gundem / yazarlar / Mədəniyyət
5.07.2025, 18:25
Nizami Təhməzov XALİDƏ HİCRAN (roman) - iyirmi yeddinci hissə

Nizami Təhməzov
XALİDƏ HİCRAN
(Roman)
İyirmi yeddinci hissə
Hissə - 1 > 2 > 3 > 4 > 5 > 6 > 7 > 8 > 9 > 10 > 11 > 12 > 13 > 14 > 15 > 16 > 17 > 18 > 19 > 20 > 21 > 22 > 23 > 24 > 25 > 26
(II FƏSİL)
Onlar öpüşüb ayrıldılar.Eyni düşüncəli bu rəfiqələr başqa yaşıdları kimi valideynlərinin, qohum-əqrəbalarının hesabına deyil, öz gərgin zəhməti, alın təri, əllərinin qabarı ilə yaşamağı sevirdilər. Xalidə üçün həyat fəaliyyətdir, Bütün uğurlar yalnız fəaliyyət nəticəsində qazanılır. Çox keçmədi ki, o, Bəstinin köməyi ilə oboy sexinə rəssam kimi işə düzəldi. Əyani şöbədə oxuyan birinci kurs tələbəsi üçün uzaq yolu gedib gəlmək, işləmək, dərsləri hazırlamaq, yaradıcılıqla məşğul olmaq nə qədər çətin olsa da, Xalidə hər işin öhdəsindən böyük bacarıqla gəlirdi. Tələbə təqaüdündən başqa ayda 160 manat qazanmaq böyük pul idi. O. nəinki özünü dolandırır, hətta evə də pul göndərirdi. Xalidə yalnız özü üçün yaşayan, gündə bir moda ilə geyinən, deyən, gülən qızlardan deyildi. Heç özünün də belə şeylərə meyli yox idi. Yalnız dərsə, işə gedir, yaradəcılıqla məşğul olurdu. Hərdən iş çox olanda dərsə gecikərdi. Bir dəfə səhər dərsə gecikəndə fəlsəfə müəllimi professor Niyazi Mehdi gülümsəyə-gülümsəyə dedi:
-Xalidə xanım, deyəsən yatmağı çox sevirsiniz? Fikir verirəm, hər dəfə gecikirsiniz. Siz heç bu barədə fikirləşirsinizmi?
Xalidə ayağa durdu. Elə bu vaxt tələbələrdən kimsə yerindən dilləndi:
-Professor, Xalidə yatmır, işdən gəlir. O, Zığdakı oboy sexində rəssam işləyir.Ona görə gecikir. Xalidə yaxşı oxuyan tələbədir.
Professor duruxdu. Auditoriyaya göz gəzdirib Xalidənin üzərində dayandı:
-Bağışlayın, - dedi. –Bilmirdim. Siz savadlı tələbəsiniz. İcazə verirəm, nə vaxt istəsəniz gəlin. Amma, təbii ki, imtahan öz yerində.
Kimsə yerindən dilləndi:
-Müəllim, Xalidə bizim qabaqcıl tələbələrimizdən biridir. O. yaxşı oxuyur.
Professor dedi:
-Bilirəm. Sizin hər biriniz hqqında qısa məlumatım var. Onu da bilirəm ki, Xalidənin bəzi əsərləri beynəlxalq sərgilərdə nümayiş etdirilib. – Sonra o, ayaq üstə duran Xalidəyə dedi: - Əyləşin.Sizin kimi tələbələrə şərait yaratmaq bizim borcumuzdur.
Xalidə:
-Bağışlayın, Niyazi müəllim, - dedi. - Diqqət və hörmətinizə çox təşəkkür edirəm. Fəlsəfə mənim çox sevdiyim bir elmdir.Geciksəm də dərslərə tam hazır oluram.
-Lap yaxşı, imtahanda görüşərik, - deyə professor cavab verdi. - Sizin yaxşı oxuduğunuzu bilirəm.
Tələbəlik həyatını Xalidə ömrünün ən gözəl və mənalı illəri hesab edir. Həyatda insan geri baxdığı zaman etdikləri üçün deyil, etmədikləri üçün üzülər, peşimançılıq çəkər. Ona görə Xalidə bu gün üçün yox, sabah üçün, gələcək gün üçün yaşayırdı. Bu onun üçün xüsusi bir proqram deyildi, sadəcə bir yaşam tərzi idi. O, bəzi gənclər kimi hisslərinin, duyğularının istəyi ilə deyil, ağlının hökmü ilə hərəkət edirdi. Göz baxmaq üçündür, görmək üçün isə yalnız ağıl lazımdır. Sabahı bu gün gözlə görmək olmaz, amma ağılla dərk etmək olar. O, yaxşı bilirdi ki, bu gün atdığı hər hansı bir addım, gördüyün hər hansı bir iş sabah mütləq başqa şəkildə qarşına çıxacaq. Onda bu gün buraxdığın səhvlər və boşluqlar üçün acı təəssüf hissləri keçirəcək, dərin peşimançılıq anları və ağrıları yaşayacaqsan. Ona görə də Xalidə bir gününü də səmərəsiz keçirmək istəmirdi. O, köhnə iş yerindən haqq-hesab pulunu alanda, bir az özü üçün xərclik götürüb qalanını kəndə, atasıgilə göndərmişdi. Amma onun Salyan rayonundan olan bir tələbə yoldaşı gedib kənddə oturmuş və valideynlərini məcbur etmişdir ki, inəklərini satıb ona “Şuba” alsınlar. Əlbəttə, özünü sevmək yaxşıdır, amma ləyaqətini qorumq ondan da yaxşıdır. Özünü sevmək yaxşıdır, amma buna görə başqalarını incitmək çox pisdir. Həyat o zaman maraqlı, ömür o zaman mənalı olur ki, qazandıqlarını və nail olduqlarını çətinliklə əldə edəsən. Bunun üçün əzablı anlar yaşayib, ağrılı günlər keçirəsən. Asanlıqla əldə etdiyin bir şeyi itirərkən o qədər də yanmırsan, ağlayıb bozlamırsan,acı göz yaşları axıtmırsan. Çünki onu qazanmağın ağrı - acılarını yaşamamısan. İnsanın vicdanı onun özünə nəzarət qətiyyətinə çevrilməli, hərəkətlərinə, əməllərinə nəzarət etməli, nəfsini, əxlaqını fəzilətlərlə zənginləşdirməli, onu ruhən və maddi cəhətdən gözü-könlü tox etməlidir.Bu isə şukranlıq və sağlamlıqdır.
Tələbəlik həyatı yaddaşlarda əbədi kök salacaq elə mənalı və unudulmaz bir insan ömrüdür ki, hər dəfə xatırladıqca xoş hisslər keçirir, duyğulanırsan. Günlər, aylar keçib fəsillər dəyişdikcə, Xalidənin də yaradıcılığı gündən-günə çiçəklənir, respublikaməzən müxtəlif sərgi salonlarında əsərləri nümayiş etdirilirdi. O, yorulmaq bilmədən oxuyur, çalışır, işləyirdi. Aradan 8-9 ay keçəndən sonra bir gün Bəsti Xalidəni görüb dedi:
-Mən işdən çıxmaq məcburiyyətində qalmışam. Amma inanmıram ki, onlar mənsiz səni yola verələr. Hər bir xırda şey üçün səni çağıracaqlar. Nəsə bir şey düşünməliyik.
Xalidə halını pozmadan dedi:
-Sən heç narahat olma, əziz bacım. Nə vaxt çıxararlar çıxararlar. Təki sənin kimi dostlar sağ olsun. Belə işlər xırda şeydir.
Bəsti dedi:
-Çox təəssüf edirəm. Mən belə istəməzdim. Çox çalışdım, amma alınmadı.
Xalidə mehribanlıqla onu qucaqladı:
-Əziz bacım, - dedi. – Bizi zəngin edən qazandıqlarımız deyil, mühafizə etdiklərimizdir. Çox sağ ol.Yaxşı deyiblər ki, sənətkarlar günortaya qədər ac olar.
Hər ikisi güldü. Doğrudan da aradan 15-20 gün keçmədi, sex rəsisi Xalidəni çağırıb daimi iləməyi təklif etdi. O, dedi:
-Bəsti nə qədər burda idi, Siz olmayanda bəzi işləri əvəzinizə görürdü. İndi bu mümkün deyil. Seçim Sizindir,ya qalın daimi işləyin, ya da ayrılmaq məcbburiyyətində olacağıq.
-Hə, əlbəttə, - deyə Xalidə cavab verdi. - Mən Sizdən çox razıyam. Amma əyani oxuduğumdan daimi işləmək imkanlm yoxdur. Sizə də, Bəstiyə də dərin təşəkkürümü bildirirəm.
Tələbə yoldaşları dərsdən sonra kinoya, teatra, dənizkənarı bulvara gəzməyə gedəndə, Xalidə də özünə iş axtarırdı. Bir tələbə yoldaşı həmişə deyərdi ki, Xalidə, səndə olan gözəllik məndə olsaydı heç bir dərdim-sərim olmazdı, özümü xöşbəxt sayardım. Amma Xalidə xöşbəxtliyi insanın cismani gözəlliyində deyil, daxili, mənəvi gözəlliyində görürdü. Ulu Yaradan ona hər iki gözəlliyi vermişdi: daxili və zahiri...
Bir dəfə xalq rəssamı, tanınmış xalça ustası, professor Lətif Kərimovun dərsi idi. O, gah arxa sırada oturmuş Xalidəyə baxır, gah da birinci cərgədə oturmuş bir oğlana. Lətif müəllim oğlana xeyli baxandan sonra dedi:
-Sən dur arxada otur, - Sonra o, sağ əli ilə uzun saçlarını arxaya darayıb xüsusi jestlə sol əli ilə Xalidəni çağırıb oğlanın yerini göstərdi. – Siz isə onun yerində əyləşin, - dedi və bir müddət gözlərini ondan çəkmədi.
Oğlan yerindən durmadı. Tələbələr Lətif müəllimin əsəbiləşdiyini görüb tez dedilər:
-Lətif müəllim, Azad kardır.
-Azad kimdir? – deyə Lətif müəllim gülümsəyərək xüsusi vurğu ilə soruşdu.
-Sizin durquzmaq istədiyiniz tələbə. O, anadangəlmə kardır.
Tələbələr Lətif müəllimi yaxşı tanıyırdılar. Bilirdilər ki, o çox yaxşı, xeyirxah, mülayim və gözəlliyi sevən bir insandır. Amma hərdən tərsliyi də vardır. Odur ki, tələbələrdən biri astadan, lap pıçıldayırmış kimi dedi:
-Xalidənin bu gözəlliyi deyəsən başımıza oyun açacaq?
Lətif müəllim səs gələn tərəfə çevrilsə də sözün ardına düşmədi. Çünki Xalidə doğrudan da gözəl idi və onun bu gözəlliyi hamını valeh edirdi. İnsan baxdıqca baxmaq istəyirdi. Yeri-Göyü Yaradan, sözün həqiqi mənasında ondn heç bir şeyi əsirgəməmişdi.
Nəhayət, Lətif müəllim gəlib Azadın qarşısında dayandı. Centlimensayağı azacıq baş əyib sağ əli ilə arxadaki yeri göstərdi.
-Lütfən, durun orda əyləşin. Gözlərimizi qabar eləməyin.
Tələbələr qımışdı. Amma kimsə ürək edib hündürdən gülmədi. Yanındakı tələbə yoldaşları Azadı başa salandan sonra durub arxadakı yerdə oturdu. Xalidə isə gəlib onun yerində əyləşdi. Doğrudan da elə bil auditoriyada günəş parladı. Sanki hər tərəf nura boyandı. Lətif müəllim könül rahatlığı ilə dərindən nəfəs alıb həvəslə dərsə başladı. Amma qızların uzun söhbətindən sonra belə razılığa gəldilər ki, gələn növbəti dərsdə Xalidə öz köhnə yerində əyləşsin, görək Lətif müəllim nə edəcək? Belə də oldu. Lətif müəllim auditoriyaya girəndə Xalidəni arxada oturmuş gördü. Halını pozmadan bir qədər sərt şəkildə dedi:
-Eybi yoxdur. İmtahan vaxtı özün gəlib qarşımda oturarsan. Onda sənin halına baxacam.
Tələbələrdən kimsə arxadan pıçıldadı:
-Xalidənin qanı getdi. Gərək qızların felinə uymayaydı...
Başqa birisi dedi:
-Allah köməyi olsun. Lətif müəllimin qəzəbinə gələn xeyir görməz.
Lətif Kərimov nə qədər mülayim, xeyirxah olsa da . bir o qədər sərtliyi vardı. Bunu Xalidə də yaxşı bilirdi. Əvvəl bir o qədər əhəmiyyət verməsə də imtahanlar yaxınlaşdıqca narahatlığı artırdı. Bir gün Rəssamlıq Məktəbində tələbə yoldaşı olmuş Validə ilə küçədə görüşdü.Bir qədər söhbətdən sonra Validə diqqətlə ona baxıb soruşdu:
-Gözümə bir təhər dəyirsən, xeyir ola?
-İmtahanın birindən yaman qorxuram. Nə qədər oxusam da, deyəsən ilişəcəm.
-Kimin imtahanıdır?
-Lətif müəllimin. – deyə Xalidə könülsüz halda cavab verdi.
Validə maraqla soruşdu:
-Lətif müəllim kimdir? Hansı Lətif?
-Lətif müəllimi tanımırsan? – deyə Xalidə təəccüblə ona baxdı.- Xalçaçı rəssam.
Validə ucadan güldü.
-Hə... Başa düşdüm...- dedi. – Sonra onu qucaqlayıb bağrına basdı.- Can bacı, bilirəm, sən yaxşı oxuyursan. Heç narahat olma. Bu iş mənlikdir.
Xalidə geri çəkilərək təəccüblə onun üzünə baxdı:
-Necə yəni bu iş sənlikdir? Lətif müəllimi belə yaxından tanıyırsan ki ? O. hara, sən hara? Onun çox qəribə xasiyyəti var. Yumşaq olduğu qədər də sərtliyi var.
-Tanıyıram, tanıyıram. Çox yaxşı tanıyıram. O, mənim sözümdən heç vaxt çıxmaz. Qətiyyən narahat olma. İmtahan vaxtı mütləq gələcəyəm. Vaxtini dəqiq deyərsən.
Ardı var...