Naxçıvanda nazir-nazir oyunu: Maraqlı faktlar

DogruXeber.az: - Xəbər verdiyimiz kimi, iki gün əvvəl Kazım Hüseynəliyev Naxçıvan Muxtar Respublikasına iqtisadiyyat naziri təyin olundu. Bir gün sonra isə onun nazir postuna təyinatı ilə bağlı xəbər NMR-nın rəsmi informasiya vasitələrindən silindi. Yayılan qeyri rəsmi xəbərlərdə bildirilirdi ki, K. Hüseynəliyevin bu posta təyini ilə bağlı sərəncam ləğv olunub.

Lakin dünən günün ikinci yarısında daha bir məlumat yayıldı. Həmin xəbərdə isə bildirilirdi ki, mayın 8-də NMR-nın Ali Məclisinin iclası keçirilib və orada Hüseynəliyevin nazir postuna təyinatı təsdiqlənib.

Maraqlıdır, Naxçıvanda nə baş verir və bu nazir-nazir oyununun arxasında nə dayanır.

Naxçıvanda olan siyasi şərhçi Heydər Oğuz “Yeni Sabah”a açıqlamasında gizli məqamları dilə gətirib. O, bildirib ki, Naxçıvanın yeni iqtisadiyyat naziri Kazım Hüseynəliyevin bu posta namizədliyi Bakıdan təklif olunub:

“Muxtar respublikada bu işləri həyata keçirən şəxs Ali Məclisin sədridir. Naxçıvanda isə Ali Məclisin sədri yoxdur və onun vəzifələrini sədrin birinci müavini Bəxtiyar Məmmədov icra edir. Bəxtiyarın vasitəsi ilə 1-2 gün bundan öncə Kazım Hüseynəliyevi Naxçıvan iqtisadiyyat nazirinin əvəzi qoymuşdular.

Deyilənlərə görə, Fuad Nəcəfli bu təyinata etiraz edib. O bu qərarı mediada oxuyub və bu təyinatın baş tutmamasına çalışıb. Halbuki, Fuad Nəcəflinin hansısa vəzifəyə təyin etmə hüququ yoxdur və onun səlahiyyətlərinə aid olan məsələ deyil.

Bildiyim qədəri ilə bu gün Fuad Nəcəfliyə Bakıdan irad gəlib və deyilib ki, sən bu işlərə qarışma. Naxçıvanda faktiki olaraq, hakimiyyət parçalanması, hökumət qüvvələri arasında didişmələr hiss olunur. Muxtar respublikada baş nazirlə prezidentin təyin etdiyi nümayəndə arasında ziddiyyət var idi. Kazım Hüseynəliyev Naxçıvan Muxtar Respublikası baş naziri Ceyhun Cəlilovun sinif yoldaşıdır. İqtisadiyyat naziri vəzifəsi “yağlı” yerdir və ora kimin təyin olunması ilə bağlı mübarizə gedirdi”.//mediatv.az


Oxunub: 258

Son xəbərlər

Bu universitet illik təhsil haqqını artırır

"Azərişıq” bu rayonlarda yenidənqurma işlərini davam etdirir - VİDEO

Prezident informasiya təhlükəsizliyi üzrə Koordinasiya Komissiyasının sədrini dəyişib

Sabirabadın Əhmədabad kənd 9 illik ümumi orta məktəbdə qanunsuzluqlar və yaşanan kriminal olaylar - VİDEO/FOTO

“Müəmmalı” “Fuga Group”: gizli qalan rəhbər, işıqfor satan tikinti şirkəti

Bakının mərkəzində təhlükəli vəziyyət

Anar Rzayev qardaşının idarə etdiyi öz şirkətinə limitsiz lisenziyalar verir?

İran mediası ADY-dəki məsələdən yazdı

“Erməni zabitlər döyüş mövqelərini qoyub, qaçıblar”

Putin Ukraynaya ultimatum verdi – ŞƏRTLƏRİ

Çox isti içkilər içmək xərçəng riskini artırır

Vətəndaşlarımız bu ölkələrdə insan alverinin qurbanı olublar

1 600 manatadək artırılan müavinət kimlərə ödənilir? - AÇIQLAMA

Paraqvayda qəribə dəyişiklik: Bir icma öz ənənələrini unuda bilərmi?

Türkiyənin Milli Təhlükəsizlik Şurasının baş katibi Azərbaycanda səfərdədir

Trampın İstanbula getmək istəməsinə Zelenskidən reaksiya

Səs yazısı yayılan direktor işdən çıxarıldı

Qoşunları sərhədlərdən çıxarmaqla bağlı razılığa gəldilər

Fəzilət şairi XALİDƏ HİCRAN - III HİSSƏ

Ən sağlıqlı çərəz: Nə fındıq, nə badamdır - bu, hamısından üstündür

Deputata məxsus olduğu deyilən şirkətə 120 milyon manatlıq sifariş- VİDEO

Azərbaycan və Somali arasında memorandum imzalanıb

Məhkəmə Əziz Orucovla bağlı qərar verdi

Zaur Əliyev "Azpetrol"dan 40 min manatlıq benzin alıbmış - Kimin üçün olduğu...

Tanınmış bloqerlərin reklam etdiyi şirkətə etibar etdilər, aldandılar // VİDEO

Gömrükdəki köhnə iddialar və kölgələr - Yeni sistem də bir işə yaramırsa...

151 saylı bağçada körpələrə zay məhsullar verilir: dövlət orqanları təcili hərəkətə keçməlidir - Şok VİDEO

Çin qırıcısı Pakistan və Hindistan münaqişəsinin ulduzuna çevrildi - "Business Insider"

Tramp Körfəz ölkələri ilə 1 trilyon dollarlıq müqavilə bağlamağa hazırlaşır

Sahib Məmmədovun “agent ovu”: Həmkarlar İttifaqı Konfederasiyasında nə baş verir?

Bütün xəbərlər