Göyçay rayon icra başçısı Mehdi Səlimzadə bizim kəndi zibillik poliqonu edib-Şikayət













DogruXeber.az xəbər verir ki Hakimiyyet.Az-a Göyçay rayonu Qarabaqqal kənd sakini 2-ci qrup əlil Xəlilov Anar Muxtar oğlu tərəfindən şikayət məktubu daxil olub.Şikayəti nəzərinizə çatdırırıq:



ŞİKAYƏTKəndimizin sakinlərinin həyat və sağlamlıqları ciddi təhlükə qarşısındadır. Belə ki, kəndimizin istifadə etdiyi su arxının yamacını və mal-qaranın örüş yerini Göyçay şəhərinin zibillik poliqonu ediblər.Bundan əvvəl Göyçay şəhərinin zibillərini maşınlarla Mirzəhüseyinli kəndinə boşaldıldırdılar.Mirzəhüseyinli kənd sakinləri şikayət etdilər deyə Ekologiya və Təbii Sərvətlər Naziriliyi tədbir gördü.İndi isə Göyçay rayon icra başçısı Mehdi Səlimzadə bizim kəndi zibillik poliqonu edib. Zibilin suyu Qarabaqqal kənd camaatının istifadə etdiyi arxın suyuna qarışır. nəticədə də kənd sakinlərinin həyat və sağlamlıqları ciddi təhlükə qarşısında qalır.Həmçinin kəndin mal-qarasının örüş yeridə burada yerləşir.Buna görə hər gün kəndin mal-qarası bu zibillikdən keçib örüşə gedir.Artıq bu zibilliyə görə kənddə çoxlu sayda mal-qara zəhərlənərək tələf olub.Mən özüm bu zibiliyin mundarladığı arxın suyundan istifadə etdiyim üçün onkoloji xəstə olmuşam 2-ci qrup əliləm..
Həmin bu zibillik çirkabına bulaşmış sudan kənd camaatı həm içməyə həm əkinə və mal-qaraya istifadə edir.Başqa su mənbəyi yoxdur ki, istifadə edək.Hər gün bura Göyçay rayonunun mərkəzindən yük maşınları ilə zibil gətirilib boşaldılır. Bu ciddi məsələ barədə Göyçay rayon icra başçısı Mehdi Səlimzadəyə, 6 saylı ərazi Ekologiya və Təbii sərvətlər şöbəsinə və digər qurumlara müraciət etsəkdə heç bir tədbir görülməmişdir.Kənd sakinləri ağır xəstəliklərə düçar olub zülm çəkirik.Mal-qaramız tələf olub əkinlərimiz yararsız hala düşüb.
Qarabaqqal bələdiyyəsinin sədri Ramin Nəbiyev və kənd icra nümayəndəsi Seymur Nəbiyev laqeyidlik göstərirlər.Onlar icra başçısı Mehdi Səlimzadənin sifarişi ilə işləyirlər. Bu problem tez bir zamanda həll edilməsə kənd sakinləri məhv, mal-qara isə tələf olacaq.
Ölkə başçısı cənab İlham Əliyevdən, birinci vitse-prezident Mehriban xanım Əliyevadan, Ekologiya və Təbii Sərvətlər Naziri cənab Hüseynqulu Bağırovdan xahiş edirik Qarabaqqal kənd sakinlərini məhvə aparan Göyçay rayon icra başçısı Mehdi Səlimzadənin barəsində ciddi tədbirlər görüb bu problemin təcili həll edilıməsinə tapşırıq verəsiniz.Mehdi Səlimzadə ancaq öz maraqlarını güdür.



DogruXeber.az

Son xəbərlər

Cənab Prezident İlham Əliyev xeyriyyəçi Hacı Zeynalabdin Tağıyevin Bakıda ucaldılan abidəsinin açılışı zamanı çıxış edib

Ölkədə bu gün peyvənd olunanların sayı AÇIQLANDI - FOTO

İlin ikinci yarısında əhalinin gəlirlərini yenə artırmaq olar

Tağıyevin heykəlinə zərər verənlərlə bağlı QƏRAR

Bakıda tikinti şirkəti 70 min manatlıq ağacları kəsdi

Azərbaycanla daha bir ölkə arasında viza rejimi ləğv olunur

ADAU rektoruna ŞOK İTTİHAM - SƏN DEMƏ...

Oğuzda respublika əhəmiyyətli yol yararsız vəziyyətdədir - VİDEO

Eldar Həsənov 10 il azadlıqdan məhrum edildi

Şirzad Abdullayev vəzifədə olmasa da... - Adı qalmaqalda hallanır

AMEA-da təcili müşavirə keçirildi: Kərim Şükürovun istefası qəbul olunmadı

Qubada karantin rejimini pozduqlarına görə 13 nəfər barəsində ciddi tədbir görüldü

“Nar”ın dəstəyi ilə ən böyük Azərbaycandilli səsli kitabxana yaradıldı

Hərbi Prokurorluğun 6 əməkdaşı cəzalandırılıb

Azərbaycanda hemofiliya xəstələrinin sayı AÇIQLANIB

"Ramiz Mehdiyev Prezidentin siyasətinə zidd addımlar atır" - Ziya Məmmədovun qardaşından İTTİHAM

Turistləri heyran qoyan İlisu kəndinin bitmək bilməyən su problemi - FOTO

Azərbaycanda general-leytenant vəzifəsindən kənarlaşdırıldı - SƏBƏB

“Azərbaycan Dəmir Yolları"na məxsus tikili yanıb

Mülayim cənub-qərb küləyi əsəcək

Daha bir məktəb əyani tədrisə qayıdıb

İşsizlikdən sığorta ödənişinin təyin olunması şərtləri yumşaldılıb

Azərbaycanda bu siqaret də - BAHALAŞDI

Əhali pulunun çoxunu tibbi ləvazimat və dərmana xərcləyir - İLGİNC SƏBƏBLƏR

Şok Şok! Ekologiya nazirinin müavini Vüqar Kərimova söykənən "meşə quldurları"

Sənədsiz evlərin sənədləşdirilməsinə dair yeni qanunvericilik aktı hazırlanacaq

Almanın tükənməz faydaları

Ulduzlar bu gün nə deyir ...

Cavid Qurbanov məhkəməyə çəkildi - 1.5 milyon dollar borc, 553 min dollar faiz...

Azərbaycan neftinin qiyməti 93 dollara yaxınlaşıb

Bütün xəbərlər