gundem / iqtisadiyyat / Cəmiyyət
12.06.2025, 11:15
Nazirliyin tabeliyində olan qurum 78 min manata “Toyota Camry” alır
Kənd Təsərrüfatı Nazirliyinin tabeliyində olan “Aqrar Tədarük və Təchizat” ASC avtomobil alır.
"DogruXeber.az"ın xəbərinə görə, ASC “Toyota Camry 2.5 I Hybrid” markalı avtomobil almaq üçün 78 000 manat xərcləyəcək.
Qurum və “Toyota Bakı Mərkəzi” MMC arasında müqavilə bağlanılıb.
Müqavilə üzrə satınalma proseduru dövlət satınalmalarının vahid internet portalında keçirilməyib.// Pravda.az