Əhalinin DİQQƏTİNƏ: 960 MANAT VERİLƏCƏK

DogruXeber.az: - Yanvar ayında minimum əməkhaqqı və minimum əmək pensiyasının məbləği artdıqdan sonra digər sosial müavinət və təqaüdlərin də artacağı gözlənilir. Bəzi təqaüd və müavinətlər birbaşa minimum əməkhaqqı və minimum pensiya məbləğindən asılı olaraq dəyişir. Buna vəfat edən şəxsin yaxınlarına verilən dəfn pulu da aiddir. Yəni vəfat edən təqaüdçünün yaxınlarına əmək pensiyanın minimum məbləğinin üç misli qədər müavinət verilir. Yanvarda minimum əmək pensiyası 280 manatdan 320 manata qədər artırıldığı üçün, vəfat edən pensiyaçının dəfn xərcini üzərinə götürən şəxsə verilən məbləğ də 840 manatdan 960 manatadək artıb.

Cəmiyyətdə isə vəfat edən şəxsə görə verilən müavinət artdığı halda, yeni doğulanlara görə verilən birdəfəlik müavinətin niyə artılmadığı müzakirə olunur.

Hazırda bu müavinətin məbləği 500 manatdır.

Tribunainfo.az xəbər verir ki, məsələ ilə bağlı Bizim.Media-ya danışan Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vüqar Bayramov deyib ki, minimum əməkhaqqı və minimum pensiyadan asılı olmayan müavinətlərin də artırılacağı gözləniləndir:

“Vəfat edən təqaüdçülərə görə dəfn pulunun artırılması birbaşa minimum pensiyanın artırılması ilə bağlı oldu. Çünki həmin məbləğ minimum pensiyanın üç misli həcmindədir. Yəni minimum pensiya artan zaman avtomatik olaraq həmin məbləğ də artır. Amma digər müavinətlər minimum əməkhaqqı, o cümlədən, minimum pensiyaya bağlı deyillər. Bir sıra müavinətlər minimum əməkhaqqına bağlıdır, bəziləri isə birdəfəlik müəyyənləşib.

Cənab Prezident tərəfindən imzalanmış 23 dekabr 2024-cü il tarixli sərəncamda sosial müavinətlər və təqaüdlərin artırılması nəzərdə tutulub. Bununla bağlı təkliflərin hazırlanması üçün Nazirlər Kabinetinə üç ay vaxt verildi.Artıq Nazirlər Kabineti tərəfindən təkliflər təqdim olunub”.

Deputatın sözlərinə görə, yaxın vaxtlarda sosial müavinətlər və təqaüdlərin artırılması baş verəcək:

“Sosial müavinətlərin və təqaüdlərin artırılması ilə bağlı sənəd imzalandıqdan sonra hansı müavinətlərin, uşağın doğulmasına görə verilən müavinətin də artıb artmamasını müəyyənləşdirmək mümkün olacaq. Hələlik sərəncama uyğun olaraq sosial müavinətlər və təqaüdlərin artırılcağı gözlənilir. Hansı müavinətlərdə artımların olması isə sənəd imzalandıqdan sonra bəlli olacaq”.//tribunainfo.az


Oxunub: 395

Son xəbərlər

DYP radarlarla bağlı müraciət yaydı

Kremlin İrəvanla bağlı “B” planı: 300 min erməni niyə göndərilir?

Valideynlərin DİQQƏTİNƏ! Uşaqlar arasında bu virus yayılıb…

Cavanşir Feyziyev əhalini belə soyur – iqtisadçı

“Harada görünüb ki, “tükdönmə” əməliyyatından o boyda cayıl ölsün?” – Video

Ürək və beyin sağlamlığını qoruyan balıq növü...

DİN süni intellekt və İT sahələri üzrə təqaüd proqramına start verdi

İlham Əliyev qəbul keçirdi - FOTO

Sabunçunun “qanunsuz sərvət” modeli – Adil Vəliyev, oğlunun biznesləri və xalqın susqunluğu

Partlayış səsləri eşidiləcək - Nazirlikdən xəbərdarlıq

Xaricdəki diplomatlarımız Bakıya çağırıldı

Mərkəzi Bankın milyonluq tenderi niyə baş tutmadı?

50 yaşdan yuxarı ulduzların dərisini gənc saxlayan 6 axşam vərdişi

Bu əşyaları yay aylarında avtomobildə saxlamaq olmaz

Selfi zamanı yol verilən 5 geniş yayılmış səhv

"Qarabağ" "Metallist"lə üz-üzə

İsrail Livana zərbələr endirdi

Bu rayonlarda işıq olmayacaq

Bu gün Qəzzada atəşkəs elan edilə bilər

Nizami Təhməzov XALİDƏ HİCRAN (roman) - iyirmi səkkizinci hissə

Nizami Təhməzov XALİDƏ HİCRAN (roman) - iyirmi yeddinci hissə

Azərbaycanda 6 nəqliyyat vasitəsi hərraca çıxarılacaq

Nəsimi RİH-nin xeyir-duası yoxsa... - “Əcəmi Mall”da qanunsuz tikinti işlərinə kimlər nədən göz yumur?!/Fotofakt

Şokoladın faydaları və zərərləri

TƏBİB-ə hər növ xidmət göstərən “SAR TRADE” MMC-nin arxasında kimlər durur

Qida Sənayesi Kollecində saxta imtahan mexanizmi: Təhsil alverə çevrilir?

DSK sədri haqqında şok ittihamlar - KÜLLİ MİQDARDA YEYİNTİYƏ YOL VERİB

Ən təhlükəli küçə yeməkləri – Bu 5 qidadan uzaq durun

Barselonada həyat istiyə görə dözülməz hala gəlir: ''sığınacaqlar'' inşa ediləcək

Kreditlə yaşayan ölkə – Azərbaycanlılar niyə borcla nəfəs alır?

Bütün xəbərlər