gundem / Cəmiyyət / Foto
9.05.2025, 10:38
Xətai rayonunda ümumilli lider Heydər Əliyevin 102 illiyi qeyd olundu // FOTO+VİDEO
08 May 2025-ci il tarixində Xətai rayonunda Heydər Əliyev adına istirahət parkının amfiteatr səhnəsində Xətai rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə Ümumilli lider Heydər Əliyevin anadan olmasının 102 illiyinə həsr olunmuş konsert proqramı təşkil olunub.
"DogruXeber.az" qeyd edir ki, keçirilən konsert proqramında Xətai Rayon İcra Hakimiyyətinin başçısı Rafiq Quluyev, rayonun idarə, müəssisə və təşkilat rəhbərləri, şəhid ailələri, qazilər, C. Naxçıvanski adına Azərbaycan Hərbi Liseyin kursantları, ziyalılar və yerli sakinlər iştirak ediblər.
Konsertdə bir çox məşhur incəsənət ustaları tamaşaçılara bir-birindən maraqlı ifalar təqdim edib və milli rəqs qrupuları izləyənlərə gözəl hisslər yaşadıblar.
Konsert sakinlər tərəfindən böyük məmnunluq və alqışlarla qarşılanıb.