gundem / dunya
8.05.2025, 17:00
Ermənistanda ehtiyatda olan hərbçilər orduya çağırıldı
Ermənistanda ehtiyatda olan hərbçilərin növbəti toplanışı keçiriləcək.
"DogruXeber.az" Ermənistan KİV-ə istinadən xəbər verir ki, bu barədə qərar hökumətin bu gün keçirilən iclasında qəbul edilib.
Toplanışlar 3 iyun – 22 avqust tarixlərində keçiriləcək. Ehtiyatda olan hərbçilər toplanışlara 25 gün müddətinə cəlb ediləcək.
Toplanışlar il ərzində dövri olaraq keçirilir.//Gununsesi.info