Telegram Facebook Twitter Youtube Instagram
dogruxeber.az
dogruxeber.az

İkili standartlar səbəbindən Xocalı faciəsinə hələ də lazımi qiymət verilməyib

İkili standartlar səbəbindən Xocalı faciəsinə hələ də lazımi qiymət verilməyib
26-02-2018, 09:26 368 dəfə baxılıb

İkili standartlar səbəbindən Xocalı faciəsinə hələ də lazımi qiymət verilməyib













Xocalı soyqırımının 26-cı ildönümü ilə əlaqədar Azərbaycanın Misirdəki səfirliyinin və burada fəaliyyət göstərən "Vətənpərvər” diaspor təşkilatları birliyinin təşkilatçılığı ilə silsilə tədbirlər keçirilib.

Azərbaycanın Qahirədəki səfirliyində təşkil edən anım tədbirində çıxış edən səfir Tural Rzayev 26 il bundan əvvəl Xocalıda mülki əhaliyə qarşı erməni ordusu və onların havadarları tərəfindən törədilən soyqırımından söhbət açıb. O Xocalı soyqırımına ilk siyasi qiymətin Azərbaycan xalqının ümumilli lideri Heydər Əliyev tərəfindən verildiyini bildirib. Dünyada mövcud olan ikili standartlardan söhbət açan səfir, Xocalı soyqırımını törədən qatillərin hələ də cəzasız qaldığını təəssüf hissi ilə vurğulayıb.

Misirdəki Azərbaycan diasporunun rəhbəri Seymur Nəsirov gənclərimizi sosial şəbəkələrdən daha fəal istifadə etməyə və Xocalı soyqırımı ilə bağlı materialları yaymağı tövsiyə edib. O, eyni zamanda gəncləri Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə uğurla həyata keçirilən "Xocalıya ədalət!” kampaniyasında daha fəal iştiraka çağırdı.

Sonra tədbir iştirakçıları Xocalı soyqırımı ilə əlaqədar səfirlikdə təşkil olunan fotosərgi ilə tanış olub, sənədli filmə baxıblar.

Xocalı soyqırımı ilə əlaqədar Azərbaycan Respublikası Ombudsmanı, Xarici İşlər Nazirliyi və Baş Prokurorluğunun bəyanatları Misirin Xarici İşlər Nazirliyi, Parlamenti və digər təşkilatlara göndərildi.\AZƏRTAC

@DogruXeber.az






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
DÜNYA
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
YAZARLAR
«    May 2021    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 
Telegram Facebook Twitter Youtube Instagram