Günəşin cənub qütbü ilk dəfə görüntüləndi

Alimlər bəşər tarixində ilk dəfə olaraq Günəşin əvvəllər müşahidə üçün əlçatmaz olan cənub qütbünü görüblər - unikal təsvirlər "Solar Orbiter” kosmik zondu tərəfindən əldə edilib.

"DogruXeber.az"ın "Report"a istinadən verdiyi xəbərə görə, Avropa Kosmik Agentliyinin (ESA) NASA-nın iştirakı ilə hazırladığı cihaz Günəş ekvatorundan 15° aşağı enib və bu, ulduzun cənub qütb bölgəsini qeydə almağa imkan verib.

Yeni görüntülər bəzi yerlərdə temperaturu bir milyon dərəcəyə çatan parlaq atmosferi göstərir. O daha tünd qaz buludları ilə kəsişir, soyuq olsa da, hələ də yüz min dərəcə istiliyə malikdir.

"Bu gün bəşər tarixində ilk dəfə olaraq Günəşin cənub qütbünün şəkillərini yayımlayırıq. Ən yaxın ulduzumuz, həyat verən və mövcud kosmos və yer enerjisi sistemlərinin potensial pozucusu olaraq, onun necə işlədiyini anlamaq və onun davranışını təxmin etməyi öyrənmək çox vacibdir.

"Solar Orbiter” missiyamızdakı bu yeni, bənzərsiz görüntülər Günəşin öyrənilməsinin yeni dövrünün başlanğıcıdır", - ESA-nın elmi direktoru Kerol Mandell deyib.

ESA qeyd edib ki, ulduzun qütblərinin maqnit strukturunda dəyişikliklərin müşahidəsi Günəş dövrünün, o cümlədən Yerdəki elektrik şəbəkələrinə və peyk rabitəsinə təsir edə biləcək alovlar və maqnit qasırğalarını proqnozlaşdırmaq üçün açardır.

1,3 milyard dollarlıq "Solar Orbiter” missiyası 2020-ci ildə buraxılıb.


Oxunub: 204

Son xəbərlər

DYP radarlarla bağlı müraciət yaydı

Kremlin İrəvanla bağlı “B” planı: 300 min erməni niyə göndərilir?

Valideynlərin DİQQƏTİNƏ! Uşaqlar arasında bu virus yayılıb…

Cavanşir Feyziyev əhalini belə soyur – iqtisadçı

“Harada görünüb ki, “tükdönmə” əməliyyatından o boyda cayıl ölsün?” – Video

Ürək və beyin sağlamlığını qoruyan balıq növü...

DİN süni intellekt və İT sahələri üzrə təqaüd proqramına start verdi

İlham Əliyev qəbul keçirdi - FOTO

Sabunçunun “qanunsuz sərvət” modeli – Adil Vəliyev, oğlunun biznesləri və xalqın susqunluğu

Partlayış səsləri eşidiləcək - Nazirlikdən xəbərdarlıq

Xaricdəki diplomatlarımız Bakıya çağırıldı

Mərkəzi Bankın milyonluq tenderi niyə baş tutmadı?

50 yaşdan yuxarı ulduzların dərisini gənc saxlayan 6 axşam vərdişi

Bu əşyaları yay aylarında avtomobildə saxlamaq olmaz

Selfi zamanı yol verilən 5 geniş yayılmış səhv

"Qarabağ" "Metallist"lə üz-üzə

İsrail Livana zərbələr endirdi

Bu rayonlarda işıq olmayacaq

Bu gün Qəzzada atəşkəs elan edilə bilər

Nizami Təhməzov XALİDƏ HİCRAN (roman) - iyirmi səkkizinci hissə

Nizami Təhməzov XALİDƏ HİCRAN (roman) - iyirmi yeddinci hissə

Azərbaycanda 6 nəqliyyat vasitəsi hərraca çıxarılacaq

Nəsimi RİH-nin xeyir-duası yoxsa... - “Əcəmi Mall”da qanunsuz tikinti işlərinə kimlər nədən göz yumur?!/Fotofakt

Şokoladın faydaları və zərərləri

TƏBİB-ə hər növ xidmət göstərən “SAR TRADE” MMC-nin arxasında kimlər durur

Qida Sənayesi Kollecində saxta imtahan mexanizmi: Təhsil alverə çevrilir?

DSK sədri haqqında şok ittihamlar - KÜLLİ MİQDARDA YEYİNTİYƏ YOL VERİB

Ən təhlükəli küçə yeməkləri – Bu 5 qidadan uzaq durun

Barselonada həyat istiyə görə dözülməz hala gəlir: ''sığınacaqlar'' inşa ediləcək

Kreditlə yaşayan ölkə – Azərbaycanlılar niyə borcla nəfəs alır?

Bütün xəbərlər