http://cdn.axar.az/2017/12/04/naile-velixanli.jpgAstara Rayon İcra Hakimiyyətinin internet saytının “Rayon haqqında” bölməsində Astara barədə qəribə məlumat yerləşdirilib.

Kult.az xəbər verir ki, saytda bildirilir: “Astara 1747-ci ildə Talış mahalının paytaxtı olmuş, sonralar Astara hakimi Qaraxan paytaxtı Lənkərana köçürmüşdür. Paytaxt Lənkərana köçürülərkən bir çox mühüm qədim tikinti və memarlıq obyektləri, istehkamları da söküntüyə məruz qalmışdır. Tanınmış fransız alimi, arxeoloqu və səyyahı Jak De Morqan (1856-1934) Astarada olmuş, bu torpağın yeraltı və yerüstü sərvətlərinə heyranlığını gizlətməmiş və Astara haqqında belə yazmışdır:

“Astara qədim rus şəhəridir. İranla-Azərbaycan arasında gömrükxana rolunu oynayır, həm də özünün keçmiş xüsüsiyyətlərini saxlayır. İndi isə sadəcə gömrükxanadır”. Məşhur fransız səyyahı, yazıçısı Aleksandr Düma da Astara haqqında maraqlı məlumatlar vermişdir”.

Astaranın rəsmi saytında rayon haqqında bu qədər primitiv və bəsit məlumatın verilməsi oxucuda hansı təəssürat oyada bilər?

Mövzu ilə bağlı Cahanpress-ə açıqlama verən Milli Azərbaycan Tarixi Muzeyinin direktoru, akademik Nailə Vəlixanlı deyib ki, bu, tamamilə yalnış fikirdir və tarixi gerçəkliyi əks etdirmir:

“Astaraya qədim rus şəhəri demək kobud tarixi və siyasi səhvdir. Bir səyyahın söylədiklərini bölgənin tarixindən xəbər verən məlumat kimi təqdim etmək yanlışdır. Bilirsiniz ki, səyyahlar səfər etdikləri yerlərdə insanlardan eşitdiklərini qələmə alırlar. Jak De Morqanın qarşısına bir erməni çıxsaydı və bura erməni şəhəridir desəydi necə? Biz onu da olduğu kimi dövlət orqanının internet saytında yerləşdirəcəkdik?

İnternet saytlarında ölkəmizin tarixi barədə məlumatlar yerləşdirərkən diqqətli olmaq lazımdır. Çünki həmin məlumatları bizim dostlarımız da oxuyur, düşmənlərimiz də. Ola bilər ki, həmin səyyahın yazdıqları düzgün tərcümə olunmayıb. Bəlkə də Jak De Morqan Astaranı Rusiya şəhəri kimi təqdim edib. Bildiyimiz ki, 19-cu əsrin ortalarında Azərbaycan Rusiyanın tərkibində idi. Jak De Morqanın yazdığı kimi Astaranı qədim rus şəhəri adlandırmaq ya savadsızlığın, ya da tamamilə səhlənkarlığın və məsuliyyətsizliyin nəticəsidir. Azərbaycanın tarixi ilə bağlı məlumatlar hazırlanarkən mütləq tədqiqatçılarla, tarixçi alimlərlə məsləhətləşmək lazımdır".

Saytın əməkdaşı bununla bağlı Astara Rayon İcra Hakimiyyəti başçısının müavini Yasəmən Rəsulova ilə əlaqə saxlayıb. O, İcra Hakimiyyətinin İnformasiya sektoru ilə əlaqə yaratmağı məsləhət bilib.

İcra Hakimiyyətinin İnformasiya sektorunun müdiri Səfail Məmmədov isə bunun bir texniki yanlışlıq olduğunu, bu səhvin dərhal aradan qaldırılacağını deyib.

Xatırladaq ki, Astara Rayon İcra Hakimiyyətinin internet saytı neçə illərdir, fəaliyyət göstərir. Bu texniki səhvi isə təəssüf ki, indiyədək rayon rəsmilərindən heç kim görməyib.

Bəs, görəsən, bu texniki səhvə görə nə qədər adam yanlış məlumatlandırılıb?http://cdn.axar.az/2017/12/04/astara-icra1.jpg


Oxunub: 708

Son xəbərlər

Akim Bədəlov 3 MİLYARDI necə mənimsədi..? - İLGİNC İDDİALAR...

Ceyhun Bayramov Qarabağdakı gərginlikdən DANIŞDI

7 milyonluq təklifi geri çevirib, 18 milyona yol çəkən ZİYA MƏMMƏDOV...

Daha 700 şəxsə birdəfəlik ödəmə təyin edildi

Qəbələdə "Yanğından Mühafizə İdarəsi"ndə büdcə belə talan olunur - KORRUPSİYA İTTİHAMI

“Kəmaləddin Heydərov Ramiz Mehdiyevin oğlunu yanında niyə saxlayıb?!”

Deputat Ülvi Quliyevin oğlu Vətən müharibəsinə getməkdən necə və niyə yayındı?

Oğuz rayon xəstəxanasının şöbə müdiri qumarbaz çıxdı - FOTO

DİM bu şəxslərə xəbərdarlıq etdi

İnam Kərimovun milyonluq maxinasiyası və məhv edilən aqrar sektor - ARAŞDIRMA

Bakıda ödənişli xidmətlərin dəyəri artıb

"Belarusda vəziyyət Ukraynadan da pis ola bilər" - Lukaşenko

Ermənilərin Azərbaycana SƏRSƏM NÜVƏ TƏHDİDİ... - Bu cürətin arxasında nə dayanır?

Sabah hava necə olacaq?

ÇAĞIRIŞ: Radikal dindarlar Bakıya təhvil verilsin! - səfirlik Azərbaycan ərazisidirsə...

BMT Təhlükəsizlik Şurası təcili iclası keçirdi

Bu ölkələrdən Azərbaycana quş əti idxalı QADAĞAN EDİLDİ

Şəkidə bu səhiyə ocağı AĞLI BAŞDAN ALIR... - Sözün əsl mənasında...

TƏBİB bu xəstəxanalara həkim axtarır - SİYAHI

Gələn aydan evlərin qiyməti BAHALAŞACAQ

Taleh Qaraşov yeni bazar açdı - Köməkçisinin atası idarə edir

Payızda karantin tətbiq oluna bilər - TƏBİB-dən AÇIQLAMA

Əlcəzair XİN başçısı Azərbaycana gəlir

Bu gün onun doğum günüdür

Üç Azərbaycan vətəndaşı Ermənistana turist kimi gedib

Ünvanlı sosial yardımın məbləği artıb

Neft ucuzlaşdı

Azərbaycanda iki vəzifəli şəxs nöqsanlara görə İŞDƏN ÇIXARILDI

"Görünən dağa nə bələdçi?!" - FOTO

Hərbçilərin pensiyası ilə bağlı yeni QƏRAR

Bütün xəbərlər