"Azərişıq” bu rayonlarda yenidənqurma işlərini davam etdirir - VİDEO

İstehlakçıların dayanıqlı və fasiləsiz elektrik enerjisi ilə təmin olunması məqsədilə “Azərişıq” ASC paytaxt və regionlarda elektrik təsərrüfatının yenilənməsi işlərini davam etdirir. Cənab Prezident İlham Əliyevin tapşırıqlarına uyğun olaraq həyata keçirilən yenidənqurma işləri çərçivəsində Ağstafa, Samux və Şəmkir rayonlarında da köhnəlmiş elektrik şəbəkəsi yenisi ilə əvəz olunur.

"DogruXeber.az" xəbər verir ki, Ağstafanın Saloğlu qəsəbəsi və 33-cü məhəllə adlanan ərazisində 0.4 kV-luq dayaqlar basdırılır, köhnə elektrik xətlərinin əvəzinə Özünüdaşıyan İzolyasiyalı Naqillər (ÖİN) çəkilir, sayğaclar yenilənir. Hər iki ərazidə ümumilikdə 4 yeni güc mərkəzi yaradılacaq.

Şəmkirin Çinarlı qəsəbəsində 0.4 kV-luq köhnəlmiş dayaqlar və elektrik xətləri, habelə sayğaclar yeniləri ilə əvəz edilir. Qəsəbədə ümumilikdə 18 Kompleks Transformator Məntəqəsinin (KTM) quraşdırılması nəzərdə tutulub.

Samuxun Alıuşağı kəndində də yenidənqurma işləri davam edir. Digər kəndlərdə olduğu kimi burada yeni metal dayaqlar əkilir, izolyasiyalı naqillər çəkilir. Abonentlərin elektrik enerjisinə artan tələbatı nəzərə alınaraq kənddə 7 ədəd Kompleks Transformator Məntəqəsi (KTM) quraşdırılacaq.

Abonentlərin dayanıqlı və fasiləsiz elektrik enerjisi ilə təmin olunması ilə yanaşı həm də elektrik enerjisi itkilərinin minimuma endirilməsini hədəfləyən “Azərişıq” ASC sözügedən rayonlarla yanaşı ölkənin digər regionlarında əksər kənd və qəsəbələrdə yenidənqurma işlərini davam etdirir.


Oxunub: 181

Son xəbərlər

Şuşa ilə bağlı tədbirlər planı hazırlanacaq - SƏRƏNCAM

KEÇMİŞ DİREKTOR ELƏ BİR ŞEY ETDİ Kİ... ŞOK FAKTLAR!!! BÜTÜN DETALLARI İLƏ - VİDEO

Polis Sumqayıtda əməliyyat keçirdi - Saxlanılanlar var

"Kərimə" dövləti qurmaq istəyən 13 nəfərə ağır cəza

Ukraynadakı çevrilişin təşkilatçısı məlum oldu

Süni intellektlə danışarkən bu sözləri DEMƏYİN – XƏBƏRDARLIQ

Vergi borcu 80 mini ötən şirkət kimindir?

SDU-da şübhəli satınalma –Bir aylıq MMC ilə müqavilə bağlayır

“Bakılı Qız” dondurmasında görün nə çıxdı- Video

72 yaşlı icra başçısı olan Rafil Hüseynov…..

Prezident Şahin Mustafayevi təltif etdi

Elçin Quliyevin oğlu polkovnik-leytenant oldu

Ermənilərin “JF-17 Thunder” qorxusu

Bu şəxslərə şad xəbər – Dövlət yeni ev tikəcək!

“İrşad” gömrük qaydalarını pozur

Sənədsiz evlər Milli Məclisdə müzakirə olundu

Sabah 37° isti olacaq

Məktəblərdə telefondan istifadə necə məhdudlaşdırıla bilər?

Azərbaycanda sabiq məmur daha bir şirkət təsis etdi

İlham Əliyev Filippin Prezidentini təbrik etdi

İran İsrailə cavab tədbirləri planı hazırlayıb

İlham Əliyev Putini təbrik etdi

Bu şəxslərə dodaq dolğusu olmaz

Nazirliyin tabeliyində olan qurum 78 min manata “Toyota Camry” alır

Əhalinin DİQQƏTİNƏ: 960 MANAT VERİLƏCƏK

Qonşu ölkə azyaşlılara enerji içkisi satışını yasaqladı – bəs Azərbaycan?

“Həkim məni 3 dəfə əməliyyat edib pis vəziyyətə qoydu” – Foto

Ermənistan tezliklə Azərbaycana 180 km² ərazi verəcək

Son 10 ildə romantik münasibətlər necə dəyişib? - Alimlərdən gözlənilməz nəticə

Günəşin cənub qütbü ilk dəfə görüntüləndi

Bütün xəbərlər