Telegram Facebook Twitter Youtube Instagram
dogruxeber.az
dogruxeber.az

Kürəkən elektrik mişarı ilə qayınatasını doğradı – Azərbaycanda DƏHŞƏT

2-04-2018, 10:30

Kürəkən elektrik mişarı ilə qayınatasını doğradı – Azərbaycanda DƏHŞƏT






Oğuzda 27 yaşlı kişi odun doğrayan elektrik mişarı ilə qayınatasını doğrayıb.
DogruXeber.az apa-ya istinadən xəbər verir ki, hadisə bu gün günorta saat 14 radələrində rayonun Xaçmaz kəndində baş verib.
Xaçmaz kənd sakini 1961-ci il təvəllüdlü Tərlan Zeynal oğlu İmanov ilə qızı Mehribanın əri, rayonun Padar kənd sakini olan 1991-ci il təvəllüdlü Səfa Eldar oğlu Fətəliyev arasında şəxsi münasibətlər zəminində mübahisə baş verib. Mübahisə zamanı S. Fətəliyev əlində olan odun doğrayan elektrik mişarı ila qayınatasına müxtəlif dərəcəli ağır və orta-ağır bədən xəsarətləri yetirərək hadisə yerindən qaçıb.
İlk öncə Oğuz Mərkəzi Rayon Xəstəxanasında (MRX) ilkin tibbi yardım alan Tərlan İmanov vəziyyəti ağır olduğu üçün müayinə və müalicəsini davam etdirmək üçün Şəki Mərkəzi Rayon Xəstəxanasına (MRX) aparılıb.
Şəki MRX-dan verilən məlumata görə, T. İmanova döş qəfəsinin sol nahiyəsinin, sol baldır və sağ əlin kəsilmiş daxilə nüfuz edən və didilmiş yaraları diaqnozu qoyulub. T. İmanovun üzərində hazırda cərrahiyə əməliyyatı aparıldığı bildirilir.
Faktla bağlı Oğuz rayon Polis Şöbəsində araşdırma aparılır.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
DÜNYA
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
YAZARLAR
«    Dekabr 2021    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Telegram Facebook Twitter Youtube Instagram