ABŞ-də Ziya Məmmədovun adının keçdiyi milyonluq cinayət işi bağlandı

DogruXeber.az: - ABŞ Ədliyyə Nazirliyi (DOJ) “Bombardier” korporasiyasına məktub göndərib.

Yeniavaz.com korporasiyadan verilən məlumata istinadən xəbər verir ki, məktub “Azərbaycan Dəmir Yolları” (ADY) və İndoneziya ilə bağlı müqavilələr üzrə aparılan araşdırmalarla bağlıdır.
Qeyd edək ki, sözügedən araşdırmalar 2013-cü ildə “Bombardier” ilə ADY arasında imzalanan siqnalizasiya avadanlıqlarının tədarükünə dair müqavilə ilə əlaqədar başlayıb.

Müqavilənin ümumi dəyəri 340 milyon dollar olub və mediada yayılan məlumatlara görə, bu məbləğin 100 milyon dolları “otkat” kimi geri qaytarılıb.
Məsələ ilk dəfə İsveç hüquq-mühafizə orqanlarının 2016-cı ildə apardığı araşdırma ilə gündəmə gəlib.
Daha sonra ABŞ Ədliyyə Nazirliyi və Dünya Bankı da müqaviləni araşdırmağa başlayıb.“Bombardier” şirkəti isə bütün bu araşdırmalarda istintaq orqanları ilə əməkdaşlıq etdiyini və hər hansı korrupsiya faktını təsdiqləyən sübutun olmadığını bildirib.

DOJ-in son qərarı ilə şirkətə qarşı ABŞ ərazisində bu müqavilə üzrə hüquqi risklər aradan qalxmış sayılır.
Bununla belə, “Bombardier” hələ də digər beynəlxalq qurumların apardığı audit və yoxlamalarda iştirak edir.

Onu da bildirək ki, “Bombardier” şirkəti ilə müqavilə imzalanan dövrdə “Azərbaycan Dəmir Yolları” QSC Nəqliyyat Nazirliyinin tabeliyində olub.

Həmin dövürdə nazirliyə Ziya Məmmədov, dəmir yollarına onun müavini Arif Əsgərov başçılıq edib.


Oxunub: 286

Son xəbərlər

Şuşa ilə bağlı tədbirlər planı hazırlanacaq - SƏRƏNCAM

KEÇMİŞ DİREKTOR ELƏ BİR ŞEY ETDİ Kİ... ŞOK FAKTLAR!!! BÜTÜN DETALLARI İLƏ - VİDEO

Polis Sumqayıtda əməliyyat keçirdi - Saxlanılanlar var

"Kərimə" dövləti qurmaq istəyən 13 nəfərə ağır cəza

Ukraynadakı çevrilişin təşkilatçısı məlum oldu

Süni intellektlə danışarkən bu sözləri DEMƏYİN – XƏBƏRDARLIQ

Vergi borcu 80 mini ötən şirkət kimindir?

SDU-da şübhəli satınalma –Bir aylıq MMC ilə müqavilə bağlayır

“Bakılı Qız” dondurmasında görün nə çıxdı- Video

72 yaşlı icra başçısı olan Rafil Hüseynov…..

Prezident Şahin Mustafayevi təltif etdi

Elçin Quliyevin oğlu polkovnik-leytenant oldu

Ermənilərin “JF-17 Thunder” qorxusu

Bu şəxslərə şad xəbər – Dövlət yeni ev tikəcək!

“İrşad” gömrük qaydalarını pozur

Sənədsiz evlər Milli Məclisdə müzakirə olundu

Sabah 37° isti olacaq

Məktəblərdə telefondan istifadə necə məhdudlaşdırıla bilər?

Azərbaycanda sabiq məmur daha bir şirkət təsis etdi

İlham Əliyev Filippin Prezidentini təbrik etdi

İran İsrailə cavab tədbirləri planı hazırlayıb

İlham Əliyev Putini təbrik etdi

Bu şəxslərə dodaq dolğusu olmaz

Nazirliyin tabeliyində olan qurum 78 min manata “Toyota Camry” alır

Əhalinin DİQQƏTİNƏ: 960 MANAT VERİLƏCƏK

Qonşu ölkə azyaşlılara enerji içkisi satışını yasaqladı – bəs Azərbaycan?

“Həkim məni 3 dəfə əməliyyat edib pis vəziyyətə qoydu” – Foto

Ermənistan tezliklə Azərbaycana 180 km² ərazi verəcək

Son 10 ildə romantik münasibətlər necə dəyişib? - Alimlərdən gözlənilməz nəticə

Günəşin cənub qütbü ilk dəfə görüntüləndi

Bütün xəbərlər