Telegram Facebook Twitter Youtube Instagram
dogruxeber.az
dogruxeber.az

Lənkəranda 7 nəfərin ölümünə səbəb olan sürücü həbs edilib

2-04-2018, 19:06

Lənkəranda 7 nəfərin ölümünə səbəb olan sürücü həbs edilib













Lənkəranda 7 nəfərin ölümündə təqsirləndirilən sürücü həbs edilib.

Baş Prokurorluqdan xezerxeber.az-a verilən məlumata görə, martın 31-də saat 17:30 radələrində Cəfərov Natiq Təbəkül oğlu Ələt-Astara-İran sərhədi yolunun Lənkəran rayonu, Gərmətük qəsəbəsi ərazisindən keçən hissəsində idarə etdiyi "Ford Cargo” markalı 99-JF-224 dövlət qeydiyyat nişanlı avtomobillə hərəkətdə olarkən yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını kobud surətdə pozaraq, avtomobilini qarşı hərəkət zolağına çıxararaq həmin yolla hərəkətdə olan Aslanlı Faiq Tofiq oğlunun idarə etdiyi "Mitsubishi İO” markalı 42-BS-634 dövlət qeydiyyat nişanlı avtomobillə toqquşmuş, bundan sonra yolun kənarında hərəkətsiz dayanmış "VAZ-21154” markalı 10-VF-815 dövlət qeydiyyat nişanlı avtomobilə çırpılmışdır.

Yol nəqliyyat hadisəsi nəticəsində "Mitsubishi İO” markalı avtomobilin sürücüsü Faiq Aslanov və sərnişinləri Gülxanım Aslanova Əliqulu qızı, Aslanov Fikrət Şirəli oğlu, Aslanov Namiq Şirəli oğlu, Aslanova Vəsimə İbrahim qızı, Aslanova Rəziyyə Aslan qızı aldıqları xəsarətlərdən hadisə yerində vəfat etmiş, avtomobildə olan digər sərnişin azyaşlı Aslanlı Ülvi Faiq oğlu isə müxtəlif dərəcəli bədən xəsarətləri alaraq Lənkəran mərkəzi rayon xəstəxanasına yerləşdirilmiş və aprelin 2-də orada vəfat etmişdir.

Fakta görə Daxili İşlər Nazirliyinin Baş İstintaq və Təhqiqat İdarəsinin Yol nəqliyyat hadisələrinə dair işlər üzrə İstintaq və Təhqiqat şöbəsində Cinayət Məcəlləsinin 263.3-cü (yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma ehtiyatsızlıqdan iki və ya daha çox şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanaraq müvafiq ekspertizalar təyin edilmişdir.

N.Cəfərov iş üzrə təqsirləndirilən şəxs qismində cəlb olunaraq ona Cinayət Məcəlləsinin qeyd edilən maddəsi ilə ittiham elan olunmuş və Lənkəran rayon məhkəməsinin qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilmişdir.

Hazırda iş üzrə istintaq tədbirləri davam etdirilir.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
DÜNYA
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
YAZARLAR
«    Oktyabr 2021    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031
Telegram Facebook Twitter Youtube Instagram