Telegram Facebook Twitter Youtube Instagram
dogruxeber.az
dogruxeber.az

NARKOTİK VASİTƏLƏRİN QANUNSUZ DÖVRİYYƏSİ İLƏ MƏŞĞUL OLAN ŞƏXS SAXLANILDI

13-08-2018, 20:32

NARKOTİK VASİTƏLƏRİN QANUNSUZ DÖVRİYYƏSİ İLƏ MƏŞĞUL OLAN ŞƏXS SAXLANILDI







Şabran Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri uğurlu əməliyyat tədbirləri nəticəsində rayon ərazisində narkotik vasitələrin qanunsuz dövriyyəsi və satışında şübhəli bilinən şəxs saxlanılıb.
DİN Mətbuat Xidmətinin Quba regional qrupundan DogruXeber.az-a verilən məlumata görə, daxil olmuş məlumat əsasında Şabran RPŞ-nin əməkdaşları tərəfindən həyata keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində narkotik maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olan şəhər sakini, əvvəllər məhkum olunmuş Vaqif Xalisov saxlanılıb. Hal şahidlərinin iştirakı ilə V.Xalisovun evinə baxış zamanı oradan qurudulmuş marixuana, 18 ədəd sellofan və kağız bükümdə satış üçün hazırlanmış ümumi çəkisi 20,212 qram olan heroin, 5 ədəd şpris, 1 ədəd elektron tərəzi, 60 ədəd Tramadol və digər narkotik tərkibli həblər aşkar edilərək götürülüb.
Faktla bağlı Şabran Rayon Polis Şöbəsinin İstintaq Bölməsində Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb.

Nizam Həmidov
polis leytenantı
DogruXeber.az


NARKOTİK VASİTƏLƏRİN QANUNSUZ DÖVRİYYƏSİ İLƏ MƏŞĞUL OLAN ŞƏXS SAXLANILDINARKOTİK VASİTƏLƏRİN QANUNSUZ DÖVRİYYƏSİ İLƏ MƏŞĞUL OLAN ŞƏXS SAXLANILDI






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
DÜNYA
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
YAZARLAR
«    Dekabr 2021    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Telegram Facebook Twitter Youtube Instagram