Turizm Agentliyində tender oyunu

Xaricdə turizmin təşviqinə görə keçirilən bahalı tender niyə ləğv olunub? Hesablama Palatasının qurumdakı yoxlamaları davam edir

DogruXeber.az: - Azərbaycan Dövlət Turizm Agentliyi yenidən medianın diqqətinə düşünüb. Buna səbəb Turizm Agentliyinin Avropa ölkələrində təbliğat xidmətlərinin satınalınması layihəsi üzrə tenderdir.

Dövlət Turizm Agentliyi tərəfindən 28 aprel-1 may 2025-ci il tarixlərində Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində keçiriləcək “ATM Dubai 2025” turizm sərgisində açar təhvili üsulu ilə sərgi stendinin quraşdırılması işlərinin satın alınması üzrə 10.03.2025-ci ildə başlanılmış açıq tenderə yekun vurulub və “BÜROMAX” Məhdud Məsuliyyətli Cəmiyyəti ilə satınalma müqaviləsi bağlanıb. Məlumat satınalmaların vahid internet portalında 24.04.2025-ci il tarixdə dərc edilib. Bundan sonra bəlli olub ki, Dövlət Turizm Agentliyinin müəyyən etdiyi ehtimal qiyməti ilə təchizatçıların təklif edərək qalib olduğu qiymətlər arasında kəskin fərq var. Dövlət Turizm Agentliyi açıq tender müsabiqəsində ehtimal olunan qiymətlə müqayisədə 20 faizdən dəfələrlə aşağı qiymət təqdim etmiş “BÜROMAX” MMC ilə satınalma müqaviləsi bağlamışdır ki, bu da “Dövlət satınalmaları haqqında” Qanunun tələblərinin pozulması deməkdir. Xəbəri Aktualinfo.org yayıb. Bu isə öz növbəsində keçirilmiş açıq tender prosedurunda saxtakarlıq hallarına yol yerildiyinə əsaslı şübhələr yaradıb.

Tribunainfo.az isə xəbər verib ki, Turizm Agentliyi Avropa ölkələrində təbliğat xidmətlərinin satınalınması layihəsini həyata keçirə bilməyəcək. Buna səbəb tenderin ləğv olunmasıdır. Sayt dəqiqləşdirməsə də, böyük ehtimalla söhbət məhz yuxarıda bəhs edilən tenderdən gedir. Qeyd olunur ki, agentlik Avropanın bir çox ölkələrində turizm təbliği məqsədilə yol şouları təşkil etmək niyyətində olub. 873 min 931 min manatlıq layihəyə əsasən həmin şoular İtaliya, Polşa, Çexiya, Almaniya, Avstriya və İsveçrədə reallaşdırılmalı idi. “Sözügedən dövlət qurumu son zamanlar Azərbaycanda turizmin təşviqi istiqamətində bir sıra bahalı layihələr həyata keçirib. Ötən il bu məqsədlə bir neçə milyon manat xərclənsə də, ölkəyə gələn turistlərin sayında elə də ciddi dəyişiklik olmayıb”.

Bəzi ekspertlər hesab edirlər ki, Turizm Agentliyinin ciddi layihələrinin olmasına baxmayaraq, strategiyası yanlışdır. Onlar hesab edirlər ki, xaricdə Azərbaycanı turizm sahəsində bu şəkildə təbliğ etmək effekt vermir, üstəlik, bu işlərin bahalı olduğunu və həddindən artıq çox pul xərcləndiyini də qeyd edirlər. Xatırladaq ki, Prezident İlham Əliyevin sərəncamı ilə 4 mart 2025-ci ildə Dövlət Turizm Agentliyinin sədri Fuad Nağıyevə işində yol verdiyi nöqsanlara görə şiddətli töhmət elan edilmişdi. Bundan sonra mediada Fuad Nağıyevə şiddətli töhmət verilməsinin onun rəhbərlik etdiyi qurumdan xidməti yazışmaların sızdırılması ilə bağlı olması xəbərləri də yayıldı. Daha sonra Əməkdar mədəniyyət işçisi Tahir Əmiraslanov xaricdə təşkil olunan tədbirlərə dövlət tərəfindən ayrılan pullarla Turizm Agentliyinin məmurlarının səyahət etməsi barədə açıqlamalar verdi.

Ötən ay Hesablama Palatasının Dövlət Turizm Agentliyində yoxlamalar apardığı barədə rəsmi xəbər də yayılmışdı. “APA-Economics”in əldə etdiyi məlumata görə, artıq bir neçə müddətdir yoxlamalara başlanılıb. Hesablama Palatasından da “APA-Economics”in sorğusuna cavab olaraq məlumat təsdiqlənib. Bildirilib ki, Hesablama Palatasının 6 dekabr 2024-cü il tarixli kollegiya qərarı ilə təsdiq edilmiş 2025-ci il üçün iş planına əsasən, cari ilin yanvar ayından başlayaraq Dövlət Turizm Agentliyində dövlət vəsaitlərinin və digər dövlət əmlakının idarə olunmasının auditi keçirilir və “Hesablama Palatası haqqında” Qanunun 22-ci maddəsinə uyğun olaraq hazırda audit prosesi davam edir.//xalq.az


Oxunub: 244

Son xəbərlər

Bakıda qadın sahibkar həbs edildi - Zəvvarları aldadıb

Çin lideri dünya ölkələrinə çağırış etdi

Bu universitet illik təhsil haqqını artırır

"Azərişıq” bu rayonlarda yenidənqurma işlərini davam etdirir - VİDEO

Prezident informasiya təhlükəsizliyi üzrə Koordinasiya Komissiyasının sədrini dəyişib

Sabirabadın Əhmədabad kənd 9 illik ümumi orta məktəbdə qanunsuzluqlar və yaşanan kriminal olaylar - VİDEO/FOTO

“Müəmmalı” “Fuga Group”: gizli qalan rəhbər, işıqfor satan tikinti şirkəti

Bakının mərkəzində təhlükəli vəziyyət

Anar Rzayev qardaşının idarə etdiyi öz şirkətinə limitsiz lisenziyalar verir?

İran mediası ADY-dəki məsələdən yazdı

“Erməni zabitlər döyüş mövqelərini qoyub, qaçıblar”

Putin Ukraynaya ultimatum verdi – ŞƏRTLƏRİ

Çox isti içkilər içmək xərçəng riskini artırır

Vətəndaşlarımız bu ölkələrdə insan alverinin qurbanı olublar

1 600 manatadək artırılan müavinət kimlərə ödənilir? - AÇIQLAMA

Paraqvayda qəribə dəyişiklik: Bir icma öz ənənələrini unuda bilərmi?

Türkiyənin Milli Təhlükəsizlik Şurasının baş katibi Azərbaycanda səfərdədir

Trampın İstanbula getmək istəməsinə Zelenskidən reaksiya

Səs yazısı yayılan direktor işdən çıxarıldı

Qoşunları sərhədlərdən çıxarmaqla bağlı razılığa gəldilər

Fəzilət şairi XALİDƏ HİCRAN - III HİSSƏ

Ən sağlıqlı çərəz: Nə fındıq, nə badamdır - bu, hamısından üstündür

Deputata məxsus olduğu deyilən şirkətə 120 milyon manatlıq sifariş- VİDEO

Azərbaycan və Somali arasında memorandum imzalanıb

Məhkəmə Əziz Orucovla bağlı qərar verdi

Zaur Əliyev "Azpetrol"dan 40 min manatlıq benzin alıbmış - Kimin üçün olduğu...

Tanınmış bloqerlərin reklam etdiyi şirkətə etibar etdilər, aldandılar // VİDEO

Gömrükdəki köhnə iddialar və kölgələr - Yeni sistem də bir işə yaramırsa...

151 saylı bağçada körpələrə zay məhsullar verilir: dövlət orqanları təcili hərəkətə keçməlidir - Şok VİDEO

Çin qırıcısı Pakistan və Hindistan münaqişəsinin ulduzuna çevrildi - "Business Insider"

Bütün xəbərlər