Nizami Təhməzov XALİDƏ HİCRAN (roman) - iyirmi  altıncı hissə

Nizami Təhməzov

XALİDƏ HİCRAN
(Roman)
İyirmi altıncı hissə

Hissə - 1 > 2 > 3 > 4 > 5 > 6 > 7 > 8 > 9 > 10 > 11 > 12 > 13 > 14 > 15 > 16 > 17 > 18 > 19 > 20 > 21 > 22 > 23 > 24 > 25

(II FƏSİL)


Qəbul imtahanlarını uğurla verəndən sonra Xalidə atası ilə birlikdə doğma kəndlərinə qayıtdı. Bu dəfə o, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti rəssamlıq fakültəsinin tələbəsi kimi gəlmişdi. Onun qəbul xəbəri gəlişindən əvvəl rayona yayılmışdı. Bu şad xəbər çoxlarını sevindirirdi. Həyatda heç nə asanlıqla qazanılmır. Xalidə bu insanların sevgisini, hörmətini öz mənəvi gözəlliyi, mehribanlığı, xeyirxahlığı və yaxşılığı ilə qazanmışdı. Xalidənin fikrincə, insan vəzifəsinə, ad-sanına, puluna görə yox., yalnız özünün dəyərinə, cəmiyyətdə tutduğu mövqeyinə, münasibətinə görə adamların hörmətini, sevgisini qazanmalıdır.İctimai münasibətlərdə fərdi dəyərlər, insani keyfiyyətlər çox mühüm rol oynayır. Xalidə yalnız öz cismani gözəlliyi ilə deyil, daxili, mənəvi gözəlliyi ilə də insanların qəlbini ovlayır, onların sevimlisinə çevrilirdi. Bəlkə də o, yeganə insanlardandır ki, yeniyetmə və gənc yaşlarından doğulub boya-başa çatdığı kənd camaatının və ətrafda yaşayan insanların böyük hörmətini, sevgisini qazanmışdır.Ona görə də hər gün onlara qonaq gəlir, təbrik edir, ürək sözlərini, arzularını bildirirdilər. Şərur rayon mərkəzindən gələnlər və zəng edənlər də var idi.
Məhəmməd müəllimin sevinci yerə-göyə sığmırdı. Ryon Partiya Komitəsi birincl katibinin təbriki onu daha da qürurlandırır, dediyi xoş sözlər beynində əks-səda verir, duyğulandırırdı:
-Xalidə xanim tək Sizin deyil, Şərurun və eyni zamanda Naxçıvanın fəxridir. Rayonumuza gələn qonaqlar onun muzeydəki əsərlərini çox bəyənirlər. Biz belə gənclərimiz üçün hər şərait yaratmalıyıq.
Raykom katibi ayrılanda daha sonra demişdi:
-Mən Xalidə qızımıza söz vermişdim ki, İnsitituta qəbul olunsun, onun şərəfinə böyük ziyafət verəcəyəm. İndi vaxtı çatıb, işlərimizi qaydasına qoyub Sizə zəng edərəm.
Raykom katibi görüşüb ayrılanda Məhəmməd müəllim dedi:
-Diqqətinizə və hörmətinizə görə çox təşəkkür edirəm, yoldaş katib. Çox sağ olun.
Raykom katibi maşının açıq qapısını örtüb Məhəmməd müəllimin qoluna girdi:
-Bilirsiniz, Məhəmməd müəllim, bir şıxsiyyət kimi mənim Sizə böyük hörmətim var. Yeri düşəndə mən bunu hər yerdə deyirəm. Siz mənə təşəkkür etməli deyilsiniz. Siz millətimiz üçün, cəmiyyətimiz üçün Xalidə kimi istedadlı, bacarıqlı övlad böyütmüsünüz. Açıq danışaq, başqa ölkələrə, başqa millətlərə baxanda bizdə bir az başqa cürdür. Mən bilirəm ki, cəmi beş nəfər üçün planlaşdırılmış fakültələrə düşmək çox çətindir, deyərdim ki, kənd uşaqları üçün isə bəlkə də heç mümkün deyil. Bu, bizim ümumi dərdimizdir. Ona görə də yoldaş Əliyev oranın rektorunu çıxarıb cəszalandırdı.
-Bəli, - deyə Məhəmməd müəllim dilləndi. – Mən indiki rektor Aslan müəllimi yaxşı tanıyıram. O, da Sizin kimi ləyaqətli insandır. Bakıda olanda görüşüb təbrik etdim.
-Çox gözəl, mən buna çox şadam. Bilirəm ki, Sizin respublikanın adlı-sanlı yazıçıları, şairləri, ziyalıları ilə böyük əlaqələriniz və yaxınlığınız var. Bu, belə də olmalıdır. Siz nadir ziyalılarımızdansınız ki, “Quran” ı ərəb, Hafizi fars dilində oxuyursunuz.
Məhəmməd müəllim gülümsündü:
-Siz ki, hər şeyi bilirsiniz.
-Bəli, - deyə birinci katib ayaq saxlayıb diqqətlə ona baxdı. - “ Şərq qapısı” qəzetində baş redaktor işləyəndə Sizə qarşı edilən haqsızlıqlardan da xəbərim var. Əslinə qalsa bu, haqsızlıq yox, Sizə qarşı qəsdən hzırlanmış ağır bir cinayətdir.Mən deyərdim ki, lap ikiqat cinayətdir. Ona görə ki, günahsız vəzlfəli bir şəxsi – gözəl bir ziyalını şərləmək, bohtan atmaq Azərbaycan fikrinə, düşüncəsinə, haqqa- ədalətə qarşı çıxmaq deməkdir. Siz həmin Stalin dövrünün çox cəsarətli, ləyaqətli, qorxmaz bir ziyalısı, sözün, haqqın keşiyində duran bir şıxsiyyət, mübariz bir redaaktor kimi böyük fədakarlıq göstərmisiniz. Görünür mərkəzdən uzaq bir vilayətdə bu, çoxlarına mane olurmuş.? Yaxşı ki, sonda ədalət öz yerini tapdı.
Raykom katibi bir qədər fasilə verib sonra üzüntülü bir tərzdə əlavə etdi:
-Təəssüf ki, bəzən vəzifəli adamlarımız, yüksək rütbəli dövlət məmurlarımız böyük səhvlərə yol verirlər. Bu bizim faciəmizdir. Böyük insnların səhvləri daha acı olur. Mən hər dəfə Sizinlə bu barədə damışmaq istəyirdim, amma münasib vaxt olmurdu. O səhvlərə görə mən də özümü pis, üzüntülü hiss edirəm.
Məhəmməd müəllim ötən illərin qaranlıq səhifələrinə işıq salan və tam aydınlığı ilə görüb olduğu kimi dərk edən rayon rəhbərinə necə təşəkkür edəcəyini bilmirdi.
-Çox sağ olun, yoldaş katib, - dedi. – Hər dəfə düşündükcə, xatırladıqca mənə əzab verən o illərə aydınlıq gətirdiyiniz və obyektiv qiymət verdiyiniz üçün Sizə çox dərin təşəkkür edirəm. Builirsiniz ki,mən həmişə, hər zaman, hətta ən ağır dövrlərimdə belə, haqqın, ədalətin yanında olmuşam. Doğruçuluq, düzgünlük mənim həyat prinsipimdir.
Rayon Partiya Komitəsinin birinci katibi mehribanlıqla əlini onun çiyninə qoydu:
-Bilirik, Məhəmməd müəllim, bilirik. Hər şeyi blirik. Muxtar Respublika rəhbərliyi də Sizin haqqınızda yüksək fikirdəfir. İnşallah, Xalidə qızımızın ziyafətində vaxt tapıb ətraflı söhbət edərik.
Məhəmməd müəllim üzürxahlıq etdi:
-Çox sağ olun. Etdiyiniz hər şey üçün Sizə qəlbən minnətdaram. Amma hesab edirəm ki, Xalidə üçün vaxt ayırmağa və əziyyət çəkməyə dəyməz. Onsuz da Siz bizə çox hörmət etmisiniz...
Raykom katibi gülümsündü. Əl verib görüşdü. Sonra maşına əyləşib şüşəni endirdi:
-Xalidə xanım tək Sizin qızınız deyil, bütün rayonumuzun əzizidir. Zəng edib vaxtını və yerini deyəcəklər. Sağ olun.
-Sağ olun.- deyə Məhəmməd müəllim bir müddət maşının ardınca bxdı..
Xalidə atasına demişdi ki, instituta qəbul olandan sonra onlara əziyyət verməyəcək. Fondda işləyərkən böyük təcrübə qazanmış, işin təhrini, yolunu öyrənmişdi. Dərslər başlayandan sonra münasib bir yerdə işləməyi qərara almışdı.Allaha tapınan, valideyn əməyini haqq bilən, ona dəyər verən insanlar heç vaxt darda qalmazlar. Düzgünlük və halallıq bu insanlar üçün əsas meyardır. Xalidə uzun müddət iş axtarmadı. Bir gün Respublika Rəssamlar İttifaqının Fondundan köhnə iş yerinin haqq- hesab pulunu alıb qayıdanda, yolda köhnə tanışı Bəsti Şərifovaya rast gəldi. O, Zığ qəsəbəsindəki böyük aboy sexində baş rəssam işləyirdi. Bu sexin məhsulları Azərbaycandan başqa Asiya və Baltikyanı ölkələrə göndərilirdi. Keyfiyyətli olduğuna görə sifarişlər çox olurdu. Bir qədər söhbətdən sonra Bəsti dedi:
-Gözümə bir qədər fikirli görünürsən, xeyir ola?
Xalidə gülümsündü:
-Elə bir şey yoxdur, - dedi. – Münasib bir iş axtarıram, boş qalmağı sevmirəm.
Bəsti ani fikrə gedib dedi:
-Oboy sexində rəssam işləyə bilərsən? Mən direktorla danışaram. Bilirəm ki, istedadlı rəssamsan, təcrübən də var.
-Əlbəttə. Işləyə bilərəm, - deyə Xalidə ürəklə dilləndi – Bu, mənim üçün çox asandır. Naxçıvanda işləyəndə bir-iki dəfə buna yaxın iş görmüşəm.Rəssam üçün nə fərqi var ?
-Çox gözəl. Direktor deyirdi ki, həftədə 2 oboy hazırlayan rəssam lazımdır. Bilirəm ki, etiraz etməyəcək. Amma...
-Nə amma?
-Düşünürəm ki, gedib- gəlmək sənin üçün çətin olmaz ki?
Xalidə razılıqla gülümsündü:
-Yox, əziz bacım, Mən gec yatır, tez də dururam. Gecələr mütaliə etməyi çox sevirəm. Bəzən özüm də yazılar yzıram, yaradıcılıqla məşğul oluram.
Xalidə bu sözləri deyib birdən duruxdu. Tutulan kimi oldu. O. şeir yazdığını hamıdan gizlədirdi. Ona elə gəldi ki, Bəsti nə demık istədiyini başa düşdü. Amma Bəsti deyilən sözlərin fərqinə varmadı. Heç onun ağlına da gəlmədi ki, Xalidə rəngkarlıqdan yox, bədii yaradıcılıqdan danışır.
Bəsti onun qolundan tutanda Xalidə xəyaldan ayrıldı.Gülümsündü. Bəstinin də dodaqlarına xoş təbəssüm qondu. O, dedi:
-Sən bu qədər gözəl, zərif qızsan. Heç adam sənin oxuya-oxuya işləməyinə qıymır. Səni az tanısam da amma hiss edirəm ki,əməyi, zəhməti sevən, həyatın mənasını ictimai - faydalı əməkdə, fəaliyyətdə görən bir qızsan.
-Hə,ümumiyyətlə, mən bir az fərqli düşünürəm. Həyatının çoxunu hiss etdiklərini hiss etməməyə çalışaraq yaşayanlardan deyiləm. Mən belə həyat tərzini sevmirəm. Mənə elə gəlir ki, insan şəxsiyyəti onun fəaliyyəti, ictimai mövqeyi ilə ölçülür. İnsan yalnız yemək, özünü dolandırmaq və yaşatmaq üçün yaranmayıb. İnsanı bioloji varlıqlardan fərqləndirən əsas cəhət onun ağlı, şüuru və faydalı ictimai fəaliyyətidir.
-Mən də belə düşünürəm, - deyə Bəsti rəfiqəsinin fikirləri ilə razılaşdı. - Kiməsə yük olmaq istəmirəm. Kiminsə hesabına yaşamaq istəmirəm. Allah hamısının canını sağ eləsin. Düzünü düyim ki, həm də mən işləməkdən zövq alıram.Hiss edirəm ki, sən də beləsən.
Bəstinin fikirləri Xalidənin düşüncələri ilə üst-üstə düşürdü.Həyat və cəmiyyət haqqında, ictimai fəaliyyət haqqında fikirləri bir idi. Onların fikrincə, insanlıq tarixində çox qəhrəmanlıqlar olub. Lakin bu günün və gələcəyin qəhrəmanlığı ağlın, idrakın, müdrikliyin qəhrəmanlığıdır.Xalidə daha geniş düşünürdü. O, hesab edirdi ki, insan yalnız yemək üçün yaranmamışdır. El arasında yaxşı deyirlər: yemək üçün yaşamaq yox, yaşamaq üçün yemək lazımdır. Bu cür yaşamaq milli ləyaqətdir. İnsan ləyaqəti, insan şərəfi dünyada heç nə ilə əvəz oluna bilməz. İnsanı dəyərləndirən, fərqləndirən, onu daha yüksəklərə qaldıran onun milli ləyaqəti, şərəfi və ictimai məvqeyidir. Bu, insan həyatının fəlsəfi anlamıdır. Bəsti də, Xalidə də məhz bu cür düşünür, insanın ictimai mövqeyi və fəaliyyəti haqqında eyni fikirdə idilər. Ona görə də Bəstinin dediyi sözlər Xalidəyə çox xoş gəldi. Odur ki, dedi:
- İşləməkdən zövq almaq iqtisadi cəhətdən başqa, həm də böyük mənəvi rahatlıqdır. İnsan getdikcə bərkiyir, formalaşır, qaynayıb qarışır, bir sözlə, özünü cəmiyyətə yararlı, faydalı hesab edir. Mənim fikrimcə, bu, çox önəmli məsələdir.
- Tammilə doğrudur, - deyə Bəsti Xalidənin fikirlərini dəstəklədi. – Allah insana şüur verib ki, ictimai – faydalı əməklə məşğul olsun. Oxusun, öyrənsin, biliyini, bacarığını xalqına, millətinə sərf etsin. Cəmiyyətin fəal, ləyaqətli üzvü olsun.
Onlar xeyli söhbət etdilər, fikirlərini bölüşdülər. Vaxtın nə vaxt getdiyini hiss etmədilər Ayrılanda Bəsti dedi:
-İnşallah, işin düzəlsin, mən özüm sənə kömək edəcəyəm. Həftədə iki dəfə gəlsən kifayət edər. Əmək haqqı da pis deyil.
-Mənə görə kiminsə narahat olmasını istəmirəm. Bu işi düzəltsən böyük hörmətdir. Onsuz da sənin işin başından aşır. Deyirlər ki, insanı heç kəs dostları qədər aldada bilməz.Mən bu fikirlə bir qədər razı deyiləm. Bir-iki nəfər belə adam varsa, bunu ümumiləşdirmək olmaz. Dostluq insanın həyatda qazandığı ən böyük nemətdir.
Bəsti dedi:
-Mən də bu fikirlə qismən razıyam. İnsan dünyada hər şeyi özü qazanır.Yaxşılığı da, pisliyi də. Təbii ki, naşükür, paxıl, xəbis insanlar da həyatda yox deyil. Ancaq onlar özlərini tez tanıdır, büruzə verirlər.
Xalidə:
-Bəli, - dedi. – Bu barədə Mövlanənin yaxşı fikirləri var: “Nə olursan ol, kim olursan ol, göründüyün qədərsən, necə varsan, necə görünürsən görün, qarşılarındakı səni gördüyü qədərsən”. – Sonra Xalidə Bəstinin üzündən öpdü. – Sağ ol, əziz bacım, sən də olduğun kimi görünürsən, gözəlsən. Cavabını gözləyəcəyəm...

Ardı var...


Oxunub: 749

Son xəbərlər

Bunlar qan xərçənginin simptomları ola bilər

"Sputnik Azərbaycan" rəhbərliyi ilə bağlı qərar dəyişmədi

DYP radarlarla bağlı müraciət yaydı

Kremlin İrəvanla bağlı “B” planı: 300 min erməni niyə göndərilir?

Valideynlərin DİQQƏTİNƏ! Uşaqlar arasında bu virus yayılıb…

Cavanşir Feyziyev əhalini belə soyur – iqtisadçı

“Harada görünüb ki, “tükdönmə” əməliyyatından o boyda cayıl ölsün?” – Video

Ürək və beyin sağlamlığını qoruyan balıq növü...

DİN süni intellekt və İT sahələri üzrə təqaüd proqramına start verdi

İlham Əliyev qəbul keçirdi - FOTO

Sabunçunun “qanunsuz sərvət” modeli – Adil Vəliyev, oğlunun biznesləri və xalqın susqunluğu

Partlayış səsləri eşidiləcək - Nazirlikdən xəbərdarlıq

Xaricdəki diplomatlarımız Bakıya çağırıldı

Mərkəzi Bankın milyonluq tenderi niyə baş tutmadı?

50 yaşdan yuxarı ulduzların dərisini gənc saxlayan 6 axşam vərdişi

Bu əşyaları yay aylarında avtomobildə saxlamaq olmaz

Selfi zamanı yol verilən 5 geniş yayılmış səhv

"Qarabağ" "Metallist"lə üz-üzə

İsrail Livana zərbələr endirdi

Bu rayonlarda işıq olmayacaq

Bu gün Qəzzada atəşkəs elan edilə bilər

Nizami Təhməzov XALİDƏ HİCRAN (roman) - iyirmi səkkizinci hissə

Nizami Təhməzov XALİDƏ HİCRAN (roman) - iyirmi yeddinci hissə

Azərbaycanda 6 nəqliyyat vasitəsi hərraca çıxarılacaq

Nəsimi RİH-nin xeyir-duası yoxsa... - “Əcəmi Mall”da qanunsuz tikinti işlərinə kimlər nədən göz yumur?!/Fotofakt

Şokoladın faydaları və zərərləri

TƏBİB-ə hər növ xidmət göstərən “SAR TRADE” MMC-nin arxasında kimlər durur

Qida Sənayesi Kollecində saxta imtahan mexanizmi: Təhsil alverə çevrilir?

DSK sədri haqqında şok ittihamlar - KÜLLİ MİQDARDA YEYİNTİYƏ YOL VERİB

Ən təhlükəli küçə yeməkləri – Bu 5 qidadan uzaq durun

Bütün xəbərlər