Telegram Facebook Twitter Youtube Instagram
dogruxeber.az
dogruxeber.az

 Xaçmazda özbaşınalıq – “Kurqanları dağıdıb, vətəgə, fındıq bağları salırlar”

 Xaçmazda özbaşınalıq – “Kurqanları dağıdıb, vətəgə, fındıq bağları salırlar”
29-03-2018, 16:21 393 dəfə baxılıb

 Xaçmazda özbaşınalıq – “Kurqanları dağıdıb, vətəgə, fındıq bağları salırlar”





Xaçmaz rayonunun, Aşağı Zeyid kəndinin ərazisində yerləşən, Mədəniyyət və Turizm Nazirliyi tərəfindən qorunmalı olan təpə-kurqanlar bələdiyyə tərəfindən icarəyə verilib.

Yenicag.az xəbər verir ki, ərazidə köhnə türk qəbirləri dağıdılır, tarixi izləri silinir, yerində isə balıq gölü yaradırlar. Aşağı Zeyid kəndinin bələdiyyə sədrinin atdığı bu addıma kənd sakinləri etiraz ediblər.

Onların sözlərinə görə, kənd ərazisində yerləşən göl də satılıb:

“Ərazimiz satıla-satıla kiçilib. Dolanışığımız əkinçilikdən çıxır. Ancaq get-gedə nə əkinçilik, nə də heyvandarlıqla məşğul olmağa yerimiz qalmayıb”.

Sakinlər onu da bildirir ki, təsərrüfat üçün yararlı torpaqlar demək olar ki, satılaraq qurtarıb:

“Kəndin ərazisində yerləşən göl satılıb. Buna görə də onun ətrafı hasara alınıb. Göldən istifadə edə bilmirik. Maldarlıqla məşğul olanlar çıxılmaz vəziyyətdədir. Heyvanlar göldən su içirdi, indi susuzluqdan tələf olurlar. Nəzərə alsaq ki, qarşıdan isti aylar gəlir, demək vəziyyət daha acınacaqlı olacaq”.

Əldə etdiyimiz məlumata görə, satılan ərazidəki tunc dövrünə aid edilən təpə-kurqanlar dağıdılaraq, yerində fındıq bağları, balıq yetişdirmək üçün göl (vətəgə) salınacaq, quşçuluq inkişaf etdiriləcək. Kimlərinsə balıq tutub, quş quşlaması, fındıq yetişdirməsi üçün qədim bir tarix yer üzündən silinəcək.

Maraqlıdır ki, təpə-kurqanlar Mədəniyyət və Turizm Nazirliyi tərəfindən qorunmalı olduğu halda, nazirlik bununla bağlı heç bir addım atmayıb.

Kənd sakinlərinin sözlərinə görə, bələdiyyədən bildiriblər ki, ərazini Xaçmaz rayon icra hakimiyyəti icarəyə verib. Araşdırma zamanı isə məlum olub ki, icarədar məhz kənd bələdiyyəsidir.

Qeyd edək ki, Aşağı Zeyid kəndi rayon mərkəzindən və Xaçmaz dəmiryolu stansiyasından 14 km cənubda, Bakı-Moskva dəmiryolundan 10 km aralı, Qaraçayın sağ sahilində, Samur-Dəvəçi ovalığında yerləşir.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
DÜNYA
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
YAZARLAR
«    İyun 2021    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930 
Telegram Facebook Twitter Youtube Instagram