Telegram Facebook Twitter Youtube Instagram
dogruxeber.az
dogruxeber.az

Yalnız ağrı hiss edəndə hamilə olduğunu bildi, üçəm dünyaya gətirdi

Yalnız ağrı hiss edəndə hamilə olduğunu bildi, üçəm dünyaya gətirdi
20-08-2019, 13:55 207 dəfə baxılıb

Yalnız ağrı hiss edəndə hamilə olduğunu bildi, üçəm dünyaya gətirdi











ABŞ-ın Cənubi Dakota ştatının Stercis şəhərinin sakini yalnız doğuş ağrıları başladıqda üçəmə hamilə olduğunu öyrənib.

Bu barədə KOTA-TV informasiya portalı məlumat yayıb.

Avqustun 10-da Dannet Qilts qarın nahiyəsində kəskin ağrılar hiss edib. O, böyrəklərində daş olduğunu düşünərək xəstəxanaya yollanıb.
"Elə bildim ki, böyrəklərimdə daş var, çünki bu hal daha öncə də təkrarlanıb", - deyə o, jurnalistlərə danışıb.

Həkimlər qadını müayinə etdikdən sonra onun əkizlərə hamilə olduğunu deyiblər. Lakin doğuş zamanı iki yox, üç uşaq dünyaya gəlib: bir oğlan, iki qız. Valideynləri onların adını Bleyz, Cipsi və Nikki qoyublar. Körpənin hərəsi 1,8 kq çəkidə olub.

"Təbii mayalanma ilə doğulan üçəm görməmişdik. Ananın 34-cü həftəyədək bunu hiss etməməsindən isə heç danışmıram. Hamı şokdadır, elə biz də", - D.Qilts etiraf edib.

12 il öncə ailə quran Dannet və həyat yoldaşının daha iki övladı var.

Xatırladaq ki, iyulun sonunda səkkizinci uşağına hamilə olduğunu doğuşdan bir neçə dəqiqə öncə xəbər tutan britaniyalı qadın barədə məlumat yayılmışdı. O xanım da böyrəklərində daş olduğunu düşünərək həkim çağırıb. Həkimlər onu təcili xəstəxanaya çatdırıblar. Burada qadın sağlam övlad dünyaya gətirib.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
DÜNYA
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
YAZARLAR
«    May 2021    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 
Telegram Facebook Twitter Youtube Instagram