"Adamyeyən Hannibal"ın məktubları üzə çıxdı: İngiltərənin ən təhlükəli məhbusunun sevgi etirafı

İngiltərənin ən təhlükəli məhbusu kimi tanınan və "Adamyeyən Hannibal" ləqəbi ilə tanınan Robert Maudsleyə aid indiyə qədər üzə çıxmamış bir sıra məktublar ictimaiyyətə təqdim edilib.

"DogruXeber.az" xəbər verir ki, 1983-cü ildən bəri gününün 23 saatını şüşə kamerada keçirən Maudsley yazdığı məktublarda ilk dəfə sevgisindən bəhs edib.

Təxminən 50 ildir ki, dəmir barmaqlıqlar arxasında olan Maudsley məktub yazmağa kifayət qədər vaxt tapıb. Onun yazılarında sevimli televiziya proqramı olan Devid Attenboronun vəhşi təbiət verilişlərinə dair müşahidələri və saxlandığı şəraitin yaxşılaşdırılması ilə bağlı tələbləri yer alır.

"Bob", "Mavi", "Qaşıqlar" və "Adamyeyən Hannibal"

İngiltərədə ən uzun müddət həbsdə saxlanılan məhbus olan Robert Maudsley əlləri ilə dörd nəfəri öldürdüyü üçün müxtəlif ləqəblərlə tanınıb. Əvvəlcə ilk qurbanını boğarkən sifəti mavi rəngə çaldığı üçün ona "Mavi" deyilib. Daha sonra bir məhbus yoldaşını öldürüb beynini qaşıqla çıxardığına görə "Qaşıqlar" ləqəbi ilə tanınıb. Bu hadisədən sonra isə "Adamyeyən Hannibal" adlandırılıb.

Günün birində iki məhbusu daha qətlə yetirdikdən sonra qanlı, əl işi bıçağı nəzarətçiyə uzadaraq soyuqqanlı şəkildə "Yoxlamada iki nəfər əskik olacaq" deməsi onun adını daha da qorxulu bir simvola çevirib.

Şüşə kamerada 17 min gün

Maudsley 1983-cü ildən bəri Vakefield həbsxanasında - "Canavar köşkü” kimi tanınan A kateqoriyalı müəssisədə, yeraltında xüsusi hazırlanmış şüşə və plastik kamerada saxlanılır. Bəziləri onun hücrəsinin "Quzuların səssizliyi” filmindəki Hannibal Lecter-in hücrəsinə ilham verdiyini iddia edir.

O, bu kamerada 17 min gün təkbaşına kilidli qalıb və gününün 23 saatını burada keçirir. Öz sözlərinə görə, bu, "tabuta diri-diri basdırılmağa” bənzəyir. Bu baxımdan o, dünyada ən uzun müddət təkadamlıq kamerada saxlanılan şəxs kimi tanınır.

Sevgi dolu məktublar

Bütün bu keçmişinə baxmayaraq, Maudsley yazdığı məktublarda bir qadına olan sevgisindən bəhs edir. 69 yaşlı qadınla məktub vasitəsilə qurduğu münasibət barədə "Sevgili, şirin Loveinia” sözləri ilə başladığı məktubda qadına təşəkkür edir, onu "qız yoldaşı” kimi təsvir edir və ona olan sevgisini ifadə edir.

"Bu son illərdə mənimlə paylaşdığın bütün mərhəmət, diqqət və sevgi, hər şeyin öhdəsindən gəlməyimə kömək etdi. Mənim gözəl Loveinia'm, həyatımızda nə qədər çox sevgi olsa, pis xatirələr bir o qədər uzaqlaşır və həyat daha mənalı olur”, deyə o, məktubda yazır.

Məktublar "Bob” imzası ilə tamamlanır.//qaynarinfo


Oxunub: 167

Son xəbərlər

Bakıda qadın sahibkar həbs edildi - Zəvvarları aldadıb

Çin lideri dünya ölkələrinə çağırış etdi

Bu universitet illik təhsil haqqını artırır

"Azərişıq” bu rayonlarda yenidənqurma işlərini davam etdirir - VİDEO

Prezident informasiya təhlükəsizliyi üzrə Koordinasiya Komissiyasının sədrini dəyişib

Sabirabadın Əhmədabad kənd 9 illik ümumi orta məktəbdə qanunsuzluqlar və yaşanan kriminal olaylar - VİDEO/FOTO

“Müəmmalı” “Fuga Group”: gizli qalan rəhbər, işıqfor satan tikinti şirkəti

Bakının mərkəzində təhlükəli vəziyyət

Anar Rzayev qardaşının idarə etdiyi öz şirkətinə limitsiz lisenziyalar verir?

İran mediası ADY-dəki məsələdən yazdı

“Erməni zabitlər döyüş mövqelərini qoyub, qaçıblar”

Putin Ukraynaya ultimatum verdi – ŞƏRTLƏRİ

Çox isti içkilər içmək xərçəng riskini artırır

Vətəndaşlarımız bu ölkələrdə insan alverinin qurbanı olublar

1 600 manatadək artırılan müavinət kimlərə ödənilir? - AÇIQLAMA

Paraqvayda qəribə dəyişiklik: Bir icma öz ənənələrini unuda bilərmi?

Türkiyənin Milli Təhlükəsizlik Şurasının baş katibi Azərbaycanda səfərdədir

Trampın İstanbula getmək istəməsinə Zelenskidən reaksiya

Səs yazısı yayılan direktor işdən çıxarıldı

Qoşunları sərhədlərdən çıxarmaqla bağlı razılığa gəldilər

Fəzilət şairi XALİDƏ HİCRAN - III HİSSƏ

Ən sağlıqlı çərəz: Nə fındıq, nə badamdır - bu, hamısından üstündür

Deputata məxsus olduğu deyilən şirkətə 120 milyon manatlıq sifariş- VİDEO

Azərbaycan və Somali arasında memorandum imzalanıb

Məhkəmə Əziz Orucovla bağlı qərar verdi

Zaur Əliyev "Azpetrol"dan 40 min manatlıq benzin alıbmış - Kimin üçün olduğu...

Tanınmış bloqerlərin reklam etdiyi şirkətə etibar etdilər, aldandılar // VİDEO

Gömrükdəki köhnə iddialar və kölgələr - Yeni sistem də bir işə yaramırsa...

151 saylı bağçada körpələrə zay məhsullar verilir: dövlət orqanları təcili hərəkətə keçməlidir - Şok VİDEO

Çin qırıcısı Pakistan və Hindistan münaqişəsinin ulduzuna çevrildi - "Business Insider"

Bütün xəbərlər