Telegram Facebook Twitter Youtube Instagram
dogruxeber.az
dogruxeber.az

ƏSGƏRLƏRƏ ORDUMUZUN TARİXİNDƏN DANIŞIBLAR

ƏSGƏRLƏRƏ ORDUMUZUN TARİXİNDƏN DANIŞIBLAR
26-06-2018, 19:19 441 dəfə baxılıb

ƏSGƏRLƏRƏ ORDUMUZUN TARİXİNDƏN DANIŞIBLAR














Azərbaycan Respublikasının Silahlı Qüvvələrinin 100 illiyini münasibətilə Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının Quba rayonunda yerləşən hərbi hissəsində əsgər və zabitlərlə görüş keçirilib.
Tədbir Azərbaycan Respublikasının Dövlət himni ilə başlayıb.
Çıxış edən hərbi hissə komandiri, polkovnik Sahib Məmmədov bayram münasibəti ilə hərbi hissənin zabit, gizir və əsgər heyətini təbrik edib. Azərbaycan ordusunun yaradılmasından və respublikamızda ordu quruculuğu sahəsində görülən işlərdən danışan S.Məmmədov Vətənimizin əsgərlərimizin böyük vətənpərvər ruhla xidmət edtiyini bildirib.
Sonra çıxış edən Quba rayon İcra Hakimiyyətinin başçısı Ziyəddin Əliyev, Azərbaycan Respublikasının Prezidenti Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin ordu sahəsində apardıqları islahatlardan danışaraq, ölkəmizdə Qafqazın ən qüdrətli ordusunun yaradıldığını bildirib. Məhz 2016-cı ilin aprel döyüşlərində qazandığımız qələbə və Naxçıvanda Günnüt qələbəmiz ordumuzun gücünün bariz nümunəsidir.
Bütün zabit, gizir və əsgər heyətini təbrik edən İcra başçısı, onlara xidmətdə uğurlar arzulayıb.
Daha sonra xidmətdə fərqlənən zabit, gizir və əsgərlərə müxtəlif hədiyyələr təqdim olunub.

Nizam Həmidov
DİN Mətbuat Xidmətinin əməkdaşı

ƏSGƏRLƏRƏ ORDUMUZUN TARİXİNDƏN DANIŞIBLAR






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
DÜNYA
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
YAZARLAR
«    İyul 2021    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031 
Telegram Facebook Twitter Youtube Instagram