Telegram Facebook Twitter Youtube Instagram
dogruxeber.az
dogruxeber.az

Zelenski Putinə zəng etdi – 4 əsgərin öldürülməsindən sonra…

Zelenski Putinə zəng etdi – 4 əsgərin öldürülməsindən sonra…
8-08-2019, 10:32 191 dəfə baxılıb

Zelenski Putinə zəng etdi – 4 əsgərin öldürülməsindən sonra…










Ukrayna prezidenti Vladimir Zelenski Donbas bölgəsində dörd ukraynalı əsgərin öldürülməsindən sonra avqustun 7-də Rusiya prezidenti Vladimir Putinə zəng edib.

Zelenski Putinə Donbas döyüşçülərinə təsir göstərməklə bağlı zəng etdiyini deyib və Putinin ona nəsə vəd etdiyini desə də, detalları açıqlamayıb.

Kreml telefon danışığını şərh etməyib.

Ukrayna qoşunları ilə Rusiya tərəfindən dəstəklənən qüvvələr arasındakı qarşıdurma 2014-cü ildən bəri 13,000 insanın ölümünə səbəb olub. Rusiya və Ukraynanın iştirak etdiyi və Fransa və Almaniyanın vasitəçiliyi ilə imzalanan atəşkəs sazişi, 2015-ci ildə Ukraynanın şərqində böyük qarşıdurmaya son qoyub, lakin müntəzəm kiçikmiqyaslı toqquşmalar hələ də davam edir .

Dörd əsgərin ölümü oktyabr ayından bu günə olan ən yüksək itkidir. Zelenski münaqişənin sülh yolu ilə həlli üçün danışıqları bərpa etməyə təklif edib.

Dörd ölkənin liderləri sonuncu dəfə 2016-cı ildə görüşüblər. Ukrayna Rusiyanı Donbasda Kiyevə qarşı elan olunmamış müharibə aparmaqda, Moskvanın inkar etdiyi bölgəyə qoşun və ağır silahlar verməkdə ittiham edib.

Rusiya Ukraynanın 2015-ci ildə Minskdə vasitəçilik etdiyi atəşkəs razılaşmasına görə öhdəliklərə əməl etmədiyini bildirir.

Ukraynanın Müdafiə Nazirliyi avqustun 6-da separatçıların atdığı atəşdən dörd əsgərin həlak olduğunu bildirib. Bu, üç həftə öncə əldə olunmuş atəşkəs sazişindən sonra ən böyük itki sayıdır.

Minsk sazişləri çərçivəsində elan olunan atəşkəs razılaşmaları nəticəsində döyüşlər səngisə də, onlara tam əməl olunmayıb./Turkustan.info
Zelenski Putinə zəng etdi – 4 əsgərin öldürülməsindən sonra…






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
DÜNYA
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
YAZARLAR
«    May 2021    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 
Telegram Facebook Twitter Youtube Instagram