Telegram Facebook Twitter Youtube Instagram
dogruxeber.az
dogruxeber.az

MEŞƏ İÇİNDƏ “MEŞƏ” SALMIŞDILAR

8-06-2018, 09:11

MEŞƏ İÇİNDƏ “MEŞƏ” SALMIŞDILAR






Daxili işlər orqanlarının əməkdaşları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsinə, alqı-satqısına qarşı mübarizə və kultivasiya yolu ilə yetişdirilən narkotik tərkibli bitkilərin aşkar edilməsi istiqamətində uğurlu əməliyyat-axtarış tədbirləri davam etdirilir.
Xaşmaz Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri uğurlu əməliyyat tədbirləri nəticəsində kultivasiya yolu ilə yetişdirilmiş 60 ədəd çətənə kolları aşkar edilərək götürülüb.
DİN Mətbuat Xidmətinin Quba regional qrupundan DogruXeber.az-a verilən məlumata görə, iyunun 5-də Xaçmaz RPŞ-nin əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Xaçmaz rayon Qarğalıq kəndinin ərazisində olan meşəlik ərazidə şəhər sakini, əvvəllər məhkum olunmuş Seyfəl Xasməmmədov və tanışı Tofiq Zeynalovu iş başında yaxalayıblar. Belə ki, adı şəkilən şəxslər həmin ərazidə xüsusi aqrotexniki qaydada qulluq etdikləri külli miqdarda narkotik xassəli çətənə - Kannabis bitkilərinə qulluq edən zaman saxlanılıblar. Hal şahidlərinin iştirakı ilə sahəyə baxış zamanı oradan hündürlüyü 20-60 sm olan kultivasiya yolu ilə yetişdirilmiş 59 ədəd çətənə kolları aşkar edərək götürülüb.
Əməliyyat tədbirlərinin davamı olaraq Seyfəl Xasməmmədovun evinə baxış keçirilən zaman oradan hündürlüyü 80-sm olan kultivasiya yolu ilə yetişdirilmiş 1 ədəd çətənə kolu da aşkar olunub.
Götürülmüş maddi sübutlar bioloji ekspertizaya təqdim olunub, narkotik bitkilərin ümumi çəkisinin 2300 qr olması barədə rəy verilib.
Dindirilmə zamanı həmin şəxslər qabaqcadan əlbir olduqlarını, meşəlik ərazidə insan sıxlığının olmadığından narkotik vasitələri orada əkib becərdiklərini və satış məqsədilə qulluq etdiklərini bildiriblər.
Faktla bağlı araşdırmalar aparılır.

Nizam Həmidov
polis leytenantı






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
DÜNYA
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
YAZARLAR
«    Dekabr 2021    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Telegram Facebook Twitter Youtube Instagram