“Həkim məni 3 dəfə əməliyyat edib pis vəziyyətə qoydu” – Foto

“Məşhur plastik cərrah-onkoloq Könül Ağamirova məni 3 dəfə əməliyyat etdi, hamısı uğursuz alındı”.

"DogruXeber.az" xəbər verir ki, bu şikayətlə “Qafqazinfo”ya Aybəniz Zeyn adlı vətəndaş müraciət edib.

O bildirib ki, ötən il adıçəkilən cərrah tərəfindən sinə kiçiltmə əməliyyatından sonra həmin nahiyədə nekroz (canlı toxumalarda hüceyrələrin erkən ölümü) əmələ gəlib: “Əməliyyatım “Milana Hospital”da baş tutdu. Bundan sonra fəsadlar ortaya çıxdı. Sinəmdə nekroz əmələ gəldi və zamanla daha da pis vəziyyətə düşdüm. İkinci dəfə həkim məni əməliyyata götürərək nekrozu təmizlədi. Ancaq bu dəfə çox kobud tikişlər atıldı. Bir müddət sonra həmin tikişlər açıldı”.

İngiltərədə yaşayan Aybəniz Zeynin sözlərinə görə, bu əməliyyat üçün ümumilikdə 7 min manat ödəniş edib: “Artıq üçüncü dəfə məcbur qalıb yenidən eyni həkimin əməliyyatına girdim. Bu dəfə isə öz qarın bölgəmdən yağ alıb sinəmə vurdu. O da bir ay sonra töküldü. Bu həkim məni pis vəziyyətə qoyub. Sinəmdə fəsadlar yaranıb. Bu, bir cinayətdir. Mənə vurulmuş ziyanın qarşılığının ödənilməsini istəyirəm. Hazırda pis vəziyyətdəyəm, ödənişim geri qayıtsın ki, İngiltərədə müayinəyə başlayım. Digər şəxslər də bilməlidir ki, bu həkim düzgün seçim deyil. Məsələ ilə bağlı Səhiyyə Nazirliyinə və digər aidiyyəti qurumlara müraciət etmişəm”.

Məlumat üçün bildirək ki, bu ilin aprelində Səhiyyə Nazirliyi, Baş Prokurorluq, Daxili İşlər Nazirliyi və Elm və Təhsil Nazirliyinin səlahiyyətli nümayəndələrindən ibarət Xüsusi Təftiş Komissiyası fəaliyyətinə icazə verilən plastik cərrahların siyahısını açıqlayıb. Sözügedən həkimlərin siyahısında Könül Ağamirovanın adı yoxdur.

Şikayətçi saytımıza prosedurdan sonra bədənində yaranan yaraların, irinləmələrin və açılan tikişlərin fotosunu da göndərib. Oxucuların həssaslığını nəzərə alaraq, həmin şəkillərdən yalnız ikisini üstüörtülü formada yerləşdiririk:

“Həkim məni 3 dəfə əməliyyat edib pis vəziyyətə qoydu” – Foto

İddialarla bağlı qarşı tərəfin mövqeyini öyrənmək üçün Könül Ağamirova ilə əlaqə saxladıq. O bu şikayətin reputasiyasına zərər gətirəcəyini deyərək ittihamlarla əlaqədar açıqlama vermək istəmədi.

Səhiyyə Nazirliyi Analitik Ekspertiza Mərkəzinə ünvanladığımız sorğuya cavab olaraq isə bildirildi ki, məsələ ilə bağlı həkim Könül Ağamirovanın aidiyyəti üzrə rəsmi izahatı götürülüb: “Özəl tibb fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən özəl tibb müəssisələrində xəstələrə göstərilən tibbi xidmətlərin tarifləri tibb müəssisələri ilə xəstələr arasında razılaşma yolu ilə müəyyənləşdirilir və tibbi xidmətin göstərilməsi tərəflər arasında bağlanmış müqavilənin şərtləri ilə tənzimlənir. Müraciətdə qeyd olunan faktın eyni zamanda mülki iş olduğunu, insan sağlamlığında yaranmış problemin məhkəmə-tibbi ekspertizası tərəfindən qiymətləndirilməsinin zəruriliyini və dələduzluq faktının araşdırılması məsələsinin Mərkəzin səlahiyyətlərinə aid olmadığını nəzərə alaraq, vətəndaşın təsdiqedici sənədlərlə birlikdə hüquq-mühafizə orqanlarına və ya bilavasitə məhkəməyə müraciət etmək hüququ olduğu Aybəniz Zeynalovaya bildirilib.

“Həkim məni 3 dəfə əməliyyat edib pis vəziyyətə qoydu” – Foto

Aybəniz Zeynalovanın Bakı şəhərində yerləşən “Milana Hospital”ın həkimi Könül Ağamirova tərəfindən göstərilən tibbi xidmətdən sonra səhhətində yaranmış problem və əməliyyata görə ödənilmiş məbləğin geri qaytarılması ilə bağlı Səhiyyə Nazirliyinə daxil olan müraciətinə nazirliyin Analitik Ekspertiza Mərkəzində aidiyyəti üzrə baxılıb. Müraciətdə qeyd edilən faktın 2024-cü ilə təsadüf etməsi, eyni zamanda da şikayətçi tərəfindən ərizəyə müvafiq təsdiqedici sənədlərin (həkim Könül Ağamirova tərəfindən keçirilmiş əməliyyata dair rəsmi tibbi qeydiyyat sənədləri, xəstəlik tarixindən çıxarış və ya epikriz) əlavə edilmədiyindən, aidiyyəti müəssisədə qanunvericiliklə müəyyən olunmuş qaydada uyğun nəzarət tədbirinin keçirilməsi məqsədəmüvafiq hesab edilməyib. Əlavə olaraq bildirilir ki, Mərkəz tərəfindən həkim Könül Ağamirovanın vəzifə səlahiyyətləri araşdırılan zamanı onun müəssisədə direktorun müalicə işləri üzrə müavini vəzifəsinə təyin edilməsi müəyyən edilib. Könül Ağamirovanın aidiyyəti üzrə rəsmi izahatı götürülüb. Əldə olunan sənədlər araşdırma materiallarına əlavə edilib”.

“Həkim məni 3 dəfə əməliyyat edib pis vəziyyətə qoydu” – Foto


Oxunub: 225

Son xəbərlər

Yaponların uzunömürlü olmasının əsl səbəbi – Bu məlumatlar sizi dəyişdirə bilər

Bunlar qan xərçənginin simptomları ola bilər

"Sputnik Azərbaycan" rəhbərliyi ilə bağlı qərar dəyişmədi

DYP radarlarla bağlı müraciət yaydı

Kremlin İrəvanla bağlı “B” planı: 300 min erməni niyə göndərilir?

Valideynlərin DİQQƏTİNƏ! Uşaqlar arasında bu virus yayılıb…

Cavanşir Feyziyev əhalini belə soyur – iqtisadçı

“Harada görünüb ki, “tükdönmə” əməliyyatından o boyda cayıl ölsün?” – Video

Ürək və beyin sağlamlığını qoruyan balıq növü...

DİN süni intellekt və İT sahələri üzrə təqaüd proqramına start verdi

İlham Əliyev qəbul keçirdi - FOTO

Sabunçunun “qanunsuz sərvət” modeli – Adil Vəliyev, oğlunun biznesləri və xalqın susqunluğu

Partlayış səsləri eşidiləcək - Nazirlikdən xəbərdarlıq

Xaricdəki diplomatlarımız Bakıya çağırıldı

Mərkəzi Bankın milyonluq tenderi niyə baş tutmadı?

50 yaşdan yuxarı ulduzların dərisini gənc saxlayan 6 axşam vərdişi

Bu əşyaları yay aylarında avtomobildə saxlamaq olmaz

Selfi zamanı yol verilən 5 geniş yayılmış səhv

"Qarabağ" "Metallist"lə üz-üzə

İsrail Livana zərbələr endirdi

Bu rayonlarda işıq olmayacaq

Bu gün Qəzzada atəşkəs elan edilə bilər

Nizami Təhməzov XALİDƏ HİCRAN (roman) - iyirmi səkkizinci hissə

Nizami Təhməzov XALİDƏ HİCRAN (roman) - iyirmi yeddinci hissə

Azərbaycanda 6 nəqliyyat vasitəsi hərraca çıxarılacaq

Nəsimi RİH-nin xeyir-duası yoxsa... - “Əcəmi Mall”da qanunsuz tikinti işlərinə kimlər nədən göz yumur?!/Fotofakt

Şokoladın faydaları və zərərləri

TƏBİB-ə hər növ xidmət göstərən “SAR TRADE” MMC-nin arxasında kimlər durur

Qida Sənayesi Kollecində saxta imtahan mexanizmi: Təhsil alverə çevrilir?

DSK sədri haqqında şok ittihamlar - KÜLLİ MİQDARDA YEYİNTİYƏ YOL VERİB

Bütün xəbərlər