AYNA “Bazarstore”un girişində ödənişli parkinq yaratdı

DogruXeber.az: - Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi “Xalqlar Metro”sunun aşağı çıxışında, Qara Qarayev prospektində “Bazarstore” supermarketinin və mebel mağazalarının qarşısında ödənişli parklama yerləri yaradıb. Bununla bağl Poliqon-a vətəndaşlar və ərazidəki mebel dükanlarının sahiblərindən şikayət daxil olub. Şikayətçilər bildirir ki, bununla AYNA onların hüquqlarını kobud şəkildə pozur. Çünki supermarketə alver etməyə girənlər parkinq üçün ödəniş etməlidir.

Qeyd edək ki, ərazidə həmçinin çoxlu sayda mebel dükanları və kiçik biznes obyektləri fəaliyyət göstərir. Dükan sahibləri və mebel salonları əməkdaşımıza bildiriblər ki, AYNA onların biznes sahələrinin qarşısında ödənişli parkinq yaradarkən etiraz etsələr də, qurumun əməkdaşları onların etirazını dinləmək belə istəməyib. Dükan və biznes sahibləri hesab edirlər ki, AYNA-nın ödənişli parklama yerləri onların bizneslərinin fəaliyyətinə birbaşa mane olur və bu, ölkə prezidnti İlham Əliyevin dövlət qurumlarının kiçik və orta biznesin fəaliyyətinə mane olmamaq barədə verdiyi sərəncam və tapşırıqlara birbaşa ziddir.

Qeyd edək ki, prezident İlham Əliyev dövlət qurumlarına dəfələrlə xəbərdarlıq edərək biznes qurumlarının fəaliyyətinə mane olmamaq barədə xəbərdarlıq edib və bu barədə sərəncam da imzalayıb.

Şikayətçilər bildiirirlər ki, AYNA daha çox pul qazanmaq və vətəndaşları onlara ödəniş etməyə məcbur etmək üçün onların biznesinə birbaşa mane olur və ziyan vurur.

Məsələ ilə bağlı Poliqon-nun əməkdaşı Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin mətbuat katibi Tural Orucovla əlaqə saxlayıb. Tural Orucov sorğumuza cavab olaraq bildirib ki, onlar Nazirlər Kabineti tərəfindən parklanma yerinin idarə edilməsi ilə bağlı qəbul edilən qaydalar əsasında fəaliyyət göstərirlər.

“Bu sənəddə tarif zonası üzrə hüdudlar müəyyən olunub. Həmin sənəddə küçə və prospektlər üzrə hüdudlarla tanış olmaq mümkündür. AYNA tərəfindən parklanma yerləri dövlət avtomobil yollarının kənarında təşkil edilir. Bu istiqamətdə işlər zonalar üzrə mərhələli qaydada həyata keçirilir. Sözügedən ərazidə də parklanma infrastrukturu yaradılaraq xidmət təmin edilmişdir”, deyə Tural Orucov bildirib.

AYNA rəsmisi qeyd edib ki, ərazidə yaşayan sakinlər fərdi parklanma talonu əldə edərək avtomobillərini ödənişsiz saxlaya bilərlər.

““Yol hərəkəti haqqında” qanuna əsasən, ödənişli parklanma yerlərində nəqliyyat vasitələrinin 15 dəqiqəyədək parklanması üçün ödəniş tələb olunmur. Ərazidə yaşayan sakinlər fərdi parklanma talonu əldə edərək avtomobillərini ödənişsiz saxlaya bilərlər. Nəqliyyat vasitələrinin parklanması saat 22:00-dan saat 07:00-a qədər, eləcə də həftənin bazar günləri ödənişsizdir”, deyə AYNA rəsmisinin cavabında bildirilir.

Sözün düzü Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən aldığımız cavab bizi heç də qane etmədi. Əvvəla onu qeyd edək ki, Nazirlər Kabineti tərəfindən parklanma yerinin idarə edilməsi ilə bağlı qəbul edilən qaydalar AYNA-ya istənilən hər yerdə, o cümlədən supermarketlərin və biznes obyektlərinin qarşısında ödənişli parklama yaratmaq hüququ vermir. Hər şeydən əvvəl bu biznes obyektlərinin və alış-veriş üçün supermarketə gedən vətəndaşarın hüquqlarının kobud şəkildə pozulmasıdır. Digər tərəfdən AYNA bu kimi hərəkətləri ilə biznes sahiblərinin də fəaliyyətinə kobud şəkildə müdaxilədir. Çünki məhz AYNA-nın yaratdığı ödənişli parkinq səbəbindən vətəndaş həmin ərazilərdə alver etmək fikrindən yayınır və bu da təbii ki, ərazidəki biznesin fəaliyyətinə ciddi ziyan vurur. Bu üzdən də, bizə görə, əslində AYNA-dan alıdğımız cavab başdansovdu şəkildə hüquq pozuntusunu qanuniləşdirmək cəhdindən başqa bir şey deyil.

AYNA-nın məntiqindən belə çıxır ki, supermarketə girən vətəndaş 16 dəqiqə, ya da daha çox alverlə məşğul olacaqsa, o zaman ya AYNA-ya cərimə ödəməlidir, ya da yenə də AYNA-ya parkinq üçün ödəniş etməlidir. Bu faktiki olaraq vətəndaşı AYNA-ya ödəniş etməyə məcbur etməkdir və bu vətəndaşın konstitutsion hüquqlarına ziddir.

Qeyd edək ki, məsələ ilə bağlı “Bazarstore” supermarketinin mövqeyi də bizi maraqlandırır.

Burda bir haşiyə çıxaraq qeyd edək ki, artıq uzun illərdir ki, Azərbaycanın dövlət qurumları vətəndaşa qarşı birbaşa “vəhşi kapitalizm” prinsipləri ilə davranırlar. Bu prinsipin isə bir qaydası var: bütün vasitələrlə vətəndaşın cibindən daha çox pul çıxarmaq... Dövlətin bütün xidmət qurumları bu prinsiplə davranır və əslində bu prinsip dövlətin sosial müdafiə sisteminin əsaslarını sarsıdır.//azsiam.com


Oxunub: 271

Son xəbərlər

Bu universitet illik təhsil haqqını artırır

"Azərişıq” bu rayonlarda yenidənqurma işlərini davam etdirir - VİDEO

Prezident informasiya təhlükəsizliyi üzrə Koordinasiya Komissiyasının sədrini dəyişib

Sabirabadın Əhmədabad kənd 9 illik ümumi orta məktəbdə qanunsuzluqlar və yaşanan kriminal olaylar - VİDEO/FOTO

“Müəmmalı” “Fuga Group”: gizli qalan rəhbər, işıqfor satan tikinti şirkəti

Bakının mərkəzində təhlükəli vəziyyət

Anar Rzayev qardaşının idarə etdiyi öz şirkətinə limitsiz lisenziyalar verir?

İran mediası ADY-dəki məsələdən yazdı

“Erməni zabitlər döyüş mövqelərini qoyub, qaçıblar”

Putin Ukraynaya ultimatum verdi – ŞƏRTLƏRİ

Çox isti içkilər içmək xərçəng riskini artırır

Vətəndaşlarımız bu ölkələrdə insan alverinin qurbanı olublar

1 600 manatadək artırılan müavinət kimlərə ödənilir? - AÇIQLAMA

Paraqvayda qəribə dəyişiklik: Bir icma öz ənənələrini unuda bilərmi?

Türkiyənin Milli Təhlükəsizlik Şurasının baş katibi Azərbaycanda səfərdədir

Trampın İstanbula getmək istəməsinə Zelenskidən reaksiya

Səs yazısı yayılan direktor işdən çıxarıldı

Qoşunları sərhədlərdən çıxarmaqla bağlı razılığa gəldilər

Fəzilət şairi XALİDƏ HİCRAN - III HİSSƏ

Ən sağlıqlı çərəz: Nə fındıq, nə badamdır - bu, hamısından üstündür

Deputata məxsus olduğu deyilən şirkətə 120 milyon manatlıq sifariş- VİDEO

Azərbaycan və Somali arasında memorandum imzalanıb

Məhkəmə Əziz Orucovla bağlı qərar verdi

Zaur Əliyev "Azpetrol"dan 40 min manatlıq benzin alıbmış - Kimin üçün olduğu...

Tanınmış bloqerlərin reklam etdiyi şirkətə etibar etdilər, aldandılar // VİDEO

Gömrükdəki köhnə iddialar və kölgələr - Yeni sistem də bir işə yaramırsa...

151 saylı bağçada körpələrə zay məhsullar verilir: dövlət orqanları təcili hərəkətə keçməlidir - Şok VİDEO

Çin qırıcısı Pakistan və Hindistan münaqişəsinin ulduzuna çevrildi - "Business Insider"

Tramp Körfəz ölkələri ilə 1 trilyon dollarlıq müqavilə bağlamağa hazırlaşır

Sahib Məmmədovun “agent ovu”: Həmkarlar İttifaqı Konfederasiyasında nə baş verir?

Bütün xəbərlər