gundem / dunya
30.04.2025, 15:30
Türkiyə Netanyahunun təyyarəsi ilə bağlı qərar verdi
İsrailin baş naziri mayın 7-də axşam “Kanaf Sion” (The Wing of Sion) adlı hökumət təyyarəsi ilə Azərbaycana uçacaq.
"DogruXeber.az" xəbər verir ki, bu barədə “AIA Global News” (“Azerbaijani-Israeli Alliance Global News”) portalı məlumat yayıb.
Bu o deməkdir ki, Türkiyə təyyarənin öz hava məkanından keçməsinə icazə verib.
"Bu, Azərbaycanın İsrail və Türkiyə arasında gərginliyin azaldılmasına yönəlmiş vasitəçiliyini simvolik uğurunu təmsil edir", - portal yazıb.