Barselonada həyat istiyə görə dözülməz hala gəlir: ''sığınacaqlar'' inşa ediləcək

Qlobal istiləşmə Avropanın iqliminə getdikcə daha ciddi təsir göstərir və bəzi ölkələrdə yay ayları dözülməz olur.

"DogruXeber.az" xəbə verir ki, İspaniyanın hava şəraiti ilə bağlı problemi "The Olive Press” nəşri diqqətə çatdırıb.

İspaniyalı meteoroloq Mario Pikaso xəbərdarlıq edib ki, qarşıdakı günlərdə Barselonada temperatur kölgədə 50 dərəcə Selsiyə çata bilər.

"Barselona şəhəri bu senariyə hazırlaşır, çünki ekstremal istilər elektrik enerjisinin kəsilməsi, şəhər mobilliyinin pozulması və dərmanlara çıxışın məhdudlaşdırılması kimi nəticələrə səbəb ola bilər”, deyə Pikaso bildirib.

Ekspert qeyd edib ki, istilik xüsusilə şəhər mühitində daha da güclənir. Bu hadisə "şəhər istilik adaları” kimi tanınır.

"Küçə və yol asfaltı, binalarla birlikdə istiliyi saxlayır və havada isti hava kütlələrinin axını ilə onsuz da yüksək olan temperaturlara əlavə dərəcələr qatır – bu isə yay aylarında yayılmış bir haldır”, deyə o izah edib.

Pikasoya görə, Barselona və digər Aralıq dənizi şəhərlərində yay fəslinin "getdikcə daha isti və havasız” keçməsinin əsas səbəblərindən biri də dəniz suyunun temperaturunun artmasıdır. Bu isə havadakı rütubətliliyin yüksəlməsinə gətirib çıxarır. Bildiyimiz kimi, rütubətli hava şəraitində istilik daha ağır hiss olunur.

Bütün bunları nəzərə alaraq, Barselona Şəhər Şurası 2035-ci ilə qədər 11,6 milyon avro büdcəsi olan "İsti hava planı” üzərində işləyir. Plan, sahil şəhərində temperaturun artması fonunda "iqlim sığınacaqlarının” sayının artırılmasını nəzərdə tutur.

"Buradakı məqsəd əldə edilmiş təcrübəni və qurulmuş sistemləri mərhələli şəkildə həyata keçirməkdir. Şəhər getdikcə daha tez-tez və daha uzun sürən istilik dalğaları ilə üzləşir”, deyə Pikaso bildirib.

Qeyd edək ki, İsveçrədə məşhur Alp buzlaqları ciddi "xəsarət almağa” başlayıb – onlar indi daha çox nəhəng dəlikləri olan İsveçrə pendirini xatırladır.

Bundan başqa, səma buludlarının yoxa çıxması ilə bağlı narahatedici tendensiyadan da danışılıb – bu həm qlobal istiləşmənin nəticəsi, həm də onu daha da gücləndirən amildir.


Oxunub: 314

Son xəbərlər

DYP radarlarla bağlı müraciət yaydı

Kremlin İrəvanla bağlı “B” planı: 300 min erməni niyə göndərilir?

Valideynlərin DİQQƏTİNƏ! Uşaqlar arasında bu virus yayılıb…

Cavanşir Feyziyev əhalini belə soyur – iqtisadçı

“Harada görünüb ki, “tükdönmə” əməliyyatından o boyda cayıl ölsün?” – Video

Ürək və beyin sağlamlığını qoruyan balıq növü...

DİN süni intellekt və İT sahələri üzrə təqaüd proqramına start verdi

İlham Əliyev qəbul keçirdi - FOTO

Sabunçunun “qanunsuz sərvət” modeli – Adil Vəliyev, oğlunun biznesləri və xalqın susqunluğu

Partlayış səsləri eşidiləcək - Nazirlikdən xəbərdarlıq

Xaricdəki diplomatlarımız Bakıya çağırıldı

Mərkəzi Bankın milyonluq tenderi niyə baş tutmadı?

50 yaşdan yuxarı ulduzların dərisini gənc saxlayan 6 axşam vərdişi

Bu əşyaları yay aylarında avtomobildə saxlamaq olmaz

Selfi zamanı yol verilən 5 geniş yayılmış səhv

"Qarabağ" "Metallist"lə üz-üzə

İsrail Livana zərbələr endirdi

Bu rayonlarda işıq olmayacaq

Bu gün Qəzzada atəşkəs elan edilə bilər

Nizami Təhməzov XALİDƏ HİCRAN (roman) - iyirmi səkkizinci hissə

Nizami Təhməzov XALİDƏ HİCRAN (roman) - iyirmi yeddinci hissə

Azərbaycanda 6 nəqliyyat vasitəsi hərraca çıxarılacaq

Nəsimi RİH-nin xeyir-duası yoxsa... - “Əcəmi Mall”da qanunsuz tikinti işlərinə kimlər nədən göz yumur?!/Fotofakt

Şokoladın faydaları və zərərləri

TƏBİB-ə hər növ xidmət göstərən “SAR TRADE” MMC-nin arxasında kimlər durur

Qida Sənayesi Kollecində saxta imtahan mexanizmi: Təhsil alverə çevrilir?

DSK sədri haqqında şok ittihamlar - KÜLLİ MİQDARDA YEYİNTİYƏ YOL VERİB

Ən təhlükəli küçə yeməkləri – Bu 5 qidadan uzaq durun

Barselonada həyat istiyə görə dözülməz hala gəlir: ''sığınacaqlar'' inşa ediləcək

Kreditlə yaşayan ölkə – Azərbaycanlılar niyə borcla nəfəs alır?

Bütün xəbərlər