Telegram Facebook Twitter Youtube Instagram
dogruxeber.az
dogruxeber.az

Putin “Qlobal Peyvənd Sammiti 2020”də iştirak etməyəcək

3-06-2020, 16:26

Putin “Qlobal Peyvənd Sammiti 2020”də iştirak etməyəcək










Rusiya Prezidenti Vladimir Putin Böyük Britaniyanın təşkil etdiyi koronavirusla bağlı “Qlobal Peyvənd Sammiti 2020”də iştirak etməyəcək.
Dogruxeber.az bildirir ki , bu barədə Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib.
V.Putinin virtual formatda keçirilən konfransda iştirak edib-etməyəcəyi ilə bağlı sualı cavablandıran Dmitri Peskov jurnalistlərə məsləhət görüb ki, bununla bağlı Səhiyyə Nazirliyi ilə əlaqə saxlasınlar.
“Bu konfransda Rusiya ən yüksək səviyyədə təmsil olunmayacaq”, – deyə D. Peskov vurğulayıb.
Qeyd edək ki, Kreml ötən həftə Britaniya Baş Naziri Boris Consonun Vladimir Putini konfransa dəvət etdiyini bildirib. Rusiya Səhiyyə Nazirliyinin mətbuat xidməti isə məlumat yayıb ki, iyunun 4-də keçiriləcək konfransda ölkəni Səhiyyə naziri Mixayil Muraşko təmsil edəcək və o, konfransda çıxış edəcək.
Xatırladaq ki, iyunun 4-də keçirilməsi planlaşdırılan “Qlobal Peyvənd Sammiti 2020″də yeni növ koronavirusa qarşı peyvəndin universal olmasını təmin etmək üçün lazım olan resursların səfərbər edilməsi müzakirə olunacaq.
(Turkustan.info)






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
DÜNYA
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
YAZARLAR
«    Dekabr 2021    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Telegram Facebook Twitter Youtube Instagram