Telegram Facebook Twitter Youtube Instagram
dogruxeber.az
dogruxeber.az

Türkiyəyə məxsus təyyarənin qəzaya uğramasının səbəbi açıqlanıb

12-03-2018, 09:15

Türkiyəyə məxsus təyyarənin qəzaya uğramasının səbəbi açıqlanıb











Türkiyənin "Başaran Holding"inə məxsus təyyarənin qəzaya uğramasının səbəbi mühərrikin alışması olub.DogruXeber.az -ın xəbərinə görə, bu barədə ISNA -ya İran FHN-nin nümayəndəsi Moctabu Xalidi bildirib.

"Təyyarə mühərrikin alışması səbəbindən qəzaya uğrayıb. Yerli sakinlər təyyarənin düşməsinin şahidi olublar. Alovlanan təyyarənin yerə çrpılmasını bir neçə şəxs müşahidə edib. İranın Mülki Aviasiyasl Təçkilatı insidenti araçdırır.

Məlumata görə, hadisə yerinə yanğın hələ sondürülməyib.
Xilasedicilərin dağlıq ərazidə baş vermiş hadisə yerinə çatdığı bildirilir.

Qeyd edək ki, bu gün Birləşmiş Ərəb Əmirliklərindən İstanbula uçan təyyarə Tehranın cənubunda, Şahrekord şəhəri yaxınlığında qəzaya uğrayıb. Dağlıq əraziyə düşən təyyarə yerə çırpılaraq yanmağa başlayıb. "Reuters" agentliyi təyyarədə 3 heyət üzvü və 8 sərnişin olmaqla, 11 nəfər olduğu və qəzada onların hamısının həyatını itirdiyi barədə məlumat yayıb.


Qeyd edək ki, təyyarədə olanlar arasında "Başaran Holding"in rəhbəri Hüseyn Başaranın qızının da olduğu bildirilir
@DogruXeber.az






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
DÜNYA
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
YAZARLAR
«    Dekabr 2021    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Telegram Facebook Twitter Youtube Instagram