Bu qidalar sağlamlığa zərər vura bilər

Araşdırmalara görə, şəkərlə şirinləşdirilmiş içkilər, kartof çipsləri və qablaşdırılmış peçenyelər kimi ultra-emal olunmuş məhsulların qəbulu sağlamlıq üçün mənfi nəticələrə səbəb ola bilər.

"DogruXeber.az" xarici mediaya istinadla xəbər verir ki, hər gün əlavə qəbul edilən 100 qram ultra-emal olunmuş məhsul arterial hipertenziya, digər ürək-damar xəstəlikləri, xərçəng, həzm sistemi xəstəlikləri, ölüm halları və s. riskini artırır.

“Ultra-emal olunmuş məhsullar şəkər, duz və digər qidalandırıcı olmayan komponentlərin yüksək tərkibi ilə xarakterizə olunur, onların qida dəyəri aşağı, lakin kaloriliyi yüksəkdir”, – deyə Sun Yatsen Universitetinin Memorial Xəstəxanasının (Quançjou, Çin) kardiologiya şöbəsinin əməkdaşı, tibb elmləri doktoru Syao Lyu bildirir.

Sistemli icmalda 2024-cü ilin aprel ayınadək ultra-emal olunmuş məhsullarla insan sağlamlığı arasında əlaqəni qiymətləndirən Amerika, Avropa, Asiya və Okeaniyada aparılmış 41 prospektiv kohort (müəyyən müdaxilə edilmədən müşahidə aparılan) tədqiqat yer alıb. Bu tədqiqatlarda ümumilikdə 18 yaş və yuxarı olan 8 286 940 nəfər (30,8 faiz kişi, 69,2 faiz qadın) iştirak edib.

Tədqiqatçıların sözlərinə görə, ultra-emal olunmuş məhsullara sənaye üsulu ilə hazırlanmış çörək məmulatları, şəkərlə şirinləşdirilmiş içkilər, kartof çipsləri, şokoladlı qənnadı məmulatları, konfetlər, qablaşdırılmış peçenyelər və s. aiddir.

Araşdırma göstərib ki, ultra-emal olunmuş məhsulların qəbulu hipertenziya, ürək-damar xəstəlikləri, xərçəng, həzm sistemi xəstəlikləri və ümumi ölüm hallarına gətirib çıxara bilər.

Ultra-emal olunmuş qidaların gündəlik qəbul edilən əlavə 100 qramı hipertenziya riskini 14,5 faiz, ürək-damar xəstəlikləri riskini 5,9 faiz, xərçəng riskini 1,2 faiz, həzm sistemi xəstəlikləri riskini 19,5 faiz və ümumi ölüm riskini 2,6 faiz artırır. Tədqiqatçılar həmçinin piylənmə və artıq çəki, metabolik sindrom və diabet və depressiya və narahatlıq riskinin artdığını da qeyd ediblər.

Tədqiqatçıların fikrincə, hökumətlər ultra-emal olunmuş məhsulların qəbulunun azaldılması və bununla bağlı sağlamlığa təsirlərinin yumşaldılması istiqamətində tədbirlər görməyi nəzərdən keçirə bilər. Təklif edilən tədbirlər arasında qida məhsullarının etiketlənməsi ilə bağlı ciddi qaydaların tətbiqi də var ki, bu da istehsalçıları məhsulların tərkibini, xüsusilə ultra-emal olunmuş məhsullarda mövcud olan bütün əlavələri açıq şəkildə göstərməyə məcbur edəcək, deyə Lyu bildirir.

Klinik həkimlər də xəstələri ultra-emal olunmuş məhsulların qəbulunu tədricən azaltmağa və onları daha qidalandırıcı, minimal emaldan keçmiş məhsullarla əvəz etməyə təşviq etməlidirlər.

Lyu qeyd edir ki, əldə olunan nəticələr nədən qaçınmalı olduğumuzu deyil, həm də nəyi qəbul etməli olduğumuzdan xəbər verir.

Onun sözlərinə görə, yeni məlumatlar sağlamlığa faydanı təbii tərkibli məhsullar, sadə tərkibli qidalar və Aralıq dənizi və ya DASH pəhrizləri kimi mədəni qəbul edilən sağlam qidalanma modelləri ilə əlaqələndirir.


Oxunub: 199

Son xəbərlər

Bu universitet illik təhsil haqqını artırır

"Azərişıq” bu rayonlarda yenidənqurma işlərini davam etdirir - VİDEO

Prezident informasiya təhlükəsizliyi üzrə Koordinasiya Komissiyasının sədrini dəyişib

Sabirabadın Əhmədabad kənd 9 illik ümumi orta məktəbdə qanunsuzluqlar və yaşanan kriminal olaylar - VİDEO/FOTO

“Müəmmalı” “Fuga Group”: gizli qalan rəhbər, işıqfor satan tikinti şirkəti

Bakının mərkəzində təhlükəli vəziyyət

Anar Rzayev qardaşının idarə etdiyi öz şirkətinə limitsiz lisenziyalar verir?

İran mediası ADY-dəki məsələdən yazdı

“Erməni zabitlər döyüş mövqelərini qoyub, qaçıblar”

Putin Ukraynaya ultimatum verdi – ŞƏRTLƏRİ

Çox isti içkilər içmək xərçəng riskini artırır

Vətəndaşlarımız bu ölkələrdə insan alverinin qurbanı olublar

1 600 manatadək artırılan müavinət kimlərə ödənilir? - AÇIQLAMA

Paraqvayda qəribə dəyişiklik: Bir icma öz ənənələrini unuda bilərmi?

Türkiyənin Milli Təhlükəsizlik Şurasının baş katibi Azərbaycanda səfərdədir

Trampın İstanbula getmək istəməsinə Zelenskidən reaksiya

Səs yazısı yayılan direktor işdən çıxarıldı

Qoşunları sərhədlərdən çıxarmaqla bağlı razılığa gəldilər

Fəzilət şairi XALİDƏ HİCRAN - III HİSSƏ

Ən sağlıqlı çərəz: Nə fındıq, nə badamdır - bu, hamısından üstündür

Deputata məxsus olduğu deyilən şirkətə 120 milyon manatlıq sifariş- VİDEO

Azərbaycan və Somali arasında memorandum imzalanıb

Məhkəmə Əziz Orucovla bağlı qərar verdi

Zaur Əliyev "Azpetrol"dan 40 min manatlıq benzin alıbmış - Kimin üçün olduğu...

Tanınmış bloqerlərin reklam etdiyi şirkətə etibar etdilər, aldandılar // VİDEO

Gömrükdəki köhnə iddialar və kölgələr - Yeni sistem də bir işə yaramırsa...

151 saylı bağçada körpələrə zay məhsullar verilir: dövlət orqanları təcili hərəkətə keçməlidir - Şok VİDEO

Çin qırıcısı Pakistan və Hindistan münaqişəsinin ulduzuna çevrildi - "Business Insider"

Tramp Körfəz ölkələri ilə 1 trilyon dollarlıq müqavilə bağlamağa hazırlaşır

Sahib Məmmədovun “agent ovu”: Həmkarlar İttifaqı Konfederasiyasında nə baş verir?

Bütün xəbərlər