MAARİFLƏNDİRİCİ TƏDBİRLƏR DAVAM ETDİRİLİR..!




DİN Mətbuat Xidmətinin Quba regional qrupundan DogruXeber.az-a verilən məlumata görə, Siyəzən RPŞ-nin təşkilatçılığı ilə şəhərin 1 saylı tam orta məktəbində rayon İcra Hakimiyyəti, Təhsil Şöbəsi və Dini Qurumlarla İş üzrə bölgə şöbəsinin məsul təmsilçilərinin, məktəbin pedaqoji kollektivi və yuxarı sinif şagirdlərinin iştirakı ilə “Narkomaniyaya və dini radikalizmə qarşı mübarizə” mövzusunda görüş keçirilib.
Tədbirdə çıxış edən RPŞ-nin rəis müavini, polis mayoru Qoşqar Kazımov cəmiyyətin ciddi bəlasına çevrilən, mənəvi və əxlaqi dəyərlərə böyük zərbə vuran narkotiklərin qanunsuz dövriyyəsi və narkomanlığın bütün dünya üzrə ən ağrılı problemlərdən olduğunu bildirib, onun yaratdığı təhlükələrdən və fəsadlardan danışıb. Qeyd edilib ki, narkotik vasitələrdən istifadə edən hər bir şəxs sonradan onun bəlasından qurtula bilmir, əksinə. öz gələcəyini bilərəkdən məhv edir. Narkoticarətçilər isə məhz iradəsi zəif olan gənclər vasitəsi ilə öz şəbəkələrini genişləndirərək xüsusən məktəbliləri bu işə cəlb etməyə, qazanc götürməyə çalışırlar. Bunun qarşısını almaq, gələcəkdə zərərli vərdişlərdən qorunmaq üçün şagirdlər öz ətraflarına hər zaman diqqət yetirməli, narkotiklərin qanunsuz dövvriyyəsi ilə məşğul olan şəxsləri gördükdə, belələri barədə hər hansı bir informasiya əldə etdikdə dərhal müəllim və ya valideynlərinə, polis əməkdaşlarına məlumat verməlidirlər.
Sonra çıxış edən din xadimi İmran Xudaverdili ölkəmizdə hər bir şəxsin dini azadlıq və inancına hörmətlə yanaşıldığını bildirib. Ölkəmizdə tolerantlığın mövcud olduğunu, din pərdəsi altında fəaliyyət göstərən qruplaşmalara qarşı ciddi mübarizə tədbirlərinin aparıldığını deyən İ.Xudaverdili gənc nəslin nümayəndələrini yalan vədlərə inanmamağa çağırıb, dini mövzularla bağlı zəruri bilgiləri, lazımi məsləhətləri bu sahənin mütəxəssislərindən və valideynlərdən almağı tövsiyə edib.
Sonda məktəbin direktoru Nəcməddin Mürvətov tədbirin təşkilinə görə təşəkkürünü bildirib, tariximizin şanlı səhifəsi olan Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyi münasibəti ilə iştirakçıları təbrik edib.


Nizam Həmidov,
polis leytenantı

DogruXeber.az
MAARİFLƏNDİRİCİ TƏDBİRLƏR DAVAM ETDİRİLİR..!


Oxunub: 799

Son xəbərlər

110 min pul BELƏ YEYİLİB... - FOTOFAKT

Əfv Məsələləri Komissiyasının növbəti iclası keçirildi

Gürcüstan Prezidenti bu qanuna veto qoyacağını AÇIQLADI

Prezidentdən Şuşa ilə bağlı SƏRƏNCAM

"Onunla nə edirsən et" deyib, azyaşlı qızını 50 yaşlı kişiyə verdi - Azərbaycanda ŞOK OLAY

Şahmar Mövsümov yeni sədri kollektivə təqdim etdi

Daha bir sabiq deputat vəfat etdi - FOTO

Şimal Tacı bürcündə yeni ulduz alışması gözlənilir

Çovdarovun 30 milyonluq əmlakı əlindən çıxdı - Son qərar

Hikmət Hacıyev sülhməramlıların Qarabağdan çıxarılmasını belə ŞƏRH ETDİ

Azərbaycanda ailə məhkəmələrinin yaradılması təklif olunur

İş adamı Manaf Ağayevə ev bağışlayıb?

Jurnalist Cəmil Məmmədliyə hökm oxundu

Sabah 28° isti olacaq

Ədliyyə nazirindən YENİ TƏYİNATLAR

Mövsümi allergiyaya səbəb OLANLAR

Əmlak Komitəsinin vəzifəli şəxslərinin kassasiya şikayəti təmin edilmədi

Sülhməramlılar Qarabağdan çıxarılır

Prezident Kayrat Sarıbayı qəbul etdi

Naxçıvan aeroportunun direktoru vəzifəsindən azad edildi

Paşinyan yenidən Qazaxla sərhədə getdi

Çempionlar Liqası: Bu gün sonuncu yarımfinalçılar müəyyənləşəcək

Maskalı şəxs bankı partlatdı

Alimlər "canavar dalğaları"nın necə yarandığını müəyyənləşdirdi

Alimlər Yerin yaxınlığında nəhəng qara dəlik kəşf etdi

Əfv sərəncamı kimlərə şamil olunacaq? - VİDEO

Dövlət Ehtiyatları Agentliyi sığortaçı seçir

Azərbaycan İlahiyyat İnstitutu auditor seçir

Aytən Səfərova ağır qəzaya düşdü - DYP-dən AÇIQLAMA

Fransa Azərbaycandakı səfirini geri ÇAĞIRDI

Bütün xəbərlər