"İlahiyyatçı orta məktəb direktoru" Hərbi xidmətdə olmadan direktor işləmək olar ?
Qusar rayon Balaqusar kənd sakini “adının anonim qalmasını istəyən” şəxs tərəfindən DoğruXeber.az infarmasiya agentliyinin redaksiyasına şikayət məktubu daxil olmuşdur. Şikayətçi qeyd edir ki,Balaqusar kənd orta məktəbinə yeni direktor təyin ediblər. Rayon sakini deyir ki, “yeni təyin olunmuş direktor Babacan Zəkiyev ilahiyyətçi olmağı ilə yanaşı hərbi xidmətdə belə olmayıb”. Şikayətçinin sözlərinə görə “rayon təhsil şöbəsində rüşvət baş alıb gedir hətda onuda bildirdi ki, yeni təyin olunmuş direktor Babacan Zəkiyevi rüşvət qarşılığında işə düzəlməsi üçün köməklik göstərən rayon təhsil şöbəsinin əməkdaşı Elman Mustafayev olmuşdur”. Şikayətçi bildirir ki,təhsil şöbəsinin əməkdaşı Elman Mustafayev yeni təyin olunmuş direktor Babacan Zəkiyevlə eyni kənd sakini olduğu üçün və ona yaxın insan olduğuna görə rüşvət qarşılığında işə götürülməsinə bir başa köməklik göstərib. Şikayətlə bağlı DogruXeber.az infarmasiya agentliyinin əməkdaşları məsələyə aydınlıq gətirmək üçün Qusar rayon İcra Hakimmiyəti orqanı ilə əlaqə saxlayıblar.Rayon icra orqanından əməkdaşlarımıza bildirilib ki, məsələ ilə bağlı rayon təhsil şöbəsi ilə əlaqə saxlayasınız. Əməkdaşlarımız təhsil şöbəsi ilə telefon əlaqəsi saxlasa da telefonlara cavab verən olmadı.
Qarşı tərəfin mövqeyin dinləyib dərc etməyə hazırıq:
DogruXeber.az