72 yaşlı icra başçısı olan Rafil Hüseynov…..

Ölkədə başladılan kadr dəyişiklikləri mütəmadi davam edir.

DogruXeber.az: - Ötən dövrlərdə pensiya yaşı çatmış məmurlardan öz ərizəsi ilə işdən ayrılanlarda oldu. Lakin pensiya yaşı çatmış məmurlar vəzifədə olmanın son yaş hədddini keçənlərdə var. Son vaxtlar bir neçə rayonun rəhbərliyinə daha gənc n kadrlar gətirilib. Həmçinin nazir və müavinləri postlarına da yeni kadrların təyinatı davam edir.

XALQ-ın araşdırmalarına görə pensiya yaşını keçmiş və vəzifədə olan bir çox məmur işini davam etdirir.

Bu məmurlar barədə araşdırmalarımızı təqdim edirik.

2012-cü ildən icra hakimiyyəti başçısı olan 72 yaşlı Rafil Hüseynov 13 ildir ki, vəzifədədir.

Rafil İsrafil oğlu Hüseynov 14 aprel 1953-cü ildə Bərdə rayonunun Gülgəzli kəndində anadan olub. 1976-cı ildə Azərbaycan Dövlət Universitetinin jurnalistika fakultəsini, 1980-ci ildə UİLKGİ MK-yanında AKM-ni, 1989-cu ildə Azərbaycan Kənd Təsərrüfatı İnstitutunun Kənd təsərrüfatı istehsalının iqtisadiyyatı fakultəsini bitirmişdir.
08.1969-02.1977-ci illərdə Bərdə rayonu “Kommunizm yolu” qəzetinin redaksiyasında korrektor, ədəbi işçi, müxbir, şöbə müdiri vəzifələrində çalışmışdır. 02.1977-08.1978-ci illərdə Azərbaycan LKGİ Bərdə rayon komitəsnin ikinci katibi, 07.1980-10.1981-ci illərdə Azərbaycan LKGİ MK –nin təlimatçı metodisti, 10.1981-12.1988-ci illərdə Azərbaycan LKGİ Bərdə rayon komitəsinin birinci katibi, 12.1988-10.1990-cı illərdə Azərbaycan KP Bərdə rayon komitəsinin şöbə müdiri, 10.1990-10.1991-ci illərdə Bərdə rayon XDS İcrayyə Komitəsi- sədrin müavini, 10.1991-11.1991-ci illərdə Bərdə rayon İcra Hakimiyyəti Başçısı aparatında RİH Başçısının birinci müavini vəzifəsinin icraçısı, 11.1991-07.1992-ci illərdə Bərdə rayonu Dövlət Vergi İnspeksiyasının rəisi, 07.1992-12.1992-ci illərdə Bərdə rayonu İcra Hakimiyyəti Başçısı aparatında RİH Başçısının birinci müavini,12.1992-09.1996-cı illərdə Bərdə rayonu İcra hakimiyyəti başçısının müavini, rayon kənd təsərrüfatı və ərzaq idarəsinin rəisi, 10.1996-12.1998-ci illərdə Kənd Təsərrüfatı Nazirliyinin Baş aqrar islahatlar idarəsində şöbə rəisi, 12.1998-06.2003-cü illərdə Kənd Təsərrüfatı Nazirliyinin Aqrar İslahatlar və Sahibkarlığın inkişafı Baş İdarəsində rəis müavini, idarə rəisi. 09.2003-01.2006-cı illərdə Kənd Təsərrüfat Nazirliyinin Aqrar İslahatlar və sahibkarlığın inkişafı şöbəsində müdir müavini, sektor müdiri, 02.2006- 02.2007-ci illərdə “Qara Torpaq” konsalting MMM-in icraçı direktoru, 02.2007- 07.2007-ci illərdə Azərbaycan Şəhər Bələdiyyələrinin Milli Assosiasiyasının Icraçı katibliyinin Bələdiyyələrlə İş üzrə departamentinin direktoru, 07.2007-09.2007-ci illərdə Azərbaycan Respublikası Prezidentinin İcra Aparatının Regional idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin baş məsləhətçisi, 09.2007-03.2009-cu illərdə Azərbaycan Respublikası Prezidentinin İcra Aparatının Regional idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin Regionların sosial-iqtisadi inkişafının analitik sektorunun müdiri, 03.2009-08.2010-cu illərdə Azərbaycan Respublikası Prezidentinin Adminstrasiyasının Regional idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin Regionların sosial-iqtisadi inkişafının analitik sektorunun müdiri, 08.2010-04.2012-ci illərdə Azərbaycan Respublikası Prezidentinin Adminstrasiyasının Regional idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin baş məsləhətçisi vəzifələrində çalışmışdır.

Dövlət qulluğunun baş müşaviridir. “Əməkdə fərqlənməyə görə” medalı ilə təltif olunmuşdur.

2012-ci ildən Masallı rayon İcra hakimiyyətinin başçısı, 2019-cu ildən isə Ağcabədi rayon İcra hakimiyyətinin başçısı vəzifəsində çalışır.
Ailəlidir, 3 övladı var.//Xalq.online


Oxunub: 498

Son xəbərlər

Bunlar qan xərçənginin simptomları ola bilər

"Sputnik Azərbaycan" rəhbərliyi ilə bağlı qərar dəyişmədi

DYP radarlarla bağlı müraciət yaydı

Kremlin İrəvanla bağlı “B” planı: 300 min erməni niyə göndərilir?

Valideynlərin DİQQƏTİNƏ! Uşaqlar arasında bu virus yayılıb…

Cavanşir Feyziyev əhalini belə soyur – iqtisadçı

“Harada görünüb ki, “tükdönmə” əməliyyatından o boyda cayıl ölsün?” – Video

Ürək və beyin sağlamlığını qoruyan balıq növü...

DİN süni intellekt və İT sahələri üzrə təqaüd proqramına start verdi

İlham Əliyev qəbul keçirdi - FOTO

Sabunçunun “qanunsuz sərvət” modeli – Adil Vəliyev, oğlunun biznesləri və xalqın susqunluğu

Partlayış səsləri eşidiləcək - Nazirlikdən xəbərdarlıq

Xaricdəki diplomatlarımız Bakıya çağırıldı

Mərkəzi Bankın milyonluq tenderi niyə baş tutmadı?

50 yaşdan yuxarı ulduzların dərisini gənc saxlayan 6 axşam vərdişi

Bu əşyaları yay aylarında avtomobildə saxlamaq olmaz

Selfi zamanı yol verilən 5 geniş yayılmış səhv

"Qarabağ" "Metallist"lə üz-üzə

İsrail Livana zərbələr endirdi

Bu rayonlarda işıq olmayacaq

Bu gün Qəzzada atəşkəs elan edilə bilər

Nizami Təhməzov XALİDƏ HİCRAN (roman) - iyirmi səkkizinci hissə

Nizami Təhməzov XALİDƏ HİCRAN (roman) - iyirmi yeddinci hissə

Azərbaycanda 6 nəqliyyat vasitəsi hərraca çıxarılacaq

Nəsimi RİH-nin xeyir-duası yoxsa... - “Əcəmi Mall”da qanunsuz tikinti işlərinə kimlər nədən göz yumur?!/Fotofakt

Şokoladın faydaları və zərərləri

TƏBİB-ə hər növ xidmət göstərən “SAR TRADE” MMC-nin arxasında kimlər durur

Qida Sənayesi Kollecində saxta imtahan mexanizmi: Təhsil alverə çevrilir?

DSK sədri haqqında şok ittihamlar - KÜLLİ MİQDARDA YEYİNTİYƏ YOL VERİB

Ən təhlükəli küçə yeməkləri – Bu 5 qidadan uzaq durun

Bütün xəbərlər