali arasında memorandum imzalanıb

Məhkəmə Əziz Orucovla bağlı qərar verdi

Zaur Əliyev "Azpetrol"dan 40 min manatlıq benzin alıbmış - Kimin üçün olduğu...

Tanınmış bloqerlərin reklam etdiyi şirkətə etibar etdilər, aldandılar // VİDEO

Gömrükdəki köhnə iddialar və kölgələr - Yeni sistem də bir işə yaramırsa...

151 saylı bağçada körpələrə zay məhsullar verilir: dövlət orqanları təcili hərəkətə keçməlidir - Şok VİDEO

Çin qırıcısı Pakistan və Hindistan münaqişəsinin ulduzuna çevrildi - "Business Insider"

Bütün xəbərlər