Qonşu ölkə azyaşlılara enerji içkisi satışını yasaqladı – bəs Azərbaycan?

Rusiyada yetkinlik yaşına çatmayanlara enerji içkilərinin satışı qadağan edilib. Rusiya Prezidenti Vladimir Putin sərəncam imzalayıb. İnzibati Xətalar Məcəlləsinə əlavə edilmiş müddəaya görə, bu qaydaya əməl etməyən vətəndaşlar 30-50 min rubl, vəzifəli şəxslər 100-200 min rubl, hüquqi şəxslər isə 300-500 min rubl məbləğində cərimələnəcək.

Dövlət Dumasının sədri Vyaçeslav Volodin bu qərarın gənc nəslin sağlamlığının qorunması üçün qanunvericilik səviyyəsində aparılan sistemli işin davamı olduğunu vurğulayıb.

Azərbaycanda da belə bir qadağa rəsmiləşə bilərmi?

Hazırda gənclərin sevə-sevə içdiyi enerji içkiləri sağlamlıq üçün ciddi problemlər yaradır. Nəzərə almaq lazımdır ki, enerji içkilərinin satışı qanunvericiliklə 18 yaşından aşağı şəxslərə tövsiyə olunmur. Bunun da səbəbi həmin içkilərin inkişafda olan orqanizmə zərər vura bilməsi ehtimallarıdır.

Artıq illərdir ki, enerji içkiləri uşaqdan böyüyə qədər heç bir məhdudiyyət qoyulmadan hər kəsə satılır. Halbuki mütəxəssislərin sözlərinə görə, istehsal zamanı orqanizmi stimulyasiya edən maddələrdən istifadə olunduğundan bu içkilər insanın istər psixoloji durumuna, istər ürək-damar sisteminə, istərsə də normal maddələr mübadiləsinə mənfi təsir göstərir. Enerji içkilərindən müntəzəm istifadə nəticəsində baş verən qəfil ölüm hadisələrinə də məhz gənclər və yeniyetmələr arasında rast gəlinir.

Mütəxəssislər vurğulayırlar ki, mağazalarda satılan bir banka enerji içkisinin tərkibində 0,5 litr su, 75 mq kofein, 500 mq taurin, şəkər, qlükoza, qlükoronolakton, rəngverici, aromatizator, limon duzu, duzluluğu tənzimləyici, karbon 4 oksid və digər qarışıqlar var.

Onu da qeyd edək ki, hazırda Azərbaycanda enerji içkilərinin satışı ilə bağlı yaş məhdudiyyəti hüquqi müstəvidə rəsmiləşməyib, bu içkilər yeniyetmərə tövsiyə olunmur, amma məcburi xarakter daşımır.

Millət vəkili Fazil Mustafa mövzu ilə bağlı “Yeni Müsavat”a açıqlamasında deyib: “Əslində Azərbaycanda da enerji içkilərinin satışı qadağan olunmalıdır. Ölkəmizdə gənclərin ən böyük problemlərindən biri də məhz budur. Təəssüf ki, bu sahəyə yetərincə diqqət yetirilmir. Bir çox hallarda biznes maraqları sağlamlığın önünə keçir və qarşısını almaq üçün müxtəlif yollar axtarılır. Hətta bəzən qanun qəbul edilsə belə, onun işləmədiyini müşahidə edirik. Bu səbəbdən bu məsələ son dərəcə narahatedici xarakter daşıyır və ciddi şəkildə üzərində düşünülməlidir.

Fikrimcə, burada əsas narahatedici məqam odur ki, artıq gənclərin xeyli hissəsi bu vərdişin fəsadlarını yaşamağa başlayıb. Çox vaxt göstərilən laqeydlik də bu vəziyyətin yaranmasında rol oynayır. Ona görə də bu sahədə qəti addımların atılması vacibdir”.

Bakı Ağrı Klinikasının baş həkimi Zülfüqar Yusifov da enerji içkilərinin satışının qadağan olunmasının tərəfdarı olduğunu deyib: “Enerji içkiləri ilə bağlı məsələ hər zaman gündəmdədir. Davamlı olaraq satışa buraxıldığından bəri bu sahədə müzakirələr dayanmadan davam edir. Çünki bu enerji içkilərinin xüsusən gənclər tərəfindən sıx şəkildə istifadə olunması müxtəlif fəsadlara səbəb ola bilir. Bu fəsadlar nədən ibarətdir?

İlk növbədə, bu içkilər tərkib baxımından olduqca qeyri-müəyyən və bir-birindən xeyli fərqlənirlər. Hər dəfə yeni bir növü ortaya çıxır və onların tərkibi barədə əhalidə dəqiq, doğru-düzgün məlumat yoxdur.

Ümumilikdə qeyd edə bilərəm ki, bu içkilər həm psixoloji, həm də fiziki asılılıq yarada bilirlər. Beyinə olduqca asanlıqla enerji ötürən maddələr qismində, davamlı olaraq ümumi gümrahlıq hissi yaratmaq məqsədilə gənclik tərəfindən qəbul edilir. Amma bu içkilər qəbul zamanı bir sıra əlavə təsirlər də verə bilir. Xüsusən insanlarda yuxusuzluq, əsəbilik meydana çıxır, ürək döyüntüləri artır.

Qan təzyiqində və şəkərin miqdarında artım müşahidə olunur. Çünki bu içkilərin tərkibində lazım olandan artıq miqdarda şəkər olduğu barədə məlumatlar var.

Həmçinin bu kimi içkilər mədə-bağırsaq sisteminə zərərli təsir göstərir, mədə-bağırsaq sisteminin divarını aşındırır. Bütün bunlar isə ümumilikdə sağlamlıq və həyat keyfiyyətinin aşağı düşməsinə gətirib çıxaran patologiyalara səbəb ola bilir. Xüsusilə narahatedici cəhət ondan ibarətdir ki, bu içkilər qəbul edildikcə onları daha sıx və daha çox qəbul etmək tələbatı yaranır ki, bu da təhlükənin nə qədər böyük olduğunu göstərir.

Əlbəttə ki, bu içkilərin tərkibinin müvafiq qurumlar tərəfindən diqqətlə öyrənilməsi və əgər doğrudan da sağlamlığa qeyd etdiyimiz şəkildə zərərləri təsdiqlənərsə, onların satışının dayandırılmasında böyük fayda var”.//Yeni Müsavat


Oxunub: 201

Son xəbərlər

Bunlar qan xərçənginin simptomları ola bilər

"Sputnik Azərbaycan" rəhbərliyi ilə bağlı qərar dəyişmədi

DYP radarlarla bağlı müraciət yaydı

Kremlin İrəvanla bağlı “B” planı: 300 min erməni niyə göndərilir?

Valideynlərin DİQQƏTİNƏ! Uşaqlar arasında bu virus yayılıb…

Cavanşir Feyziyev əhalini belə soyur – iqtisadçı

“Harada görünüb ki, “tükdönmə” əməliyyatından o boyda cayıl ölsün?” – Video

Ürək və beyin sağlamlığını qoruyan balıq növü...

DİN süni intellekt və İT sahələri üzrə təqaüd proqramına start verdi

İlham Əliyev qəbul keçirdi - FOTO

Sabunçunun “qanunsuz sərvət” modeli – Adil Vəliyev, oğlunun biznesləri və xalqın susqunluğu

Partlayış səsləri eşidiləcək - Nazirlikdən xəbərdarlıq

Xaricdəki diplomatlarımız Bakıya çağırıldı

Mərkəzi Bankın milyonluq tenderi niyə baş tutmadı?

50 yaşdan yuxarı ulduzların dərisini gənc saxlayan 6 axşam vərdişi

Bu əşyaları yay aylarında avtomobildə saxlamaq olmaz

Selfi zamanı yol verilən 5 geniş yayılmış səhv

"Qarabağ" "Metallist"lə üz-üzə

İsrail Livana zərbələr endirdi

Bu rayonlarda işıq olmayacaq

Bu gün Qəzzada atəşkəs elan edilə bilər

Nizami Təhməzov XALİDƏ HİCRAN (roman) - iyirmi səkkizinci hissə

Nizami Təhməzov XALİDƏ HİCRAN (roman) - iyirmi yeddinci hissə

Azərbaycanda 6 nəqliyyat vasitəsi hərraca çıxarılacaq

Nəsimi RİH-nin xeyir-duası yoxsa... - “Əcəmi Mall”da qanunsuz tikinti işlərinə kimlər nədən göz yumur?!/Fotofakt

Şokoladın faydaları və zərərləri

TƏBİB-ə hər növ xidmət göstərən “SAR TRADE” MMC-nin arxasında kimlər durur

Qida Sənayesi Kollecində saxta imtahan mexanizmi: Təhsil alverə çevrilir?

DSK sədri haqqında şok ittihamlar - KÜLLİ MİQDARDA YEYİNTİYƏ YOL VERİB

Ən təhlükəli küçə yeməkləri – Bu 5 qidadan uzaq durun

Bütün xəbərlər