İcra məmurunun oğluna verilən milyonluq tenderlər

DogruXeber.az: - Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) Bakıda dayanacaq pavilyonları quraşdıracaq. Bununla əlaqədar dövlət satınalmalarının vahid internet portalında tenderin nəticəsi açıqlanıb.

Nəticələrə əsasən, AYNA Bakı şəhərinin küçə və prospektlərində sərnişinlərin avtobus gözləmələri üçün dayanacaq pavilyonlarının quraşdırılması işlərini həyata keçirəcək. Bu məqsədlə “SMCS” MMC şirkəti ilə 1 milyon 744 min 985 manatlıq satınalma müqaviləsi imzalayıb.

Bu, AYNA ilə “SMCS” MMC arasında ilk tender müqaviləsi deyil. Belə ki, ötən ilin avqustunda da AYNA eyni məzmunlu tenderin qalibi olaraq sözügedən şirkəti göstərib. Həmin vaxt isə bu işlərə 500 min 907 manat pul ayırıb.

Şirkət haqqında ətraflı

“SMCS” MMC, əvvəlki adı ilə “SM Construction Supplies” MMC, 2018-ci ildə təsis edilib. Şirkət tikinti, təmir, interyer-eksteryer dizayn və mebel istehsalı sahələrində fəaliyyət göstərir. 2023-cü ilin sentyabr ayında adını dəyişərək indiki adını alıb.

Şirkətin nizamnamə kapitalı ilkin olaraq 10 manat olsa da, 2022-ci ilin iyul ayında 49 000 manata, sentyabr ayında isə 88 500 manata qədər artırılıb.

Şirkətin hazırda qanuni təmsilçisi Cəfərov Mübariz Məhərrəm oğludur. Bundan əvvəl isə Ehtiram Etibar oğlu Heydərli olub. Ehtiram Heydərli həmçinin şirkətin rəsmi təsisçisi və rəhbəridir.

“SM Construction Supplies (SMCS)” şirkəti 2020-ci ildə Koronavirus Fonduna və Silahlı Qüvvələrin Yardım Fonduna ianələr edib.

Dövlət tenderlərində uğurlar

“SMCS” MMC dövlət qurumları tərəfindən keçirilən tenderlərdə fəal iştirak edib və bir sıra layihələrin icrasını üzərinə götürüb. 2024-cü ildə şirkət ümumilikdə 15 milyon 111 min 960 manat dəyərində 11 tenderin qalibi olub.

Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) ilə əməkdaşlıqdan əlavə, şirkət Müdafiə Nazirliyi ilə də 1 milyon 804 min 568 manat dəyərində müqavilə bağlamışdır.

Ümumilikdə şirkət 2020-ci ildən etibarən dövlət qurumları ilə 35-ə yaxın 24 milyon manat dəyərində tender müqaviləsi imzalayıb. Bunlar “Azergold” QSC, DİN Polis Akademiyası və Daxili Qoşunlar, Səhiyyə Nazirliyi, FHN, AzTV, Bakı Nəqliyyat Agentliyi (BNA), “Azərişıq” ASC, Müdafiə Nazirliyi və Dövlət Gömrük Komitəsi kimi mühüm dövlət qurumlarıdır.

Ehtiram Heydərli kimdir?

Şirkətin qurucusu Ehtiram Heydərli Siyəzən Rayon İcra Hakimiyyəti başçısının Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsi müdirinin müavini Etibar Heydərovun oğludur.

Etibar Heydərov uzun müddət Siyəzən Rayon İcra Hakimiyyəti başçısının müavini, Siyəzən rayon Məşğulluq Mərkəzinin direktoru və Yeni Azərbaycan Partiyasının (YAP) Siyəzən rayon təşkilatının sədri vəzifələrini icra edib.

Həmçinin Etibar Murad oğlu Heydərov 2015-ci ildə prezident İlham Əliyevin sərəncamı ilə “Dövlət qulluğunda fərqlənməyə görə” medalı ilə təltif olunub.

Ata və oğulun 2015/2020-ci il parlament seçkilərində iştirakı: Etibar Heydərov 2015-ci il YAP Siyəzən rayon təşkilatının Seçki Qərargahının rəhbəri olub. O zaman 54 saylı Şabran-Siyəzən seçki dairəsi üzrə YAP namizədi Tahir Süleymanov deputat seçilmişdi. Onun deputat seçilməyində həm Etibar Heydərovun, həm də oğlu Ehtiram Heydərlinin böyük rolu var. Dövrü-mətbuatda icra başçısının müavininin müğənniyə hücum etdiyi də qeyd olunub.

2020-ci il parlament seçkilərində isə Etibar Heydərov 54 saylı Şabran-Siyəzən seçki dairəsi üzrə YAP namizədi Sadiq Qurbanovun təşviqatı zamanı seçki qaydalarının pozulmasında iştirak etmişdir. Tədbirdə qanunsuz təşviqat aparıldığı üçün Mərkəzi Seçki Komissiyası (MSK) tərəfindən xəbərdarlıq edilmişdir. Bu qərar MSK-nın 30 yanvar 2020-ci il tarixli 42 saylı müraciətinə əsasən qəbul edilmişdir.

Qardaşı Heydərli Şadil Etibar oğlu isə uzun illər Bank Olmayan Kredit Təşkilatı “Falcon Finance” MMC-nin Müşahidə Şurasının üzvü olub. Hal-hazırda isə onun hansı fəaliyyətlə məşğul olduğu bizə məlum deyil.

Azərbaycan qanunvericiliyinə görə

Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi bildirir ki, dövlət qulluqçusunun maddi faydaları öz qohumuna yönəltməsi ilə bağlı göstərişlərin (əmrlərin) verilməsi və təsdiqlənməsi maraqların toqquşmasına səbəb olur.

“Dövlət qulluqçularının etik davranış qaydaları haqqında” Azərbaycan Respublikasının Qanununun 15-ci maddəsində göstərilmişdir ki, dövlət qulluqçusu qulluq etdiyi dövrdə maraqların toqquşmasına yol verməməlidir və qanunsuz olaraq öz vəzifə səlahiyyətlərindən şəxsi maraqları üçün istifadə etməməlidir.
Mənbə: Meydan Tv


Oxunub: 292

Son xəbərlər

Bu universitet illik təhsil haqqını artırır

"Azərişıq” bu rayonlarda yenidənqurma işlərini davam etdirir - VİDEO

Prezident informasiya təhlükəsizliyi üzrə Koordinasiya Komissiyasının sədrini dəyişib

Sabirabadın Əhmədabad kənd 9 illik ümumi orta məktəbdə qanunsuzluqlar və yaşanan kriminal olaylar - VİDEO/FOTO

“Müəmmalı” “Fuga Group”: gizli qalan rəhbər, işıqfor satan tikinti şirkəti

Bakının mərkəzində təhlükəli vəziyyət

Anar Rzayev qardaşının idarə etdiyi öz şirkətinə limitsiz lisenziyalar verir?

İran mediası ADY-dəki məsələdən yazdı

“Erməni zabitlər döyüş mövqelərini qoyub, qaçıblar”

Putin Ukraynaya ultimatum verdi – ŞƏRTLƏRİ

Çox isti içkilər içmək xərçəng riskini artırır

Vətəndaşlarımız bu ölkələrdə insan alverinin qurbanı olublar

1 600 manatadək artırılan müavinət kimlərə ödənilir? - AÇIQLAMA

Paraqvayda qəribə dəyişiklik: Bir icma öz ənənələrini unuda bilərmi?

Türkiyənin Milli Təhlükəsizlik Şurasının baş katibi Azərbaycanda səfərdədir

Trampın İstanbula getmək istəməsinə Zelenskidən reaksiya

Səs yazısı yayılan direktor işdən çıxarıldı

Qoşunları sərhədlərdən çıxarmaqla bağlı razılığa gəldilər

Fəzilət şairi XALİDƏ HİCRAN - III HİSSƏ

Ən sağlıqlı çərəz: Nə fındıq, nə badamdır - bu, hamısından üstündür

Deputata məxsus olduğu deyilən şirkətə 120 milyon manatlıq sifariş- VİDEO

Azərbaycan və Somali arasında memorandum imzalanıb

Məhkəmə Əziz Orucovla bağlı qərar verdi

Zaur Əliyev "Azpetrol"dan 40 min manatlıq benzin alıbmış - Kimin üçün olduğu...

Tanınmış bloqerlərin reklam etdiyi şirkətə etibar etdilər, aldandılar // VİDEO

Gömrükdəki köhnə iddialar və kölgələr - Yeni sistem də bir işə yaramırsa...

151 saylı bağçada körpələrə zay məhsullar verilir: dövlət orqanları təcili hərəkətə keçməlidir - Şok VİDEO

Çin qırıcısı Pakistan və Hindistan münaqişəsinin ulduzuna çevrildi - "Business Insider"

Tramp Körfəz ölkələri ilə 1 trilyon dollarlıq müqavilə bağlamağa hazırlaşır

Sahib Məmmədovun “agent ovu”: Həmkarlar İttifaqı Konfederasiyasında nə baş verir?

Bütün xəbərlər